UNEC voleybolçuları qalib olub

23 YANVAR 2018 | VIEWS:

Voleybol üzrə Azərbaycan çempionatının 2017-2018-ci il mövsümünün Birinci Liqa yarışlarına start verilib.

Ümumilikdə 19 komandanın iştirak etdiyi voleybol yarışlarında UNEC-in kişi və qadınlardan ibarət komandaları da mübarizə aparır. Yarışın ilk günündə kişilərin mübarizəsində  UNEC-in “İqtisadçı” komandası “Şəki” komandasına 3:2 hesabı ilə qalib gəlib. Qadınlardan ibarət yarışlarda isə UNEC komandası 3:0 hesabı ilə “Gəncə” komandasını məğlub edib.

2 ay davam edəcək liqada kişilərin mübarizəsində 10, qadınlardan isə 9 komanda 2 qrupda mübarizə aparacaq.

Qeyd edək ki, kişilərdən ibarət voleybol komandasının məşqçiləri Sergey Titovets  və Etibar Qasımov, qadınlardan ibarət komandanın məşqçiləri isə Siyavuş Axundov, Qəzənfər Cəfərov və Vahid Yolçuyevdir.

Komandalarımızı təbrik edir, uğurlar arzulayırıq!