UNEC-də “Elm həftəsi”: 5 gün, 5 aktual mövzu

15 OKTYABR 2019 | OXUNUB:
73

21- 25 oktyabr tarixlərində UNEC-də “Elm həftəsi” keçiriləcək.

“Elm həftəsi” çərçivəsində 5 gün ərzində UNEC-in 5 tədqiqat mərkəzinin hər birində profilinə uyğun olaraq aktual mövzulara həsr olunan müzakirələr aparılacaq. Təcrübəli ekspertlərin moderatoru olduğu müzakirələrdə qoyulan mövzularla bağlı təkliflər paketi hazırlanacaq.

21 oktyabr

Avropa İqtisadiyyatı Mərkəzi

Mövzu: “Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Global Cənubla iqtisadi əlaqələrin rolu”

Əsas məruzəçi: Dr. Elkhan Richard Sadiq-Zada, Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri, Almaniyanın Bochum Ruhr universitetində tədqiqatçı

22 oktyabr

Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi

Mövzu: “Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri”

Əsas məruzəçi: Professor Qafar Mehdiyev, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri

23 oktyabr

Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi

Mövzu: Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə və onun Azərbaycan icbari tibbi sığorta sisteminə tətbiqi imkanları”

Əsas məruzəçi: Mirsahib Eminov, UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi

24 oktyabr

Ekonofizika Tədqiqat Mərkəzi

Mövzu: “Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış”

Əsas məruzəçi: Professor Şahlar Əsgərov, Əməkdar elm xadimi

25 oktyabr

Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi

Mövzu: “Bir kəmər bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?”

Məruzəçilər:

1. Ms.Guo Min, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri.

2. P.h.D.Tahir Mirkişili, millət vəkili.

3. P.h.D. Li Renying “Bir kəmər və bir yol” Alyansı Baş katibinin müavini.

<a href =”http://news.unec.edu.az/xeber/100-elm/5735-unec-de-elm-heftesi-5-gun-5-aktual-movzu“></a>

74 1