UNEC-də imza günü: “Gəncsən, Başla”

28 FEVRAL 2018 | OXUNUB:
314

karyeraMartın 6-da UNEC-də dosent Nadir Adilovun “Gəncsən Başla” kitabının imza günü keçiriləcək.

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə müəllif kitabını tələbələr üçün imzalayaraq hədiyyə edəcək.

Kitabda müəllif tələbə və gənclərin planlı şəkildə inkişafı üçün praktiki məsləhətlər verir. Şəxsi inkişafda tələbə və gənclərin planlaşdırma, xaricdə təhsil, özünə inam, beynəlxalq sertifikasiya proqramları, uğurlu CV, maliyyə savadlılığı, könüllü olmaq, milli və beynəlxalq tədbirlərdə iştirak, iş həyatı, uğurlu gələcək, asudə vaxtın səmərəli keçirilməsi, peşəkar çevrə, uğurlu vərdişlər, aktiv fəaliyyət, sosial işlərdə iştirakın şəxsi inkişafda rolunu göstərir. Yekun olaraq, kitab tələbələrə uğurlu bir məzun olmağın yollarını praktiki şəkildə izah edir.

İmza mərasimi UNEC-in əsas tədris binasında yerləşən Heydər Əliyev Mərkəzində (otaq 305) saat 11.00-da keçiriləcək və bir saat davam edəcək.

Bütün tələbələr imza gününə dəvətlidir!

315 1