UNEC-in iqtisadi platforması “ISE Economic Talks”da müzakirə: “Kriptovalyutalar: qlobal çağırış və Azərbaycan”

01 MART 2018 | OXUNUB:
583

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsi 2017/2018-ci tədris ili üçün ilk müzakirəsini keçirib.

UNEC-in müəllim və tələbələrinin populyar iqtisadi platforması olan “ISE Economic Talks”a bu dəfə də dünya gündəminin ən çox müzakirə olunan mövzusu çıxarılıb. UNEC-in “Beynəlxalq İqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Fəxri Məmmədov “Kriptovalyutalar: qlobal çağırış və Azərbaycan” mövzusunda çıxış edib. Bu sahədə şəxsi təcrübəsini tələbələrlə paylaşan gənc müəllim məsələyə qlobal səviyyədə də yanaşıb. O, dünya iqtisadi və maliyyə sistemində baş verən institutsional dəyişikliklər çərçivəsində Azərbaycanın mövqeyini, kriptovalyutalara Azərbaycandakı yanaşamanı və gələcək perspektivləri təqdim edib.

“ISE Economic Talks” layihəsinin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. Layihə çərçivəsində, qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə edilir. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü” təşkil olunur. Ayda iki dəfə keçirilən müzakirələrin mövzuları səsvermə yolu ilə seçilir. Təkliflərə əsasən, yeni müzakirə istiqamətləri müəyyənləşdirilir. Müzakirələr həmçinin UNEC-in virtual iqtisadi forumu olan Diskurs.az-da da yayımlanır.

“ISE Economic Talks” layihəsinin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadədir.

584 2