UNEC müəllimi xarici universitetdə mühazirə oxuyub

12 OKTYABR 2016 | OXUNUB:
993

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti Rauf Quliyev Astanada keçirilən “Qazaxıstanın turizm industriyası: müasir vəziyyət və inkişaf tendensiyaları” adlı II Beynəlxalq elmi-praktik konfransda iştirak edib. R.Quliyev həmçinin Qazaxıstan İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetinin tələbələrinə mühazirə oxuyub.

UNEC müəllimi Azərbaycanın coğrafi şəraiti və turizm potensialı, turizmin yeni növləri, o cümlədən ekoloji, elmi və tədris turizminin inkişaf perspektivləri haqqında geniş məlumat verib. Bu turizm istiqamətlərinin Qazaxıstanda inkişafına dair təkliflər irəli sürüb. R.Quliyevin mühazirələri və konfransda çıxışları tələbələrdə böyük maraq doğurub.

994 1