Elm və innovasiya məsələləri üzrə prorektor, f.e.d., prof. Rövnəq Mirzə oğlu Rzayev

e-mail:
[email protected]

[email protected]

Akademik profillər:
Scholar  
Scopus
ORCID
Researchgate
Webofscience

12.02.1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olub.

1986-cı ildə orta məktəbi, 1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

1988-1989-cu illərdə həqiqi hərbi xidmətdə olub.

1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində əyani aspirant olub.
1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.

1993-cü ildən Bakı Dövlət Universitetinin “Fiziki elektronika” kafedrasının nəzdindəki “Bərk cisim elektronikası” Elmi-Tədqiqat Laboratoriyasında, 2006-cı ildən 2016-cı ilə qədər isə Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun “Yarımkeçiricilər fizikası” şöbəsində elmi işçi vəzifəsində çalışıb.

1998-ci ildə “Disproziumla aşqarlanmış qallium selen monokristallarının elektron xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.

2014-cü ildə isə “AIIIBVI monoselenidlərinin kristalları tipli laylı quruluşlu yarımkeçiricilərdə dreyf çəpərlərinin elektron hadisələrinə təsiri” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək, fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə 2004-cü ildə “Dosent”, 2019-cu ildə isə “Professor” elmi adlarını alıb.

2011-ci ildən 2020-ci ilə kimi UNEC-in “Fizika və kimya” kafedrasına rəhbərlik edib.

2020-ci ildən 2024-cü ilə kimi UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri vəzifəsində çalışıb.

2024-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsində çalışır.

Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun 29 mart 2019-cu il tarixli 188/3/2019- saylı əmri ilə “Kompozit materiallar” Elmi Tədqiqat Mərkəzinin elmi rəhbəridir.

UNEC Elmi Şurası və Mühəndislik fakültəsinin Elmi Şurasının üzvüdür.

250-dən artıq elmi əsərin, o cümlədən 60-dan artıq impakt faktorlu (Web of Science və Scopus bazalarına daxil olan) nüfuzlu xarici jurnallarda olmaqla, 120  elmi məqalənin, 50-yə qədər beynəlxalq (əksəriyyəti xaricdə) və 50-dən yuxarı Respublika səviyyəli konfrans materiallarının, 1 dərslik, 10 dərs vəsaitinin və 10-larla proqram və metodiki vəsaitin müəllifidir.

Dəfələrlə beynəlxalq və respublika səviyyəli qrant müsabiqələrinin qalibi və layihə rəhbəri olmuşdur.

UNEC JOURNAL OF ENGINEERING AND APPLIED SCIENCES jurnalının baş redaktorudur. https://www.unec-jeas.com/

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi elmi dərəcə iddiaçılarının əsərlərinin çap edildiyi dövri elmi nəşrlərin siyahısına daxil edilən Azərbaycan Texniki Universitetinin “Elmi əsərlər” və “Fizika, riyaziyyat və informatika tədrisi” jurnallarının, eləcə də Rusiya Federasiyasında nəşr olunan dövri elmi və elmi-texniki nəşrlərin Ali Attestasiya Komissiyasının Siyahısına (РИНЦ)  daxil olan «Нефтегазовое дело» jurnalının elmi redaksiya heyətinin üzvüdür.

2017-ci ildən 2023-cü ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasıında Fizika və Astronomiya üzrə Expert Şurasının üzvü olub. 2024-cü ilədən isə Expert Şurasının sədri vəzifəsində çalışır.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

rovnaq75c87da73b4DSC_0321-001fffeda14541ef982cffffaf8c442e5403b8d2d9124080de1-DSC_2601Turkiyeqida09158

prof. R.Rzayev UNEC NEWS-da

“Evrika” liseyinin şagirdləri: “UNEC tələbəsi olmaq istəyirik” (15.02.2018)
UNEC-də İKT və innovasiyaların inkişafında dövlət dəstəyi mexanizmləri müzakirə olunub
 (26.12.2017)
UNEC-in “Texnoloji Təhsil Qrupu”ndan tələbələr üçün disput
 (21.11.2017)
UNEC alimləri beynəlxalq konfransda (11.05.2017)

Nümunəvi həyat yolu – görkəmli alim Əziz Əliyev (“Respublika” qəzeti, 02.04.2017)
UNEC-də elmi tədqiqat işlərinin perspektivləri müzakirə edilib (10.03.2017)
UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu (16.02.2017)
UNEC alimlərinin elmi-tədqiqat işləri impakt faktorlu jurnalda dərc edilib
 (26.11.2015)
UNEC alimləri beynəlxalq konfransda çıxış ediblər (25.11.2015)

gence1221333gence1221qida-20171026-WA0005???????????????????????????????fizaka4b4a77f203fizaka25007390e45c8616aeaf96

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - pump fun sniper bot - marsbahis - marsbahis - marsbahis