UNEC voleybolçuları finalda

06 APREL 2017 | VIEWS:
1556

UNEC-in voleybol komandası “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XIII Respublika universiadasının final mərhələsində yarışıb.

Universiada çərçivəsində keçirilən yarışlarda Bakı Dövlət Universitetini 2:0 və Azərbaycan Texniki Universitetini 2:0 hesabı ilə məğlub edən UNEC komandası finala vəsiqə qazanıb.

Finalda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə qarşılaşan UNEC voleybolçuları gərgin keçən yarışda rəqib komandaya 2:1 hesabı ilə məğlub olub. 16 komanda arasında keçirilən yarışda UNEC voleybolçuları III yerin sahibi olublar.

Qeyd edək ki, komandaya UNEC–in “İdman klubu”nun  baş məşqçisi Vahid Yolçuyev rəhbərlik edib.

1557 1