UNEC-in Zaqatala filialında “Açıq qapı” günü keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında “Açıq qapı” günü keçirilib.

Tədbirdə yerli KİV nümayəndələri, müəllim, tələbə və valideynlər iştirak ediblər. Onlar əvvəlcə filialın foyesində bu təhsil müəsisəsinin fəaliyyətini əks etdirən foto-stentlərlə tanış olub, imtahan cədvəlləri, məsləhət günlərinin qrafikləri və digər sənədləri əyani izləmək imkanı əldə ediblər. Sonra isə imtahan otaqlarını, auditoriyaları gəzərək, universitetdə yaradilan şəraitlə tanış olublar.

UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev tədbir iştirakçılarına bildirib ki, ilk dəfə keçirilən “Açıq qapı” günü tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm vasitədir. Valideyinlər, eləcə də ictimaiyyət nümayəndələri sərbəst olaraq imtahanların  gedişini izləmək, rəy,  təklif və iradlarını söyləmək imkanına malikdirlər. Bunun üçün müvafiq cədvəl-qrafiklər hazırlanıb və “Rəy və təkliflər” kitabı ayrılıb. Direktor iştirakçılara filialın əldə etdiyi təlim nailiyyətləri barədə söz açıb, tələbə-tədqiqat işlərinin nəticələrindən danışıb.

 

*

*

“Ümumi fənlər” kafedrasının müdiri, dosent Həqiqət Qədimova 2016/2017-ci tədris ilinin payız sesiyasının mütəşəkkil, şəffaf və obyektiv şəraitdə keçirilməsi üçün görülən hazırlıq işləri barədə ətraflı məlumat verib. Valideyinlər övladlarının UNEC tələbəsi olduğundan qürur duyduqlarını bildiriblər.

Sonda filialın Tələbə Gənclər Təşkilatının sədri Rəvan Hüseynov, Tələbə Elmi Cəmiyyətinin sədri Royal Bədirov onlara yaradılan şəraitə görə tələbələr adından UNEC rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.