“UNEC istedadları”- fotoqraf magistr

17 NOYABR 2017 | VIEWS:
2624

“UNEC istedadları” layihəsində bu dəfə UNEC magistri Elnur Musayevi tanıyacaqsınız.

Elnur Musayev 1992-ci il sentyabrın 12-də Bakıda anadan olub. Orta təhsilinə Səbail rayonu 134 saylı məktəbdə başlasa da, sonradan təhsilini Binəqədi rayon 299 saylı məktəb-liseydə davam etdirib. Elnur UNEC-in Texnologiya və dizayn fakültəsini bitirib. Hazırda UNEC-in 2-ci kursunda texniki estetika ixtisası üzrə magistr təhsili alır. Eyni zamanda UNEC-in Elektron İdarəetmə Mərkəzinin Texniki xidmət şöbəsində boyük mütəxəssis vəzifəsində çalışır.

Uşaqlığı İçərişəhərdə keçən E.Musayev istirahət və boş vaxtlarını səmərəli dəyərləndirmək üçün fotoçəkilişlər etməyi çox sevir. Ətrafındakı insanların marağına səbəb olan fotoları UNEC magistrinin bu sənətə həvəsini daha da artırıb. O, əsasən təbiət mövzularına üstünlük verir və smarton telefonlarla çəkiliş etməyi sevir. Kreativ foto və effekləri yaratmaq üçun öz üzərində daha çox çalışır.

E.Musayev gələcəkdə də bu hobbisini inkişaf etdirmək, çəkdiyi fotoları beynəlxalq müsabiqələrə təqdim etməyi düşünür. Onun sosial şəbəkədə maraqla qarşılanan çəkdiyi fotoşəkillərin bir neçəsini təqdim edirik.

UNEC istedadları

Seymur Ələkbərov  “UNEC istedadları” – model tələbə (10.11.2017)

Anar Bağırov “UNEC istedadları” – gitaraçı tələbə (27.10.2017)

Baba Aslanov – “UNEC istedadları” – tələbə tarzən (20.10.2017)

Aslan Əzimzadə – “UNEC istedadları” – tələbə vokalçı (13.10.2017)

Ləman Əkbərova – UNEC istedadları” – tələbə şairə (06.10.2017)

Azad İsmayılzadə – “UNEC istedadları” – rəssam tələbə (29.09.2017)

2625 5