Qaydalara edilən dəyişikliklərin əsas məqsədi UNEC-in tədqiqat universitetinə çevrilmə istiqamətindəki strateji hədəfinə nail olmaqdır. Differensial əmək haqqı sistemi UNEC-də tam ştat, 0,75 ştat və 0,5 ştat əvəzçiliklə çalışan professor-müəllim heyətini əhatə edir.
Differensial əmək haqqı sisteminə edilən yeni dəyişikliklərə əsasən qiymətləndirmə sistemində elmi fəaliyyətlərin payı 40%-dən 70%-ə yüksəldilmiş, “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin nəşr edilməsinə, nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsinə, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılmış və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsi də nəzərə alınmışdır.
<a href=”http://news.unec.edu.az/xeber/125-universitet/4170-unec-muellim-heyeti-uchun-differensial-emek-haggi-sistemini-tekmilleshdirdi” title=”News “></a>