UNEC dosenti Beynəlxalq Menecment Akademiyasının müxbir üzvü seçilib

17 NOYABR 2016 | VIEWS:
2410

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının dosenti Elşad Səmədzadə Beynəlxalq Menecment Akademiyasının (BMA) müxbir üzvü seçilib.

E.Səmədzadə bu üzvlüyə BMA-nın təşkil etdiyi tədbir və seminarlarda fəal iştirakına, iqtisadiyyatla bağlı aktual çıxışlarına görə layiq görülüb.

Beynəlxalq Menecment Akademiyası İctimai Birliklər İttifaqı – 1996-cı ildə Beynəlxalq İqtisadçılar İttifaqının dəstəyi ilə yaradılan müstəqil beynəlxalq ictimai təşkilatdır. Akademiya öz sıralarında təkcə elm sahəsinin layiqli nümayəndələrini deyil, həm də Rusiya sahibkarlığının yeni formasiyasını birləşdirib.

 

2411 1