UNEC-də bilik yarışı keçirilib

10 NOYABR 2017 | VIEWS:
1595

IMG-20171109-WA0015UNEC-də Dövlət Bayrağı Gününə həsr olunan bilik  yarışı keçirilib.

UNEC-in İqtisadçı Vətənpərvərlər Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarış “Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim” mövzusunda olub. Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirinin səsləndirilməsi ilə başlayan yarışda 15 komanda iştirak edib. 3 mərhələdən ibarət olan yarışda komandalara Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı suallar verilib. Final mərhələsinə İqtisadiyyat fakültəsinin “Generalissimus”, Əmtəəşünaslıq fakultəsinin “374” və “Game Over” komandaları vəsiqə qazanıb. Gərgin və maraqlı keçən yarışda İqtisadiyyat fakültəsinin tələbələrinin təmsil olunduğu “Generalissimus” komandası qalib olub. Əmtəəşünaslıq fakultəsinin “374” komandası 2-ci, “Game Over” komandası isə 3-cü yerin sahibi olub.

Yarışın sonunda “Generalissimus” komandasının üzvlərinə kubok və medallar, digər finalçılara isə diplomlar təqdim edilib.

1596 1