UNEC-də “Avropa Birliyi Horizon-2020” proqramı çərçivəsində layihələr müzakirə edilib

28 OKTYABR 2016 | VIEWS:

Oktyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində “Avropa Birliyi Horizon-2020” proqramı çərçivəsində “Biznes və menecment layihələrinə baxış” mövzusunda elmi seminar keçirilib.

Elmi seminarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondunun layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Anar Cəfərov, “Business Support Agency LLC”nin baş direktoru Anar Vəliyev, “Business Insight International Research Group” şirkətinin layihə meneceri Gulnar Həsənova, UNEC-in Texnologiya Transfer Mərkəzinin direktoru Aydın Hüseynov və universitetin professor-müəllim heyəti iştirak edib.

Fakültə dekanı dos. Mirağa Əhmədov bildirib ki, seminarda Horizon-2020 proqramına təqdim ediləcək layihələr barədə müzakirə aparılacaq: “Məqsəd UNEC-də elmi potensial və innovasiya fəaliyyətinin uğurlu inkişafının dayanıqlılığını, eyni zamanda, elm tutumlu texnologiyaları, müəssisələrdə istehsal artımı və innovasiya tətbiqini təmin etməkdir. Elmin maliyyələşdirilməsində dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin cəlb olunması da alimləri stimullaşdıracaq”.

A.Vəliyev “Horizon-2020” proqramı haqqında ətraflı məlumat verib: “Maliyyəsi yeddi il ərzində təxminən 80 milyard avro olan “Horizon-2020” Avropa İttifaqının ən böyük tədqiqat və innovasiya proqramıdır. Proqram hamı üçün açıqdır və sadə struktura malikdir. Bu da onun üstünlüklərindən biridir”.

A.Cəfərov bu günlərdə UNEC-in müəllim və tələbələrinin layihəsinın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondunun qrand müsabiqəsinin qalibi olduğunu bildirib: “Bu onu göstərir ki, UNEC-in kifayət qədər elmi potensialı var. Bu potensialdan istifadə edərək Avropa Birliyi Horizon-2020 proqramı çərçivəsində layihədə qazanmaq olar.

A.Hüseynov Texnologiya Transfer Mərkəzinin layihə təkliflərini qəbul etdiyini bildirib. Alimlərə koordinasiya və dəstək fəaliyyətləri üzrə təkliflər verməyi tövsiyə edib: “Bu tipli layihələr əsasən real tədqiqatı nəzərdə tutmur. İştirak edən ölkələrin təmsilçiləri sahələr üzrə konfranslarda əlaqələr quraraq, hər bir sahə üzrə mövcud potensialı müəyyənləşdirir. Üstəlik, belə çağırışlarda Avropa tərəfdaşları ilə birgə tədqiqat layihələrinin icrası da nəzərdə tutulur”.

A.Hüseynov bildirib ki, istiqamətlər üzrə layihə çağırışları seçiləndən sonra, uyğun təkliflər hazırlanmalıdır. Təkliflərin Avropa səviyyəsinə uyğunlaşdırılmasını bildirən mərkəz direktoru UNEC-də istiqamətlər üzrə kafedralararası yaradıcı kollektivlərin yaradılmasının vacibliyini vurğulayıb. Həmçinin, təkliflərin UNEC-in yeni yaradılan Tərcümə Mərkəzində ingilis dilinə tərcümə edilməsini təklif edib.

Növbəti mərhələdə Avropa tərəfdaşlarının seçimində və uyğun konsorsiumlara qoşulmada, MDB ölkələrində (Ukrayna, Moldovavə Gürcüstan) eyni istiqamətdə çalışan alimlərlə sıx məqsədyönlü əlaqələr qurulmalı olduğunu bildirib. Əməkdaşlığın layihənin qalib gəlməsinə zəmin yaradacağını qeyd edib.

Elmi seminar müzakirələrlə davam edib.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna