UNEC YAP gəncləri Xocalı qurbanlarını yad etdi

25 FEVRAL 2017 | OXUNUB:
1174

“Xocalı həftəsi” çərçivəsində növbəti tədbir UNEC YAP gənclərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirildi. Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Səbayel rayon UNEC ilk ərazi təşkilatının sədri, prorektor Mikayıl Zeynalov bildirdi ki, Xocalı faciəsi tarix boyu erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən ən dəhşətli soyqırımlardan biridir. Bizim gənclərimiz, UNEC tələbələri bu qətliamı unutmamalı və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda bütün səylərini əsirgəməməlidirlər.

Tədbirin sonunda UNEC tələbələrinin hazırladıqları ədəbi-bədii-müsiqili kompozisiya tədbir iştirakçılarına təqdim olundu. Biznes və Menecment fakültəsinin III kurs tələbəsi Həsən Bədəlbəylininin ifasında “Şəhidlər” musiqisi, “SABAH” Mərkəzinin IV kurs tələbəsi Günay Qarayevanın ifasında “Bağışlama bizi Vətən” laylası, Maliyyə və Mühasibat  fakültəsinin I kurs tələbəsi Təranə  Quliyevanın “Ay Xocalım” şeiri iştirakçıların daha çox marağına səbəb oldu.

 

1175 1