UNEC-də “Gənc Diplomatlar Klubu” yaradılıb

21 DEKABR 2016 | VIEWS:
1934

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc Diplomatlar Klubu” yaradılıb. UNEC-in Rus İqtisadiyyat Məktəbində yaradılan klubun məqsədi tələbələrin beynəlxalq münasibətlər sahəsində bilik və vərdişlərini inkişaf etdirməyə dəstək olmaqdır. Eyni zamanda, bu sahənin mütəxəssisləri ilə dəyirmi masa və seminarların keçirilməsi, gənclərin dünyada baş verən hadisələri təhlil etmək bacarığının formalaşdırılmasına zəmin yaratmaqdır. “Gənc Diplomatlar Klubu” Azərbaycanda fəaliyyət göstərən səfirlik və konsulluqlarla əlaqələr qurmaq, onları UNEC-in müxtəlif lahiyələrinə cəlb etmək və onların layihələrində tələbələrin iştirak imkanlarını araşdırmaq istiqamətində də fəaliyyət göstərəcək.

“Gənc Diplomatlar Klubu”nun açılışında Rus İqtisadiyyat Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən səfirlik, konsullur və beynəlxalq təşkilatlarla daha sıx və fəal çalışması nəzərdə tutulan yeni yaradılan tələbə təşkilatının konsultasiya bazası olaraq, “Beynəlxalq münasibətlər” kafedrası çıxış edəcək. Bu sahədə kluba “Beynəlxalq iqtisadi münasibətlər” “Beynəlxalq iqtisadiyyat” kafedraları dəstək verəcək.

“Gənc Diplomatlar Klubu”nun rəhbəri, Rus İqtisadiyyat Məktəbinin II kursunda “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alan Züleyxa Məmmədovadır. Z.Məmmədova klubun loqosunu təqdim edərək, bildirib ki, loqoda əks olunan dimdiyində zeytun budağı tutan ağ göyərçin ilk dəfə İkinci Dünya Müharibəsindən sonra yaranan Ümumdünya Sülh Konqressində sülh rəmzi kimi seçilib: “Biz də gələcəyin diplomatları kimi, dünyada sülhün bərqərar olması üçün öz töhfəmizi verməyə çalışacağıq”.

1935 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna