UNEC tələbələri üçün təlim: “Sığorta işi və sığorta mədəniyyəti”

18 APREL 2017 | OXUNUB:
896

UNEC-in Karyera Mərkəzi ilə “Paşa Həyat Sığorta” şirkəti “Sığorta işi və sığorta mədəniyyəti” adlı təlim təşkil edib.

Üç gün davam edən təlimlərdə şirkətin mütəxəssisi UNEC tələbələrinə sığorta işi, sığorta mədəniyyəti barədə ətraflı məlumat verib, praktiki biliklər aşılayıb.

Təlimlərin sonunda iştirakçılara “Paşa Həyat Sığorta” şirkətinin sertifikatları təqdim edilib.

UNEC-in Karyera Mərkəzi ilə “Paşa Həyat Sığorta” şirkətinin birgə təşkil etdiyi “Sığorta işi və sığorta mədəniyyəti” təlimləri tədris ilinin sonunadək davam edəcək. Təlimlərdə UNEC-in bütün kursları üzrə tələbələri iştirak edə bilər. Təlimlərə qatılmaq istəyən tələbələr Karyera Mərkəzinə müraciət edə bilərlər.

897 2