UNEC-də İntellektual çempionatın yeni sezonuna start verilib

17 OKTYABR 2016 | VIEWS:
2261

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus dilində Tədris Mərkəzinin tələbələrinin “Nə? Harada? Nə zaman?” intellektual yarışması üzrə çempionatının yeni sezonuna start verilib.
Yarışmadan öncə ötən sezonun qaliblərinə UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sponsorluğu ilə kubok və pul mükafatları təqdim edilib.
“Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi, “Turan” intellektual oyunlar klubunun üzvü Anar Eyyubov bildirib ki, yarışmanın məqsədi müxtəlif respublika və beynəlxalq səviyyəli intellektual oyun meydançalarında UNEC-i layiqincə təmsil edə biləcək intellektlərin hazırlanmasıdır.
Yarışma UNEC-in Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, Rus dilində Tədris Mərkəzinin direktoru Mənsur Bərxudarov, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə keçirlir. Çempionatın ilin sonuna qədər müntəzəm olaraq, hər həftə keçiriməsi nəzərdə tutulub.

2262 3