Layihənin ümumi təsviri

“Aİ-nın qonşuları” hesab olunan ölkələri əhatə edən TEMPUS proqramının əsas hədəfi ali təhsil sahəsində Aİ-nin aparıcı ölkələrinin müsbət təcrübəsinin tərəfdaş ölkələrə gətirilməsi və həmin ölkələrin ali təhsil müəssisələrinin inkişaf etdirilməsidir.

Tempus proqramının IV Mərhələ 6-cı çağırışı çərçivəsində 2013-cü ildə UNEC ilk dəfə olaraq koordinator qismində “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” layihəsi ilə qalib olmuş və 653 908,71 Avro məbləğində qrant əldə etmişdir.

TEMPUS proqramı təsnifatına əsasən Struktur dəyişiklikləri/İdarəçilik islahatları layihəsi hesab olunan bu layihə milli təhsil sistemlərində müvafiq istiqamət üzrə idarəçilikdə təkmilləşmənin təmin olunmasında mühüm rol oynayacaqdır.

Koordinatoru UNEC olan layihənin tərəfdaşları aşağıdakılardır:

Avropa tərəfdaşları:

  • Uorvik Universiteti (UU), Birləşmiş Krallıq
  • Malaga Universiteti (MU), İspaniya
  • Santiago de Compostela Universiteti (SCU), İspaniya
  • Boloniya Universiteti (BU), İtaliya

Azərbaycan tərəfdaşları:

  • Bakı Dövlət Universiteti (BDU)
  • Gəncə Dövlət Universiteti (GDU)
  • Naxçıvan Dövlət Universiteti (NDU)
  • Sumqayıt Dövlət Universiteti (SDU)

 

Regional tərəfdaşlar:

  • Hetman adına Kiyev Milli İqtisadiyyat Universiteti (KMİU), Ukrayna
  • Poltava İqtisadiyyat və Ticarət Universiteti (PİTU), Ukrayna
  • Ryskulbekova adına Qırğızıstan İqtisad Universiteti (QİU), Qırğızıstan
  • Qırğızıstan Beynəlxalq Universiteti (QBU), Qırğızıstan
  • Qafurov adına Khujand Dövlət Universiteti (KDU), Tacikistan
  • Tacikistan Sahibkarlıq və Xidmətlər İnstitutu (TSXİ), Tacikistan

Tərəfdaş dövlət qurumları (Təhsil Nazirlikləri):

  • Azərbaycan Respublikasının Təhsil Nazirliyi
  • Ukraynanın Təhsil, Elm, Gənclik və İdman Nazirliyi
  • Qırğızıstanın Elm və Təhsil Nazirliyi
  • Tacikistan Respublikasının Təhsil Nazirliyi

 

 

 

 

 

8571 1

Layihənin əsas məqsədləri

  • Tərəfdaş universitetlərdə Avropa təcrübəsinə və milli inkişaf ənənələrinə əsaslanan optimal və çevik Beynəlxalq əlaqələr şöbəsi (BƏŞ) mexanizminin yaradılması
  • Tərəfdaş universitetlərdə BƏŞ-in konkret missiya və vəzifələrinin açıqlanması
  • Çoxmilli tələbə və müəllim cəlbini təmin etməklə tərəfdaş universitetlərdə beynəlxalq təhsil mühitinin yaradılması
  • Tərəfdaş universitetlərin qlobal-əlaqələrə malik ali təhsil müəssisələrinə çevrilməsi və regional/qlobal universitet şəbəkələrinə qoşulmaları üçün təşviq edilməsi
  • Tərəfdaş universitetlərin beynəlxalq reytinq siyahılarına daxil olması

 

Layihənin fəaliyyət planı:

Üç illik layihə çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

  • Tərəfdaş universitetlərdə BƏŞ-in mövcud vəziyyətinin təhlil edilməsi və layihənin Avropa tərəfdaşlarının BƏŞ təcrübəsinin öyrənilməsi
  • Tərəfdaş universitetlərdə BƏŞ-lə əlaqədar 3 mühüm sənədin hazırlanması:
  1. “BƏŞ-in strateji inkişaf siyasəti sənədi”
    2. “BƏŞ-in Nizamnaməsi”
    3. “Universitetin beynəlxalq reytinq siyahılarına daxil olmaq üçün tövsiyələr toplusu”
  • Tərəfdaş universitetlərdə BƏŞ-in effektiv idarəedilməsi mexanizminin yaradılması
  • Tərəfdaş universitetlərin BƏŞ əməkdaşlarının layihənin Aİ-dən olan universitetlərində təcrübə keçməsi

*

2013-2016 tədbirləri:

GÖRÜŞLƏR

•  Layihənin ilk iclası 27 yanvar 2014, UNEC, Azəbaycan

•  Tərəfdaş universitetlərdə BƏŞ-in mövcud vəziyyətinin təhlili və Avropa universitetlərinin BƏŞ təcrübəsinin öyrənilmə nəticələrinin müzakirəsi üçün iclas
İyun 2014, UNEC, Azəbaycan

•  Layihənin 1-ci il fəaliyyətinin qiymətləndirilməsi iclası
Oktyabr 2014, KMİU, Ukrayna

• Layihənin 2-ci il fəaliyyətinin qiymətləndirilməsi iclası
Oktyabr 2015, KDU, Tacikistan

• Layihənin 3-cü il fəaliyyətinin qiymətləndirilməsi iclası,
Oktyabr 2016, QİU, Qırğızıstan

TƏLİMLƏR

  •  “Universitetin Beynəlxalq əlaqlər şöbəsinin mövcüd fəaliyyətinin təhlil qaydalarının öyrənilməsi” mövzusunda seminar,
    28-29 yanvar 2014, UNEC, Azərbaycan• “BƏŞ-lə əlaqədar zəruri sənədlərin hazırlanması” mövzuzunda təlim
    Sentyabr 2014,UNEC, Azərbaycan• Tərəfdaş universitetlərin BƏŞ əməkdaşlarının layihənin Aİ-dən olan universitetlərində təcrübə keçməsi:
    May 2015, Uorvik Universiteti, Birləşmiş Krallıq
    Oktyabr 2015, Malaga Universiteti, İspaniya
    Fevral 2016, Santiago de Compostela Universiteti, İspaniya
    Aprel 2016, Boloniya Universiteti, İtaliya
  • Avropa tərəfdaş universitetlərində keçirilən təcrübədən sonra layihə iştirakçısı olan bütün universitetlərin BƏŞ əməkdaşları üçün təşkil olunan seminarlar
    İyun 2015

Noyabr 2015
Mart 2016
May 2016

SƏFƏRLƏR

  • Tərəfdaş universitetlərinin BƏŞ əməkdaşlarının BƏŞ təcrübəsinin öyrənilməsi məqsədilə Uorvik Universitetinə ( Birləşmiş Kırallıq) və Malaqa Universitetinə (İspaniya ) səfəri
    Aprel 2014• Tərəfdaş universitetlərinin BƏŞ əməkdaşlarının BƏŞ təcrübəsinin öyrənilməsi məqsədilə Santiago de Compostela Universitetinə (İspaniya) və Boloniya Universitetinə (İtaliya) səfəri
    May 2014• Aİ-dən olan tərəfdaş universitetlərin bütün tərəfdaş universitetlərə keyfiyyətə nəzarət, qiymətləndirmə və monitorinq səfərləri
    Aprel, 2015
    Sentyabr 2016

*

KONFRANSLAR

  • Layihənin məlumat günləri
    İyul 2015, UNEC, Azərbaycan
    Sentyabr 2015, KMİU, Ukrayna
    Dekabr 2015, QİU, Kırğız Respublikası
    May 2016, KDU, Tacikistan
    • Layihənin nəticələrinə dair yekun konfrans
    14-15 noyabr 2016, UNEC, Azərbaycan