“Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının əsasının qoyulması” (ESFIDIP) adlı TEMPUS layihəsi çərçivəsində yaradılan UNEC-in Əlililiyi olan tələbələr üçün Mərkəzinin fəaliyyətini və layihə nəticələrini qiymətləndirmək üçün monitorinq keçirilib.
Qiymətləndirməni Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, ESFIDIP layihəsinin koordinatoru, Xəzər Universitetinin Mərkəz koordinatoru Rima Məmmədova və monitorinq qrupunun digər nümayəndələri həyata keçiriblər.
UNEC-də təşkil edilən görüşdə Mərkəzin koordinatoru Sevinc Məhsimova və Mərkəzdə fəaliyyət göstərən UNEC-in Humanitar kafedrasının dosenti, psixologiya elmləri namizədi Validə Əliyeva görülən işlər barədə məlumat veriblər. Mərkəz üçün tədris materiallarının hazırlanması, təlimatların universitetinin bütün sturkurlarına paylanması, köməkçi avadanlıqların istifadə olunması nəzərdən keçirilib. Pilot proqramın nəticələri qiymətləndirilib, Mərkəzin sənədləri və infrastruktur müəssərliyi yoxlanılıb. Mərkəzin koordinatoru layihənin davamlığını təmin edən fəaliyyətlər haqqında məlumat verib. Qiymətləndirmə qrupunun nümayəndəndələri Mərkəzdə həyata keçirilən işçləri yüksək qiymətləndirib və gələcək fəaliyyət üçün tövsiyələr veriblər.