fil.e.n., dos. Allahverdiyev Cəlal Vaqif oğlu
Uluxanlı mahalının Nizami kəndində anadan olmuşdur.
2008-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2014-cü ildə AAK tərəfindən dosent elmi adına layiq görülmüşdür.
2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi”döş nişanı ilə təltif edilmişdir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 7 monoqrafiya, 5 kitabın, 1 dərsliyin, 2 dərs vəsaitinin,metodik göstəriş, tədris proqramının, 100-dən artıq elmi-publisistik məqalənin müəllifi, üç kitabın tərtibçisi, dərslik, dərs vəsaiti, tədris proqramlarının, kitabların redaktoru və rəyçisidir.
2011-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2017-ci ildə UNEC-in Fəxri Fərmanı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodik nəşrləri olan “Məktəbəqədər və ibtidai təhsil” və “Azərbaycancan dili və ədəbiyyatı” tədrisi jurnallarının redaksiya heyətinin üzvüdür.
İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühiti ilə baglı dəyərli araşdırmaların, “İrəvan ədəbi mühiti”(2010), “İrəvan pedaqoji məktəbi”(2015), “Təhsil tariximizdən: İrəvan pedaqoji məktəbi”(2017),”İrəvanda milli maarifçilik mühiti”(2017), “İrəvanda ictimai-siyasi və mədəni mühit”(2019),”İrəvan ensiklopedik foto toplu”(2019),”Ömrün illəri”(2020),”İrəvan müəllimlər seminariyası”(2022) kitablarının müəllifidir.
ELMİ VƏ METODİK ƏSƏRLƏRİNİN SİYAHISI
- “İrəvan Azərbaycan teatrının 40-cı illər fəaliyyəti”. AMEA-nın Folklor İnstitutu. Elmi axtarışlar. XXVIII toplu. Bakı. “Səda”, 2006;
- “İrəvanda maarifçiliyin inkişafı (1920-1950)”. “Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnal. 4(58) Bakı, 2007;
- “İrəvanda Azərbaycan dilində mətbuat”. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2007, № 8;
- “İrəvan Azərbaycan teatr tarixinin ikinci dövrü”. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2008, № 1;
- “1930-1950-ci illərdə Azərbaycan ədəbi mühitində nəsr”. “Dil və ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnal. 1(61) Bakı, 2008;
- “İrəvan ədəbi mühitində latın əlifbasına keçid”. Gürcüstan Azərbyacanlıları Mədəniyyət Mərkəzi. Aylıq elmi kütləvi nəşr, “Qarapapaqlar”. Mart 2009, № 3;
- “İrəvan ədəbi mühiti”. Bakı. Elm, 2010;
- “Milli dramaturgiyamızın İrəvan qolu”. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2011, № 13;
- “Ədəbi tənqid və ədəbiyyatşünaslığın nəzəri problemləri”. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2011, № 11;
- “Televiziyanın dili barəsində”. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2012, № 5;
- “Cənubi Qafqazda latın qrafikalı əlifbaya keçid barədə”. Heydər Əliyev və Azərbaycançılıq Respublika elmi konfransının materialları, 2013;
- “Azərbaycan dili” (tədris proqramı). Azərbaycan Dövlət İqtisad Universiteti nəşriyyatı, 2012;
- “Azərbaycan dili” (metodik göstəriş). Azərbaycan Dövlət İqtisad Universiteti nəşriyyatı, 2012;
- “Azərbaycan dili” (dərs vəsaiti). Azərbaycan Dövlət İqtisad Universiteti nəşriyyatı, 2014;
- “İrəvan pedaqoji məktəbi” (monoqrafiya). ADPU nəşriyyatı. Bakı, 2015;
- “İşgüzar yazışmalar” (həmmüəllif, dərs vəsaiti). 2017;
- “İrəvanda milli maarifçilik mühiti” (monoqrafiya). “Şərq-Qərb” nəşriyyatı, 2017.
- Mətbuat tariximizdən “Zəngi” qəzeti, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2021, № 1.
- İrəvan müəllimlər seminariyası.(monoqrafiya) Bakı,”Elm və təhsil”, 272 səh.
- Azərbaycan dilində işgüzar və akademik kommunikasiya,dərslik (həmmüəllif) Bakı , 2022, 410 səh
- Qərbi Azərbaycan mətbuatı tarixi, Bakı, 2024, “Səda” nəşriyyatı. 276 s