Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Mərkəzinin Maliyyə ixtisası üzrə magistri Aslanova Aybəniz Xaqani qızı və MBA proqramının Menecment ixtisası üzrə magistri Camalova Aydan Elxan qızı “Bank of Baku” ASC-nin təqdim etdiyi Risklərin idarə edilməsi üzrə təcrübə proqramına seçilib.
Təcrübə proqramının seçim turunda UNEC-in 40-a yaxın tələbə və magistr iştirak edib.
Qeyd: UNEC ilə “Bank of Baku” ASC arasında 20 noyabr 2014-cü il tarixində əməkdaşlıq haqqında çərçivə razılaşması imzalanıb. Razılaşmanın məqsədi bankın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə və universitetin müəllimlərinin və tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.