Tayland universitetinin professoru UNEC-də

31 YANVAR 2017 | VIEWS:
1870

1-unec_zahid_7638Taylandın Suan Sunandha Rajabhat Universitetinin professoru Denis Uşakov UNEC-də olub.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədovla görüşdə qonağa İqtisad Universiteti haqqında ətrqaflı məlumat verilib. Bildirilib ki, UNEC-in əsas missiyası dünya təhsil xidmətləri bazarında rəqabətqabiliyyətli brend universitet olaraq yüksəkixtisaslı iqtisadçı və menecerlərin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların aparılmasıdir. Eyni zamanda, bilik iqtisadiyyatının inkişafına və Azərbaycanın sosial-iqtisadi tərəqqisinə xidmət etməkdir.

Görüşdə UNEC ilə “Thomson Reuters”in may ayında birgə təşkilatçılığı ilə keçiriləcək konfransın detalları müzakirə olunub, mövzular müəyyənləşdirilib. Birgə əməkdaşlıq çərçivəsində dünya standartlarına uyğun elmi jurnalın nəşri və elmimetrik mövzuda dərsliyin tərcüməsindən də danışılıb. D.Uşakov elmimetriya sahəsində Asiya ölkələrinin təcrübəsindən yararlanmağı tövsiyə edib.

1871 1