UNEC müəllimi beynəlxalq tədbirdə Qarabağ problemindən danışıb

07 OKTYABR 2016 | OXUNUB:
791

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Türk Dünyası İşlətmə fakültəsi İqtisadiyyat və İşlətmə kafedrasının müəllimi Araz Aslanlı Türkiyənin paytaxtı Ankara şəhərində 6-7 oktyabr 2016-cı il tarixlərdə keçirilən “Müstəqilliyinin 25-ci ilində Türk Respublikaları” adlı beynəlxalq simpoziuma qatılıb.

Tədbirin açılış panelində Türkiyə Prezident Aparatının Sədrinin Müavini və Prezidentin Mətbuat Katibi İbrahim Kalın, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan respublikalarının Türkiyədəki səfirləri, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digərləri çıxış ediblər.

UNEC müəllimi Araz Aslanlı tədbirdə “Qarabağ probleminin həll olunmamasının səbəbləri və nəticələri” adlı məruzə ilə çıxış edib. Məruzədə Qarabağ probleminin yaranmasının səbəbləri izah edilərək, problemin Azərbaycan, region və dünya üçün yaratdığı mənfi nəticələr və risklər barədə məlumat verilib.

Tədbirin təşkilatçıları və dəstəkçiləri arasında Ahmet Yesevi Universiteti, Türk Keneşi, Beynəlxalq Türk Akademiyası, TÜRKPA, TÜRKSOY, TİKA, Türk Tarix Qurumu, Ankara Siyasi və İqtisadi Araşdırmalar Mərkəzi də yer alıb.

 

792 1