UNEC-də Novruz şənliyi

17 MART 2017 | VIEWS:

Novruz bayramı münasibətilə UNEC-də, universitetin Zaqatala filialıMaliyyə-İqtisad kollecində silsilə tədbirlər keçirilib.

Bu il 70 illik yubileyi qeyd olunan UNEC-in rəssamı Arif Bektaşinin baharı əks etdirən əl işlərindən ibarət rəsm əsərlərinin sərgisi ilə başlayan Novruz şənliyində tələbələrin hazırladıqları bayram xonçaları nümayiş olunub. Universitetin dəhlizində quraşdırılan monitorlarda Novruza həsr olunan videoroliklər göstərilib.

UNEC kollektivini bayram münasibətilə universitet rəhbərliyi adından təbrik edən İnzibati və təşkilati məsələlər üzrə prorektor Şaiq Əsgərov Novruz adətlərinin təbliğ edilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Novruzun dövlət səviyyəsində qeyd olunması ilə bağlı atılan qətiyyətli addımlardan, eləcə də bayram ənənələrinin xalqımız tərəfindən bu günə qədər qorunub saxlanması və əhəmiyyətindən bəhs edib.

Tədbirin bədii hissəsində UNEC-in Yaradıcılıq Mərkəzinin tələbələrinin ifa etdikləri musiqi və rəqs nömrələrini iştirakçılar maraqla qarşılayıb.

Növruz şənlikləri Texnologiya və dizayn, İqtisadiyyat, Əmtəəşünaslıq fakültələrinin və Rus İqtisadiyyat Məktəbinin birgə təşkilatçılıqları ilə tədris binalarında da davam edib. Fakültələr arasında keçirilən “Ən yaxşı Novruz xonçası” müsabiqəsində Texnologiya və dizayn fakültəsinin hazırladığı Novruz atributlarını əks etdirən, zövqlə tərtib edilən xonçalar münsiflər tərəfindən yüksək qiymətləndirilib. Qaliblərə sertifikatlar təqdim olunub.

UNEC-in Zaqatala filialında da “Novruz bayramın mübarək, tələbə!” adlı bayram şənliyi  keçirilib. Filialın professor-müəllim heyəti və tələbələrinin qatıldığı tədbirdə filialının direktoru, professor Orucəli Rzayev bayram münasibətilə iştirakçıları təbrik edib. Novruz bayramı münasibətilə tələbələr arasında keçirilən voleybol, şahmat, dama yarışlarının, inşa və rəqs müsabiqəsinin qalibləri fəxri fərmanlarla  təltif olunublar.

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - casino siteleri - ucuz uz - Free twitch viewers - vozol