UNEC-də Konstitusiya Günü

10 NOYABR 2017 | VIEWS:

UNEC-də – 12 noyabr Konstitusiya Günü qeyd edilib.

Bu gün UNEC-in bütün fakültələrində bir dərs “Konstitusiya Günü”nə həsr olunub.

Maliyyə və mühasibat fakültəsində keçirilən tədbirdə “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri, professor Əli Əlirzayev bildirib ki, Azərbaycanın böyük dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan, müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Konstitusiyası xalqımızın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı çoxəsrlik mübarizənin məntiqi yekununun və təntənəsinin təcəssümüdür. O, qeyd edib ki, Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızın əsasını demokratik cəmiyyət qurmaq və insan hüquq və azadlıqlarının qorunması təşkil edir.

Distant, qiyabi və əlavə təhsil Mərkəzi ilə SABAH Mərkəzinin birgə təşkil etdiyi tədbirdə isə DQƏTM-in direktoru Səbuhi Tanrıverdiyev tələbələrə bu günün yaranma tarixi barədə məlumat verərək, bildirib ki, müasir dövlətçiliyimizin aparıcı qüvvəsi olan insan amili ölkə Konstitusiyasının diqqət mərkəzində dayanır: “Məhz bu səbəbdəndir ki, konstitusiyada 158 maddədən 57 maddə insan hüquq və azadlıqları, vətəndaş vəzifələrinə həsr olunub. Bu baxımdan əgər Konstitusiyada dövlət, ictimai və vətəndaş maraqları arasında tarazlığa riayət olunursa, insan hüquqlarına və azadlıqlarına hörmətlə yanaşılır və onların müdafiəsinə təminat verilirsə, belə Konstitusiya bütövlükdə cəmiyyətin və insanların inkişafına xidmət etmiş olur. Konstitusiyamızın gənc və müstəqil dövlətimizin demokratik və hüquqi cəmiyyət qurmaq məramında olduğunu göstərir, eləcə də ölkədə siyasi sabitliyin, ictimai sülhün və milli barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir”.

Texnologiya və dizayn fakültəsinin professor-müəllim və tələbə heyətinin birgə iştirakı ilə keçirilən tədbirdə isə “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov Konstitusiya Gününün tarixindən və əhəmiyyətindən söz açıb.

İqtisadiyyat fakültəsində qeyd edilən əlamətdar gün Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Fakültə dekanı, dosent Asiman Quliyev və “Humanitar fənlər” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Vəkil Həsənov çıxışlarında bildiriblər ki, əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalqın qarşısında dövlət quruculuğunun yaradılması gündəmdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi.

Tədbirdə fakültənin istedadlı tələbələri vətənpərvərlik ruhunda mahnı və şeirlər ifa ediblər. Sonda fəal tələbələrə təşəkkürnamə təqdim edilib.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna