UNEC müəllimi beynəlxalq simpoziumda

03 MAY 2017 | OXUNUB:
1307

UNEC müəllimi Qazaxıstanın Türkistan şəhərində keçirilən “Beynəlxalq İctimai Elmlər Konqresi 3-cü Türkistan Forumu: Qloballaşma Prosesində Türk Dünyasının Gələcəyi, Fürsətlər və Təhlükələr” adlı beynəlxalq simpoziumda  iştirak edib. Simpozium Xoca Əhməd Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin təşkilatçılığı ilə keçirilib.

UNEC-in Türk Dünyası İşlətmə Fakultəsinin (TUDİFAK) baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərov “Qlobal və regional tarazlıqlar çərçivəsində Azərbaycan – Qazaxıstan münasibətləri” mövzusunda məruzə ilə çıxış edib. UNEC müəllimi məruzəsində qloballaşan dünyada türk dünyasının qaşılaşdığı fürsət və risklərdən və bu prosesin uğurla keçilməsində Azərbaycan-Qazaxsıtan əməkdaşlığının önəmindən danışıb. UNEC müəllimi çıxışında dəyişən qlobal və regional tarazlıqlar kontekstində ikitərəfli əməkdaşlıqla yanaşı, Türkiyə-Azərbaycan-Qazaxıstan xəttinin strateji önəmini və Türk Konseyinin rolunu xüsusi qeyd edib. N.Cəfərov məruzəsində iki ölkənin daha sıx əməkdaşlığı üçün yeni təkliflər də səsləndirib.

Ümumilikdə dünyanın 10 ölkəsindən 100-dən çox aliminin iştirak etdiyi simpozium maraqlı məruzə və müzakirələrlə yadda qalıb. Üç gün davam edən elmi müzakirələrdən sonra beynəlxalq simpozium Yesevi Unversitetinin Türk Dünyası ansamblının konserti  ilə yekunlaşıb.

 

1308 1