UNEC müəlliminin məqaləsi “Thomson Reuters”də

10 NOYABR 2017 | VIEWS:
2711

Araz Aslanli 3UNEC müəlliminin məqaləsi “Thomson Reuters”in “WEB of Science” bazasına daxil olan “Bilig” jurnalında dərc edilib.

Dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı “Thomson Reuters”ə daxil olan “Transxəzər enerji əməkdaşlığının Türk Respublikaları üçün əhəmiyyəti” başlıqlı məqalənin müəllifi UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Araz Aslanlıdır.

Ali təhsil müəssisələri üçün qlobal elmi baza olan “Web of Science®” platformasında yerləşən məqalədə Transxəzər əməkdaşlığının mahiyyəti, tarixi, Transxəzər əməkdaşlığı ilə bağlı imzalanan sənədlər, əməkdaşlığın həyata keçirilən və planlaşdırılan formaları haqqında məlumat verilib, məsələyə dair region dövlətlərinin və regiondankənar qüvvələrin mövqeyi işıqlandırılıb. Daha sonra isə Transxəzər enerji əməkdaşlığının Türk Respublikaları üçün əhəmiyyəti, Türk dövlətləri arasındakı əməkdaşlığa verə biləcəyi ümumi töhfə təhlil edilib.

Məlumat üçün bildirək ki, “Bilig” jurnalı Beynəlxalq Ahmet Yesevi Universitetinin nəşridir və İctimai Elmlər İstinad İndeksi olan “SSCI” (Social Sciences Citation Index) sistemində qeydiyyatdadır.

UNEC müəlliminin məqaləsini bu keçiddən oxumaq mümkündür:

http://bilig.yesevi.edu.tr/yonetim/icerik/makaleler/2095-published.pdf

2712 1