Kafedra müdiri: fil.e.d., prof. Əbdülhəsənli Tofiq Əbdüləziz oğlu

Ünvan:  Bakı, A.Səhhət küçəsi, 45 (IV korpus)
Telefon: +(994) 12 441-62-74
e-mail: [email protected]

tofiqba92de2509cc11201331_1426251401013837_753741143_o??????????????????????????????????????????????????????????????tofiq125d77df4f2???????????????????????????????

Azərbaycan dili” kafedrasının xəbərləri UNEC NEWS-da

“Azərbaycan dili” kafedrasının xəbərləri UNEC NEWS-da (2016 – 2019)

UNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildiUNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildiUNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildiUNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildiUNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildiUNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildi

29088 1

Kafedra haqqında

Azərbaycan dili fənni «Xarici dil» və «Rus dili» kimi «Dillər» kafedrasının tərkibində hələ 30-cu illərdən tədris olunmağa başla­mışdır. 1966-cı ildən rus, Azərbaycan dilləri xarici dillərdən ayrılaraq, ayrıca kafedrada birləşdi. Həmin vaxtlar «Rus dili və Azərbaycan dili» kafedrasına dos. Cəlil İbrahimov (1966-1968), dos. Aişə Kazı­mo­va (1969-1972) rəhbərlik etmişlər. 1972-ci ildən müstəqil «Azə­r­bay­can dili» kafedrası yaradılmışdır. 1972-1982-ci illərdə fil.e.n., do­sent Vəli Məmmədov yeni yaranmış kafedranın müdiri işləmişdir.

Sonralar kafedraya dos. Məmməd Əliyev (1983-1987), prof.Tofiq Əhmədov (1990-1999), prof. Həbib Zərbəliyev (2000-2005) başçılıq etmişlər. Müxtəlif vaxtlarda dos. Elmira Cahangirova (1982-1983), prof. Maarifə Hacıyeva (1987- 1990), Vəli Məmmədov (1998-2000) kafedranın müdir əvəzi işləmişlər. 2006-cı ilin mart ayından “Azərbaycan dili” kafedrasına filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Tofiq Əbdülhəsənli rəhbərlik edir.

“Azərbaycan dili” kafedrası tərəfindən elmi-tədqiqat işləri günün tələbləri səviyyəsində davam etdirilir. Kafedra əməkdaşlarının yerinə yetirdiyi elmi-tədqiqat işlərində Azərbaycan dilinin fonetik, morfoloji, leksikoloji və sintaktik özünəməxsusluqları geniş şəkildə tədqiq olunur,   işlərə AMEA-nın Nəsimi  adına Dilçilik İnstitutu tərəfindən hər il rəy verilir. Tədqiqatlar zamanı Azərbaycan dilinin öyrədilməsinin təşkili, dərs prosesinin keyfiyyətinin yüksəldilməsi yolları, tədrisin təşkilinə sistemli yanaşma metodologiyasının işlənib hazırlanmasına nail olunmuşdur; Azərbaycan və türk dillərinin, habelə klassik və müasir ədəbiyyatımızın paralel öyrənilməsinin səviyyəsinin artırılması məqsədilə müxtəlif dərs vəsaitləri, yanaşma metodları, interaktiv sistemlər işlənib hazırlanmışdır; Rus qruplarında Dövlət dili tədrisində müasir informasiya texnolo­giya­larının tətbiqi istiqamətində elmi araşdırmalar aparılmış, maraqlı elmi nəticələrə nail olunmuşdur.

Kafedra tədqiqat işlərini müxtəlif elmi istiqamətlərdə – Azərbaycan dilinin qrammatik qanunauyğunluqları və üslubi istiqamətləri; İqtisadçı kadrların hazırlanmasında Azərbaycan dilinin qram­matikasının tədrisi problemləri; Azərbaycan dilinin sintaksisi, müasir yanaşmalar, elmi müla­hi­zə­lər davam etdirilir.

Kafedranın müəllimlərindən f.e.d. T.Əbdülhəsənli, S.Hüsynova və A.Rzainin “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyi, f.e.d. T.Əbdülhəsənlinin və dos. A.Hüseynovanın “İşgüzar yazışmalar” dərslikləri, F.Kazımova və A.Həsənovanın «Azərbaycan di­li» dərs vəsaiti, prof. M.Hacıyeva və S.Hüseynovanın «Azərbaycan di­lin­dən praktikum» əsərləri, prof. H.Zərbəliyevin «Sayların və say kons­truksiyalarının tipologiyası» monoqrafiyası, baş müəllim A.Rzainin «Nitq mədəniyyəti və üslubiyyat» adlı dərs vəsaiti, «Alınma məişət leksikası», bunlardan dos. T.Əbdülhəsənli, dos. F.Kazımova və b/müəl. İ.Sultanovanın «Azərbaycan dili», dos. T.Əbdül­həsənli və fil.e.n., müəl. A.Hüseynovanın «İşgüzar Azərbaycan dili», prof. M.Ha­cıyevanın «Azərbaycan dili (fonetika)», «Ədəbi çeşmə», dos. S.Hüseynovanın «Azərbaycan dili», fil.e.n., dos. A.Rzainin «Azər­bay­can dilində söz yaradıcılığı», fil.e.n., dos.K.Quliyeva və müəl. S.Əhmə­dovanın «Tərcümə mətnləri», baş müəl. H.Qarayevin «Azər­bay­can epik folklorunda faciəvilik», «Nitq mətnləri və üslubiyyat», fil.e.n., dos. M.Mahmudovanın «Azərbaycan dilində felin tədrisi» və s. işləri nəşr olunmuşdur.

*

Azərb. dili və nitq mədəniyyəti. MÜHAZİRƏ mətnləri (2018-2019)

Az.dili və nitq mədəniyyəti. PREZENTASİYALAR

İŞGÜZAR YAZIŞMALAR – PREZENTASİYALAR və Mühazirə mətnləri (2018-2019)

İŞGÜZAR YAZIŞMALAR Mühazirə mətnləri (2018-2019)

“Azərbaycan dili” kafedrasının SİLLABUSLARI (2018-2019)

*

Kafedrada tədris olunan fənlər:

– Azərbaycan dili və nitq mədəniyyəti
– İşgüzar yazışmalar
– Azərbaycan dili
– Nitqin inkişafı
– Nitqin elmi üslubu

Son illərdə “Azərbaycan dili” kafedrası tərəfindən elmi-tədqiqat işləri də uğurla davam etdirilmişdir. Azərbaycan dilinin fonetik, morfoloji, leksikoloji və sintaktik özü­nəməx­susluqları geniş şəkildə tədqiq olunmuş, kafedra əməkdaşlarının yerinə yetirdiyi elmi-tədqiqat işlərinə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən rəy verilmiş və kafedra əməkdaşlarının tədqiqatları yüksək qiymətləndirilmişdir.

Professor-müəllim heyəti:          

  1. fil.e.d., prof. Əbdülhəsənov Tofiq Əbdüləziz (kafedra müdiri) 
  2. fil.e.n., dos. Allahverdiyeva Vəfa Mübariz
  3. fil.e.n., dos. Rzai Aydın Əli
  4. fil.e.n., dos. Qədiməliyeva Aynur Famil
  5. fil.f.d., dos. Allahverdiyev Cəlal Vaqif (H.Əliyev iqtisadi irsinin öyrənilməsi mərkəzi)
  6. fil.e.n., dos. Hüseynova Aybəniz Məhərrəm
  7. fil.e.n., dos. İsmayılzadə Gülbəniz Məhəmməd
  8. fil.f.d., dos. Səfərli Günal Əliyar
  9. fil.f.d., b/m. Yusifova Nailə Yusif
  10. fil.f.d., dos. Əmrahova Mətanət Bəkir
  11. fil.f.d.,dos. Qəhrəmanova Çinarə Məmməd
  12. b/m. Həsənova Şəfəq Çingiz
  13. b/m. Hacıyeva Sevinc Məhərrəm
  14. b/m. Əhmədova Samirə Tofiq (0.75)
  15. b/müəl. İbrahimova Könül Tariyel (0.75)
  16. müəl. Babayeva Elza Mükəsahib 
  17. b/m. İsmayılova Xurşud Cəlil (0.75)
  18. müəl. Zeynalova Gülnarə Ələkbər (0.75)
  19. müəl. Hümbətəliyeva Sevinc Mübariz (0.75)

*

Məsləhətçi

Hacıyeva Maarifə Hüseyn –  f.e.d. prof. (professor-məsləhətçi)

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna