heyran-20171124-WA0000b/m. Həsənova Heyran Rəhim qızı

1963-cü il martın 12-də Bakı şəhərində аnаdаn оlmuşdur.

1980-1986 illərdə C.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) İnformatika və telemexanika fakültəsində təhsil alaraq mühəndis-sistemotexnik ixtisasına yiyələnmişdir.

2002-2002 ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsinin iqtisadcı ixtisasına yiyələnmişdir.

1980-1982-ci illərdə Az.EA-nın “Kaspi” KB-da laborant-texnik vəzifəsində işləmişdir. 1982-2001-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Hesablama Mərkəzində texnik, operator, mühəndis, III dərəcəli proqramlaşdırıcı işləmişdir. 1998-2006-cı illərdə Azərbaycan Dövlət Plan-İqtisad texnikumunda saathesabı müəllim  işləmişdir.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının baş müəllimidir.

Bir neçə dərslik, dərs vəsаiti, tədris proqramı, metodik vəsaitlərin müəllifidir.