“UNEC istedadları” – “MurAn” qrupu

29 DEKABR 2017 | VIEWS:
2643

“UNEC istedadları” layihəsində “MurAn” qrupunun üzvlərini təqdim edirik:

Murad Hacıbəyov 1997-ci il yanvarın 25-də anadan olub. Orta təhsilini 54 saylı məktəbdə alıb. 6 yaşında Leopold və M.Rostropoviçlər adına 21 saylı musiqi məktəbində piano üzrə imtahan verən Muradın musiqi duyumu yüksək olduğu üçün onu skripka təhsilinə yönəldiblər. O, 7 illik skripka təhsili ilə yanaşı, vokal və fortepiano sənətinə də yiyələnib. Skripkada klassik və milli musiqilər ifa edir.

Murad 2014-də UNEC-in Biznes nə menecment fakültəsinə daxil olub. Kommersiya ixtisası üzrə təhsil alan Murad skripkada hisslərini daha doğru ifadə etdiyini bildirir. UNEC tələbəsi gələcəkdə xarici ölkədə musiqi sahəsi üzrə sənətini davam etdirməyi düşünür.

Qrupun digər üzvü Anar İsmayılovdur. O, 1997-ci il noyabrın 8-də anadan olub. BDU nəzdində “Gənc İstedadlar” liseyini bitirib. 2015-ci ildə UNEC-in Maliyyə və mühasibat fakültəsinə daxil olub. Statistika ixtisasında təhsil alan Anar həm piano, həm də gitarada məharətlə ifa edir. Gitaraya daha çox üstünlük verən UNEC tələbəsi gələcəkdə ud alətində də ifa etməyi düşünür.

Hər iki tələbə üzv olduqları UNEC-in Yaradıcılıq Mərkəzində tanş olduqdan sonra musiqi qrupu yaratmağa qərar veriblər. Onlar “MurAn” adı ilə fəaliyyət göstərirlər. UNEC-in bütün tədbirlərində fəal iştirak edən istedadlı tələbələr dəfələrlə hərbi hissələrdə çıxış ediblər.

*

UNEC istedadları

Rəhilə Məmmədzadə – “UNEC istedadları”: memar və müğənni (8.12.2017)

“UNEC istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)

Sərxan Cəfərov – “UNEC istedadları” –  şair və rəssam  (27.11.2017)

Elnur Musayev – “UNEC istedadları”- fotoqraf magistr (17.11.2017)

Seymur Ələkbərov – “UNEC istedadları” – model tələbə (10.11.2017)

Anar Bağırov –“UNEC istedadları” – gitaraçı tələbə (27.10.2017)

Baba Aslanov – “UNEC istedadları” – tələbə tarzən (20.10.2017)

Aslan Əzimzadə – “UNEC istedadları” – tələbə vokalçı (13.10.2017)

Ləman Əkbərova – UNEC istedadları” – tələbə şairə (06.10.2017)

Azad İsmayılzadə – “UNEC istedadları” – rəssam tələbə (29.09.2017)

2644 1