“UNEC-də 1 gün” layihəsinə yenidən start verildi

19 NOYABR 2019 | VIEWS:
810

“UNEC-də 1 gün” layihəsi abituriyentlərə dəstək olmağa davam edir.

Yeni tədris ilinin ilk iştirakçıları Ceyranbatan qəsəbəsinin 1 saylı tam orta məktəbin X-XI sinif şagirdləri olub. Şagirdlərə bir günlük tələbə biletləri təqdim edildikdən sonra onlar istəklərinə uyğun olaraq “marketinq”, Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) isə “İngilis dili” dərsini dinləyiblər. Dərslərdən xoş təəssüratlarla ayrılan bir günlük tələbələr UNEC-də infoturda olublar. II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. UNEC-in xüsusi təqaüd, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom və mübadilə proqramlarının tələbələrə qazandırdığı üstünlüklərdən bəhs olunub. Abituriyentlər UNEC-in 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, yeməkxana və akt zalları ilə tanış olublar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43, 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

<a href =”http://news.unec.edu.az/rubrika/unec-de-1-gun/5874-bold-red-unec-de-1-gun-layihesine-yeniden-start-verildi-bold-red“></a>

811 3