UNEC tələbəsi məqalə müsabiqəsinin qalibləri sırasında

10 MAY 2017 | VIEWS:
2642

UNEC tələbəsi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda tələbələr arasında keçirilən məqalə müsabiqəsində qalib gəlib. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin IV kurs tələbəsi Aida Həsənova II yerin qalibi olub.

Müsabiqənin münsiflər heyətində təmsil olunan UNEC-in “Azərbaycan dili” kafedrasının baş müəllimi, dosenti Gülbəniz İsmayılzadə isə münsiflik fəaliyyətinə görə müsabiqənin xüsusi diplomu ilə təltif edilib.

2643 1