1947-ci il mayın 20-də Naxçıvan şəhərində anadan olmuşdur.
1955-cü ildə həmin şəhərdə 2 saylı orta məktəbə daxil olub, 1966-cı ildə bitirmişdir. 1966-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1971-ci ildə universiteti bitirib, 1980-cı ilə kimi Naxçıvan Pedaqoji İnstitutunda İnformatika fənnini, 2 saylı orta məktəbdə Riyaziyyat fənnini tədris etmişdir.
1980-ci ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) İnformasiya Hesablama Mərkəzində mühəndis-proqramçı vəzifəsində, N.A.Voznesenski adına LMİİ-nun Bakı filialında böyük mühəndis-proqramçı, aparıçı proqramçı vəzifələrində işləmişdir.
2001-ci ildə Bakı Dövlət Universitetinə dissertant qəbul olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya Hesablama Mərkəzinə direktor vəzifəsinə təyin edilmişdir.
2003-cü ildə “Bir girişli və bir çıxışlı sintez məsələsinin optimal həlli üsulları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri namizədidir.
2023-cü ilin sentyabrına kimi UNEC-in Elektron İdarəetmə Mərkəzinin direktoru vəzifəsində çalışıb. UNEC-in “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosenti olub.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
“UNEC ailəsinin üzvü olmağımla qürur duyuram” (12.07.2017)
UNEC-in müəllim və tələbələri Praqada təlimlərdə iştirak edib (30.03.2017)
“Əlilliyi olanlar üçün Şağan müalicə pansionatı”nda Novruz şənliyi (15.03.2017)
“Thomson Reuters”in nümayəndəsi İqtisadiyyat fakültəsində (08.02.2017)