UNEC rektorunun yay imtahan sessiyası ilə bağlı müraciəti

31 MAY 2016 | VIEWS:
1117

Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov şəxsi facebook səhifəsində 2015/2016-cı tədris ilinin yay imtahan sessiyası ilə bağlı müraciət ünvanlayıb:

Əziz tələbələr!

Qarşıdan gələn yay imtahan sessiyasında hər birinizə uğurlar arzulayıram.
Bu sessiyada da tələbə biliyinin obyektiv qiymətləndirilməsi əsas prinsipimiz olaraq qalır. İnanıram ki, tədris müddətində əldə etdiyiniz biliklərlə imtahanlarda yüksək nəticə qazanacaq, ümidlərimizi layiqincə doğruldacaqsınız.

Dəyərli valideynlər!
Bu dövrdə övladlarınızdan daha çox həyəcan keçirdiyinizi, hər an xoş xəbər eşitmək arzusunda olduğunuzu bilirəm. Bu məqamlarda övladınıza dəstək olmaq, imtahanların təşkili prosesini görmək Sizin haqqınızdır. Məhz bu məqsədlə, imtahan sessiyası boyunca istənilən vaxt universitetimizə təşrif buyuraraq imtahanların gedişatını izləyə bilərsiniz. Şəraitlə tanış olduqdan sonra hər birinizin dəyərli təklif və iradlarınızı dinləməyə hər zaman hazıram. Qeyd edim ki, ənənəmizə sadiq olaraq imtahan sessiyası müddətində tələbə və valideynlərin müraciətlərini eşitmək üçün hər həftənin şənbə günü saat 10:00-12:00-da universitetdə “Açıq qapı” keçiriləcəkdir.
KİV və qeyri-hökümət təşkilatlarının nümayəndləri də imtahanlarda iştirak etmək üçün universitetə dəvət olunurlar. Jurnalistlər və nümayəndələr istənilən tədris binasına sərbəst şəkildə daxil olub bütün prosesləri izləyə bilərlər. Peşəkar təhlil yazıları bizim üçün vacib resursdur və universitetdə keyfiyyət göstəricilərinin yüksəldilməsinə əvəzsiz töhfə verəcəkdir. Bu səbəbdən, KİV nümayəndələrinin təklif və tövsiyyələri arzusundayıq.
Hər hansı sual və təklifə görə universitetin 146-1-3 Qaynar xətti, imtahan nəticələri ilə bağlı isə Apellyasiya Komissiyası yenə də xidmətinizdə olacaq. Müraciətlərinizi facebook səhifəmə də ünvanlaya bilərsiniz.
Əziz tələbələr!
Əminəm ki, imtahanlarda qazanacağınız uğurlarla biz müəllimləri və əzizlərinizi sevindirəcəksiniz.
Bir daha hər birinizə uğurlar diləyirəm!

1118 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna