1949-cu il avqustun 14-də Qazax rayonunda anadan olmuşdur.
1966-1970-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititutunu bitirmişdir.
1974-1977-ci ildə Moskva Kooperasiya İnstitutunun aspirantı olmuşdur.
1982-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
1984-85-ci illərdə Azərittifaqda icra aparatının şöbə müdiri olmuşdur.
1985-1991-ci illərdə Əhalinin tələbatı və ticarət konyukturasının mərkəzi Elmi-Tədqiqat İnstitutunun Azərbaycan filialında şöbə müdiri;
1993-2001-ci illərdə Dövlət Antiinhisar siyasəti və sahibkarlara kömək komitəsində şöbə müdiri vəzifəsində işləmişdir.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərir. 2018-ci ilin iyul ayından Biznesin idarə edilməsi kafedrasının dosentidir.
İqtisad Universitetinin şahmat komandasının üzvüdür.
Ailəlidir, iki övladı və bir nəvəsi var.
*
Tədris etdiyi fənnlər:
Bakalavr pilləsində: “Marketinq”, “Marketinqin kommunikasiya sistemi”
MM-də: “Marketinqin kommunikasiya strategiyaları”
Yerinə yetirdiyi tədris-metodiki vəsaitlər:
1.“Marketinqin kommunikasiya strategiyaları” (magistr hazırlığı) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı,(müəl.S.S.Əkbərova)
UNEC müəllimləri təltifolunma mərasimində iştirak edib (01.07.2016)