UNEC-də tələbə-elmi konfransı: “Azərbaycanda iqtisadi artımın dayanıqlığının təmin olunmasında maliyyə institutlarının rolu”

15 DEKABR 2016 | OXUNUB:
1417

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanda iqtisadi artımın dayanıqlığının təmin olunmasında maliyyə institutlarının rolu” mövzusunda tələbə-elmi konfransı keçirilib.

Maliyyə və mühasibat fakultəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkil etdiyi konfrans UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, Maliyyə və mühasibat fakultəsinin dekanı Gəray Musayev, “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri Əvəz Ələkbərovun iştirakı ilə keçirilib.

50-yə yaxın tələbənin iştirak etdiyi konfransda 18 məruzə dinlənilib. Müzakirələrdən sonra münsiflər heyəti Məmmədağa Məmmədovun “Kommersiya banklarının iqtisadiyyatın şaxələndirilməsində rolu” məqaləsini I yeri layiq görüblər. Səidə Xəlilin “Ölkənin sosial-iqtisadi inkişafının davamlığının təmin olunmasında investisiyaların rolu” məruzəsi ilə Aygün Abbasovanın “Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu və onun qeyri-neft sektorunun inkişafına təsiri” məqaləsi II olub. Konfransda dörd III yer müəyyən edilib. Bu yerləri “Devalvasiyanın bank sektoruna təsiri” məqaləsi ilə Nazlı Məmmədova, “Azərbaycanda kənd təsərrüfatının inkişafında maliyyə təsisatlarının rolu” məqaləsi ilə Xəzər Aslanlı, “Maliyyə hesabatları və onların tərtib olunmasının nəzəri-metodiki aspektləri” məqaləsi ilə Ülvi Bayramzadə və “Mütləq inhisar bazarı” məqaləsi ilə Elvin Hüseynli qazanıblar.

Qaliblərə PAŞA Həyat Sığortanın xüsusi hədiyyələri təqdim edilib.

1418 1