23 noyabr 1974-cü ildə Gəncə şəhərində anadan olmuşdur.
1993-cü ildə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin «Şərabçılıq və Konservləşdirmə» fakültəsinə qəbul olmuşdur. 1994-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “İaşə məhsullarının texnologiyası” ixtisasına keçirilərək, 1999-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin həmin ixtisasın maqistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir.
2008-ci ildə kafedraya doktoranturaya qəbul olmuş və 2013-cü ildə bitirmişdir.
2014-cü ildə 3309.01 “Qida məhsullarının texnologiyası” ixtisası üzrə “Müxtəlif üzüm sortlarından istifadə konyak şərab materialı istehsalı texnologiyasının işlənməsi” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika üzrə fələsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildən “Qida məhsullarının texnologiyası” kafedrasının 3309.01 “Qida məhsullarının texnologiyası” ixtisası üzrə elmlər doktoru üzrə dissertantıdır.
2002-ci ildən «Qida məhsullarının texnologiyası» kafedrasında çalışır.
2007-2015-ci illərdə kafedrada saat hesabı dərs aparıb, 2016-cı ildən «Qida məhsullarının texnologiyası» kafedrasında müəllim, 2018-ci ildən isə həmin kafedrada baş müəllim vəzifəsində işləyir.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimidir.
*
İ.H.Kazımova 180 elmi əsərin müəllifidir, onlardan: 3 dərslik, 6 dərs vəsaiti, 1 monoqrafiya, 25 tədris proqramı (maqistr və bakalavr pilləsi üçün), məqalələr (xaricdə və respublikada), onlardan 10 məqalə “Clarivate Analyties” şirkətinin “SCOPUS” platformasındakı (Q2) EASTERN- EUROPEAN JOURNAL OF ENTERPRİSE TECHNOLOGİE , TECHNOLOGY AND EQUİPMENT OF FOOD PRODUCTİON 6/11 (114) 2021), 2/11 (116) 2022, №11 (120) 2022, № 11 (121) 2023, № 11 (122) 2023, №11 (125) 2023, № 11 (128) (2024), «Химия растительного сырья» №2 2023, “Clarivate Analyties” şirkətinin “Werb of Science” platformasındakı 1 məqalə Sylwan Journal, [SYLWAN., 162(4)]. ISI Indexed WARSZAWA, POLAND, 2018, və 1 məqalə İFZ KLOSTERNEUBURG, ISI İNDEXED JOURNAL, MITTEILUNGEN KLOSTERNEUBURG, 70 (2020) 1, Avstriya 2020), və tezis (xaricdə və respublikada). Eyni zamanda 1 dərslik, 1 dərs vəsaitində həmmüəllif kimi iştirak edərək çalışır.
İ.H.Kazımova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2015/16-cı (59 yer), 2016/2017-ci (96 yer), 2019/2020 – ci (68 yer), 2020-2021-ci (34 yer), 2023-2024-cü (29 yer) tədris illərinin nəticələrinə görə ilk yüzlüyə daxil olmuşdur.
Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda və simpoziumlarda elmi məqalələrlə çıxış etmiş və diplomla təltif olunmuşdur.
Ailəlidir, iki övladı var.