UNEC-in gələcəyi savadlı gənclərin əlindədir

28 DEKABR 2015 | VIEWS:
4063

muellimler28122015

*

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasında “Gənc Müəllimlər” layihəsi çərçivəsində UNEC-də fəaliyyətə başlayan müəllimlərdən üç nəfərin Beynəlxalq İqtisadiyyat Məktəbində ştata keçirilməsi məsələsinə baxılıb. Bildirilib ki, seçim zamanı xarici dil bilikləri olan, kreativ düşüncəli, xaricdə təhsil alan və təcrübə keçən gənclərə üstünlük verilib. Gənclərin uğurlu startları və savadlarına bələd olan Elmi Şuranın bir çox üzvləri böyük məmnuniyyətlə bu gənclərə dəstək verib.

Fariz Quliyev- Beynəlxalq İqtisadiyyat (İngilis dilli) kafedrasının müəllimi

2001-ci ildə Bakının Nizami rayonu 5 saylı kimya-biologiya təmayüllü respublika baza liseyini bitirib. Elə həmin il 663 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub. Əldə etdiyi nəticəyə görə TQDK sədri tərəfindən təşəkkür məktubu alıb. Ümummilli Lider Heydər Əliyevin tələbələrlə görüşündə Fariz Quliyev də iştirak edib. 2005-ci ildə UNEC-in Xüsusi İstedadlar Qrupunu fərqlənmə ilə bitirib.

Tbilisi Dövlət Universitetində “Qafqaz regionunun iqtisadi inkişafında neft və qaz resurslarının rolu” mövzusunda çıxışına görə diplomla təltif olunub.

2005-2007-ci illərdə Roçester Texnologiya İnstitutunda (Nyu York, ABŞ) biznes təhsili alıb və tələbəlik müddətində aktiv ictimai fəaliyyət göstərib. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və dövlət nümayəndələrinin ABŞ-a rəsmi səfəri zamanı Vaşinqtonda Ticarət Palatasının nümayəndəsi qismində işin təşkil edilməsi prosesində iştirak edib.

2011-2013-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə Kanadanın Alberta Universitetində Təbii Resurslar, Enerji və Ətraf Mühitin idarə edilməsi üzrə MBA təhsili alıb.

Qənirə İbrahimova –Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimi

2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin bakalavr pilləsini, 2010-cu ildə elə həmin fakültənin magistraturasını bitirib. Hazırda UNEC-in doktorantıdır. İngilis və rus dillərinə elmi tədris səviyyəsində yiyələnib. İngilis dilində nüfuzlu dərgilərdə üç məqaləsi çap edilib.

Qənirə xanım öz ixtisasını gözəl bilməsi ilə yanaşı, geniş dünyagörüşünə malikdir və tələbəlik illərində intellektual oyunlarda fəal iştirak edib.

Aysel Quliyeva –İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının dissertantı

2007-ci ildə Azərbaycan Dövlət  İqtisad Universitetinin Xüsusi İstedadlar Qruplarında bakalavr təhsili alıb. Təhsilinə UNEC-in MBA proqramında davam edib. Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH Qruplarında dərs deyir. UNEC-in SABAH Qrupları ilə Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri arasında keçirilən “İstedad Keyfiyyətin Təməlidir” adlı müsabiqənin ideya müəllifi və təşkilatçısıdır.

4064 2