yusifova_nailab/m. Yusifova Nailə Yusif qızı

[email protected] 

31 iyul 1964-cü ildə Bakı şəhərində anadan olub.

1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil alıb. 1990-1992-ci illərdə M.F.Axundov adına  Rus dili və  Ədəbiyyatı  İnstitutunda (BSU) saathesabı  müəllim kimi ali  pedaqoji fəliyyətə başlayıb. 1993-cü ildən  Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasında” müəllim, 2007-ci ildən baş müəllim vəzifəsində çalışıb.

2016-cı ildə  “Azərbaycan toponimlərinin linqvistik təhlili”  mövzusunda dissertasiya işini müdafiə edərək, filologiya üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  alıb.  Azərbaycan dilçiliyinin aktual məsələlərinə  həsr  edilmiş ölkədaxili və xaricdə  elmi  tezis və  məqalələri dərc  olunub  (5 tezis, 62 məqalə), 1 monoqrafiya, 1  dərs  vəsaitinin (çapdadır), 2  (“Qəlbin pıçıltısı”,” Misralar”) şeir  kitabının  müəllifidir.

Beynəlxalq  konfranslarda  (Türkiyə, Rusiya, Stokholm, Tokio, Macarıstan, ABŞ və s.) elmi məruzələrlə çıxış edib.

2020-ci ildə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətləri nəzərə alınaraq, UNEC-in 90 illik yubileyi münasibətilə Fəxri Fərmanla mükafatlandırılıb.

*

İlk dəfə 14 dekabr 2003-cü il tarixində “İqtisadçı” qəzetində ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ümid çırağı” şeiri dərc olunub. “Qəlbin pıçıltısı” və “Məqamlar” adlı iki şeir kitabının müəllifidir. ”Qızıl Qələm”, “Heydər Əliyev zirvəsi”  “Müqəddəs qələm”, “XXI əsrin tanınmış ziyalıları” diplomu, ”Yurd” jurnalı-“Nəsimi” ədəbi məclisi tərəfindən “NƏSİMİ” poeziya diplomu, ”İlhamlı Azərbaycan” layihəsinin qaliblərinə verilmiş döş nişanı ilə təltif olunub.
Rus, ingilis və türk dillərini bilir.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasının baş müəllimidir.

 00010002 00030004 00050006

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI