UNEC müəllimi Texasda Qarabağdan danışıb

06 APREL 2016 | VIEWS:

Aprelin 7-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Fulbright Proqramı çərçivəsində ABŞ-ın Qərb Texas A&M Universitetində (West Texas A&M University) növbəti mühazirəsində Azərbaycan həqiqətlərindən söz açıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Bildirib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.

M.İbrahimov Ermənistan silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını diqqətə çatdırıb. UNEC müəllimi BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul etdiyini bildirib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal siyasətindən əl çəkmir.

Cəbhə xəttində son günlər baş verən hadisələrdən danışan M.İbrahimov erməni silahlı birləşmələrinin dinc sakinləri atəşə tutması və Azərbaycan Ordusunun bu təxribata əks həmlələrlə layiqincə cavab verməsindən söz açıb. Yüzdən çox tələbənin sualını cavablandırıb.

M.İbrahimovun növbəti mühazirəsi “Kənd təsərrüfat istehsalının iqtisadi səmərəliliyi” (Economy Efficiency of Agricultural Production) mövzusunda olub. UNEC müəllimi həmin dərsin də ilk dəqiqələrində Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətindən danışıb.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol