UNEC tələbələri Azərbaycan-Çexiya işgüzar görüşündə

UNEC Rus İqtisadiyyat Məktəbinin tələbələri İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Çexiya işgüzar görüşündə iştirak ediblər.

Tədbirdə iqtisadiyyatın müxtəlif qeyri-neft sahələrində fəaliyyət göstərən 50-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.

Çex şirkətlərinin təqdimatını aparan Çex Respublikasının kənd təsərrüfatı nazirinin müavini İrji Şir iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. Daha sonra iştirakçıları iki tərəfli görüşlərə dəvət edən nazir müavini özü də görüşlərdə fəal iştirak edib, Azərbaycan sahibkarlarının suallarını cavablandırıb.

İki tərəfli görüşlər B2B formatında davam edib. Sahibkarlar arasında əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə UNEC-in Rus İqtisadiyyat Məktəbinin tələbələri fəal iştirak ediblər. Onlar Çex şirkətlərinin nümayəndələri ilə Azərbaycan məhsullarının potensial ixrac imkanları barədə müzakirə aparıblar.

*

18618368_1446902848700404_189787336_o 18596481_1446902795367076_1455751583_o 18575202_1446902732033749_1968694978_o