Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən İqtisadçı Vətənpərvərlər Təşkilatı 2016-cı ildə İqtisadçı Vətənpərvərlər Mərkəzi adı altında yaradılmışdır. UNEC-in 08.12.2018-ci il tarixli Elmi Şurasının qərarı ilə təşkilatın Əsasnaməsi qəbul olunmuşdur.
İqtisadçı Vətənpərvərlər Təşkilatı təhsil alan gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, asudə vaxtının səmərəli təşkilini təmin etmək, vətənpərvərlik ruhunun gənclərə aşılanması məqsədi ilə təsis edilib.
İVT Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin ümumi maraqlarına və könüllülük prinsiplərinə əsaslanan təşkilatdır. İVT-nin əsas məqsədi tələbələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsidir. Bu istiqamətdə tədbirlərin keçirilməsi və tələbələr arasında vətənpərvərlik təbliğatının aparılması, şəhid ailələri və qazilərlə tələbələr arasında sıx əlaqələrin yaradılması, cəbhə bölgələrinə səfər edilməsi və qəhrəmanlarımızın döyüş yolları barədə tələbələrə düzgün məlumat çatdırılmasıdır. Bu istiqamətdə təşkilat bir çox layihələr və tədbirlər həyata keçirmişdir.
2023-2024-cü illərdə kimi UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Nəsibə Quliyeva olub.
İVT UNEC-in Zaqatala filialında da fəaliyyət göstərir və təşkilatın filial üzrə sədri Əli Əhmədzadədir.
2024-cü ilin iyununda UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatına Xədicə Nuriyeva seçilib.
*