1947-ci il iyul ayının 21-də Şəmkir şəhərində anadan olmuşdur.
1966-cı ildə İ.M.Qubkin adına Moskva Neftkimiya və qaz sənayesi institunun Avtomatika və Telemexanika fakültəsinə daxil olmuş və 1971-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1978-ci ildə Universiteti bitirmişdir.
1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edərək, texniki elmləri namizədi alimlik dərəcəsi almışdır.
1972-1980-ci illərdə “Neftkimyaavtomat” Elmi Tədqiqat və Layihə İnstitutunda mühəndis, kiçik işçi, baş elmi işçi vəzifələrində çalışmışdır, daha sonra SSRİ Tikinti Bankının Azkontrasının Hesablama Mərkəzinin rəisi vəzifəsində çalışmışdır.
1989-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim, dosent vəzifələrində çalışmışdır.
2013-2018-ci illərdə İqtisad Universitetinin “İnformatika” kafedrasının müdiri vəzifəsində çalışıb.
2018-ci ildən “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosentidir.
23-dən çox elmi məqalənin, dərslik və dərs vəsaitinin müəllifidir.
UNEC magistrləri müzakirə edir: “İnformasiya sistemlərinin və texnologiyalarının müasir problemləri” (13.04.2018)
UNEC-də “Elmi tədqiqat ili” – Texnologiya və dizayn fakültəsində elmi seminarlar (05.03.3018)
UNEC-də elmi seminar: “Müəssisələrdə informasiya texnologiyalarının auditi” (27.12.2017)
UNEC-in “Texnoloji Təhsil Qrupu”ndan tələbələr üçün disput (21.11.2017)
UNEC-in pedaqoji heyəti üçün təlim: “İnformasiya təhlükəsizliyi” (07.11.2017)
UNEC-də elmi seminar: “Blokçeyn və kriptovalyuta texnologiyalarının Azərbaycanda tətbiq imkanları” (03.11.2017)
UNEC əməkdaşları nüfuzlu beynəlxalq konfransda iştirak etmişlər (20.10.2016)