UNEC tələbələri “Gəncliyin səsi 2017” incəsənət festivalında

07 FEVRAL 2017 | VIEWS:
4164

UNEC Yaradıcılıq Mərkəzinin üzvləri Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) birgə təşkilatçılığı ilə Gənclər Gününə həsr edilən “Gəncliyin səsi 2017” incəsənət festivalının təntənəli bağlanış mərasimində iştiak ediblər.

Qəbələ şəhərində yerləşən Qəbələ Mədəniyyət Mərkəzində keçirilən konsert proqramında UNEC tələbələri Günay Qarayeva, Aslan Əzimzadə, Murad Hacıbəyov, Baba Abbasov, Anar Bağırov, Eyyub Əmiraslanov və Pərvin Sayilovun ifasında musiqi nömrələri və şeirlər səsləndirilib.

Konsert proqramından sonra Qəbələ ASAN Xidmət Mərkəzinin rəhbəri Əbdül Əliyev UNEC tələbələri ilə görüşüb. Ə.Əliyev UNEC tələbələrinin yaradıcılıq potensialını yüksək qiymətləndirib. ASAN Xidmətdə informasiya turuna dəvət edilən tələbələrə yeni yaradılan innovasiyalar, tətbiq edilən yeniliklər barədə məlumat verilib.

 

4165 1