UNEC tələbələri Elmi-Analitik Mərkəzdə toplanacaq

01 FEVRAL 2017 | VIEWS:
1210

UNEC-də tələbələrin elmi biliklərinin müxtəlif analiz və araşdırma fəaliyyətində praktiki tətbiqini təmin etmək məqsədi ilə Tələbələrin Elmi-Analitik Mərkəzi (UNEC TEAM) yaradılıb. İlkin mərhələdə 15 tələbədən ibarət olacaq TEAM, şirkətlərin sifarişi əsasında çalışaraq, sorğu, qiymətləndirmə, araşdırma və digər bu kimi işləri yerinə yetirəcək. UNEC TEAM komandasına praktiki biliklərə yiyələnmələri üçün mütəxəssislər tərəfindən mütəmadi təlimlər təşkil ediləcək.

UNEC TEAM komandasının üzvü olmaq tələbələrin analiz, araşdırma və komanda ilə işləmək qabiliyyətini inkişaf etdirəcək. Real praktiki məsələlər və problemlər üzərində çalışmaq vərdişləri aşılayacaq. Tələbələr üçün müxtəlif həvəsləndirici mükafatlar da nəzərdə tutulub.

UNEC TEAM komandasının üzvü olmaq üçün artıq sənəd qəbulu başlayıb. Maliyyə, marketinq, iqtisadiyyat, statistika sahəsində, eyni zamanda baza səviyyəsində MS Excel və MS Word bilikəri, ingilis dili səviyyəsi, yaxşı ünsiyyət və komandada işləmək bacarığı olan tələbələr sənəd qəbulu üçün müraciət edə bilər. Birinci mərhələni keçən tələbələr müsahibəyə dəvət ediləcək. Müsahibədə tələbənin dil bilikləri və real qısa problemlər üzərində analiz qabiliyyətləri yoxlanacaq.

1211 1