İşçi qruplarının birgə iclası keçirilib

21 NOYABR 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu (ESQİNİTQİQ) və UNEC nəzdində Torpaqların işğalı nəticəsində Azərbaycana dəyən zərərin qiymətləndirilməsi üzrə İşçi qrupunun (TİNADZQİQ) birgə iclası keçirilib.

İclasda hər iki qurumun rəhbərləri – millət vəkili, UNEC-in kafedra müdiri, professor Xanhüseyn Kazımlı və UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) direktor müavini, professor Rövşən Quliyev, həmçinin ESQİNİTQİQ üzvləri professor Tapdıq Həsənov, Nüsrət İbrahimov, İbrahim Quliyev, Mirzəli Fətəliyev və UNEC TİNADZQİQ üzvləri professor Həmzə Xəlilov, BDU-nun kafedra müdiri, professor Hacıağa Rüstəmbəyov, UNİATEİ-nin böyük elmi işçisi Fərhad Mikayılov, Bakı Biznes Universitetinin kafedra müdiri, dosent Anar Əzizov, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, baş elmi işçi Tanrıverdi Paşa, Qafqaz Universitetinin müəllimi, dosent Bilal Dədəyev və hər iki işçi qrupunun digər üzvləri iştirak ediblər.

R.Quliyev UNEC-in rektoru, professor Ədalət Muradovun təşəbbüsü ilə yaradılan UNEC TİNADZQİQ-ın əsas amacının ESQİNİTQİQ-a kömək etmək olduğunu bildirərək, bu məqsədlə qurum üzvlərinin ESQİNİTQİQ-in hazırladığı hesabatla dərindən tanış olduqlarını, qrup üzvlərinin böyük həcmdə iş gördüyünü, xüsusən də mühüm verilənlər bazası topladığını qeyd edib. R.Quliyev bu tipli tədqiqatların iki prinsipə cavab verməsinin zəruri olduğunu vurğulayıb: “Sistemlilik – tədqiqat zamanı bütün zərər maddələrinin və müxtəlif blokların qarşılıqlı əlaqəsinin nəzərə alınması. Əsaslılıq – həm ilkin verilənlərin, həm də hesablanan kəmiyyət göstəricilərinin istənilən səviyyədə müdafiə oluna bilinməsi”.

Eyni zamanda o, bildirib ki, hesabatdakı məlumatlar UNEC TİNADZQİQ-in bu prinsiplər əsasında ESQİNİTQİQ-ə yardım istiqamətində effektiv fəaliyyəti üçün kifayət deyil, bunun üçün tətbiq olunan metodologiyaların tam şərhinə, ilkin verilənlərə, hesablamaların reallaşdırıldığı proqramlara və ESQİNİTQİQ-nin hesablamaları həyata keçirən üzvləri ilə müntəzəm məsləhətləşmələrə ehtiyac vardır. R.Quliyev iclasın məhz bu məqsədlə təşkil olunduğunu qeyd edərək, dəvəti qəbul edib iclasa gəldiklərinə görə ESQİNİTQİQ üzvlərinə minnətdarlığını bildirib.

Millət vəkili X. Kazımlı tədqiq olunan məsələnin Azərbaycan xalqı üçün nə dərəcədə önəmli olduğunu və buna görə də ölkə rəhbərliyinin xüsusi nəzarətində olmasını vurğulayaraq, rəhbərlik etdiyi qurumun fəaliyyətindən, rastlaşdıqları problemlərdən danışıb, UNEC TİNADZQİQ-in yaradılması təşəbbüsünə görə İqtisad Universitetinin rektoru Ə.Muradova minnətdarlığını bildirərək, mötəbər iqtisadçıların təmsil olunduğu bu qurumun dəstəyinə ehtiyac olduğunu qeyd edib.

İclasda müxtəlif zərər bəndləri üzrə qiymətləndirilmə prosesində ESQİNİTQİQ-nin tətbiq etdiyi metodologiyalar və bu metodologiyaların təkmilləşdirilməsi sahəsində UNEC TİNADZQİQ-in yardım imkanları və istiqamətləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq UNEC TİNADZQİQ üzvləri iki konkret bənd üzrə qiymətləndirmə metodologiyasının təklifi istiqamətində tədqiqat aparılmasını öz üzərinə götürüb.

Hər iki işçi qrupunun nümayəndələri belə görüş və məsləhətləşmələrin zəruri olduğunu bildirib.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna