Direktor v.i.e. Ələkbərova Afət Aydın
|
**
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qarşısında duran beynəlxalq səviyyədəki vəzifələrin həllində və yeni beynəlxalq əlaqələrin qurulmasında əsas və təşəbbüskar rolu Beynəlxalq əməkdaşlıq departamenti oynayır. Beynəlxalq əlaqələr departamenti (indiki Beynəlxalq əməkdaşlıq departamenti) 01 noyabr 2014-cü ildə universitetin Beynəlxalq əlaqələr şöbəsi əsasında yaradılmışdır.
Tarix. Beynəlxalq əlaqələr şöbəsi (indiki Beynəlxalq əməkdaşlıq departamenti) 2000-ci ildən fəaliyyət göstərir. 2004-cü ilin noyabr ayından xarici ölkə universitetləri ilə ikitərəfli münasibətlərin qurulması və ümumiyyətlə beynəlxalq standartlara uyğunlaşmada aparılan işlərin səmərəli təşkilində müasir informasiya texnologiyalarının müstəsna rolunu nəzərə alaraq şöbə “Beynəlxalq əlaqələr və informasiya texnologiyaları” şöbəsi adlandırıldı. Şöbə tərəfindən Universitetin nüfuzunun artırılması, Avropa və dünya təhsil standartlarına uyğunlaşması istiqamətində mühüm işlər görülmüş, dünya standartlarına uyğun olaraq universitetin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, fondlar, kommersiya təşkilatları, dövlət qurumları, təhsil mərkəzləri və xarici universitetlərlə əlaqələri genişlənmiş, yeni layihə və tədbirlər hazırlamış və görüşlər həyata keçirilmişdir. Şöbə tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq aləmdə tanıtmaq və nüfuzunu artırmaq istiqamətində görülmüş işlərin nəticəsi olaraq 2006-cı ildə Beynəlxalq Reytinq Texnologiyaları Akademiyası (Ukrayna, Kiyev) UNEC-in “Qızıl Fortuna” 21-ci əsrin keyfiyyət nişanı (stella) ilə təltif etmişdir. Bu mükafat Azərbaycan Dövlət İqtisad Universitetini Avropanın qabaqcıl universitetləri sırasına daxil etmişdir. İqtisad Universitetinin innovasiya strategiyası əsasında Boloniya Prosesinə fəal qoşulmuş, 2005-2008-ci illər ərzində Avropa Universitetlər Assosiasiyasına (EUA), Universitetlərin Beynəlxalq Assosiasiyasına (IAU), İslam Dünyasının Universitetləri Federasiyasına (FUIW), Avrasiya Universitetlər Assosiasiyasına (EAU), Qara Dəniz Ölkələri Universitetləri Assosiasiyasına üzv qəbul olunmuşdur.
Beynəlxalq əməkdaşlıq şöbəsinin fəaliyyəti çərçivəsində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutmuşdur. Tərəfdaşı olduğu beynəlxalq proqramların ən uğurlusu kimi TEMPUS proqramını qeyd etmək olar. Belə ki, 2013-cü ildə UNEC-in “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” mövzusunda TEMPUS Layihəsi Avropa Komissiyası tərəfindən qalib elan olunmuşdur və Layihənin icrası üçün 654.000 Avro məbləğində qrant ayrılmışdır. Bununla da, İqtisad Universiteti ilk dəfə olaraq TEMPUS proqramının qalibi olmuşdur.
22.02.2023-cü il tarixdən 05.07.2024-cü il tarixinə kimi Beynəlxalq əməkdaşlıq departamentinin direktoru vəzifəsində Nərmin İbrahimova çalışıb.
16.07.2024-cü il tarixindən Beynəlxalq əməkdaşlıq departamentinin direktoru vəzifəsinin icrası ictimai əsaslarla həmin departamentin Xarici əlaqələr şöbəsinin müdiri Ələkbərova Afət Aydın qızına həvalə edilib.
*
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ DEPARTAMENTİ | ||
Ələkbərova Afət Aydın | Departament direktoru vəzifəsini icra edir | |
Strateji inkişaf şöbəsi | ||
İsmayılova Fəridə Səməd | mütəxəssis | |
Rəcəbli İsa Yusif | mütəxəssis | |
Xarici əlaqələr şöbəsi | ||
Heydarova Jalə Hikmət | mütəxəssis | |
Yermakova Yuliya Denisovna | mütəxəssis | |
Abbasova Lalə Altay | mütəxəssis | |
Yusibov Rəsul Yusif | 0.5 ştat mütəxəssis | |
Layihələrin idarə olunması şöbəsi | ||
Məmmədov Rauf Daşdəmir | Şöbə müdiri | |
Tahirli Gültac Atakişi | mütəxəssis |
*
Müasir dövr. Beynəlxalq əməkdaşlıq departamenti ali təhsil, ali məktəbdən sonrakı ixtisas təhsili sahəsində, habelə ali məktəblərin elmi fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, onların yerinə yetirilməsi üçün işlərin koordinasiyası ilə məşğul olur. Beynəlxalq əməkdaşlıq departamenti universitet rəhbərliyi tərəfindən aparılan siyasətə və öz əsasnaməsinə uyğun olaraq əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, fondlar, kommersiya təşkilatları, dövlət qurumları, təhsil mərkəzləri və xarici universitetlərlə əlaqələri genişləndirir, yeni layihə və tədbirlər hazırlayır və görüşlər həyata keçirir.Respublikada və xarici ölkə universitetlərində (əməkdaşlıq etdiyimiz universitetlər daxil olmaqla) təşkil olunan konfrans, simpozium və seminarlar haqqında məlumatlar UNEC-in tələbə və müəllim kollektivinin diqqətinə çatdırılır və onlara həmin tədbirlərdə iştirak etmək üçün Beynəlxalq əməkdaşlıq departamenti tərəfindən lazımi köməklik göstərilir. Xarici İşlər və Təhsil Nazirlikləri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər dövlət qurumları və xarici universitetlər tərəfindən təhsil almaq üçün ayrılmış yer və təqaüdlər haqqında məlumat və elanlar universitet kafedra və fakültələrinə bildirilir, şöbə tərəfindən müsabiqədə iştirak edən namizədlərin sənədləri toplanılaraq müvafiq təşkilatlara göndərilir.
Beynəlxalq əməkdaşlıq departamenti UNEC-in professor-müəllim heyətinin, aspirantlarının, tələbələrinin və digər əməkdaşlarının dövlət xətti və ya universitetlərarası razılaşma yolu ilə ezamiyyətinin bütün formaları üzrə namizədlərin seçilməsinə və onların sənədlərinin hazırlanmasına köməklik göstərir və məsləhət verir, xarici dövlətlərin universitetlərindən UNEC-ə mühazirə oxumaq, staj keçmək, elmi-tədqiqat işləri aparmaq, beynəlxalq konqreslərdə, simpoziumlarda iştirak etmək üçün gəlmiş professorların, müəllimlərin, stajkeçənlərin, tələbələrin və yaradıcı kollektivlərin qəbulunu təşkil edir.
Xarici universitet tələbələrinin UNEC-ə cəlb olunması, əməkdaşlıq haqqında müqavilələrin hazırlanması, xarici universitet kurslarının təşkil olunması, distant və “online” təhsil sisteminin tətbiq olunması, təhsilin müasir vasitə və metodları haqqında proqramların hazırlanması Beynəlxalq əməkdaşlıq departamentinin əsas fəaliyyət istiqamətlərini təşkil edir.
Departament çalışdığı sahə üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qurumları, nazirliklər, biznes strukturları, beynəlxalq təşkilatların xaricdə və Azərbaycanda yerləşən nümayəndəlikləri və xarici dövlətlərin səfirlikləri ilə, habelə xarici vətəndaşların pasport-viza qeydiyyatını təşkil etmək məqsədi ilə XİN və DİN ilə qarşılıqlı surətdə iş aparır.
Azərbaycan Respublikasının qanunverici və icraedici orqanlarının sənədləri əsasında beynəlxalq əlaqələrin həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq, UNEC-in respublikanın beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət strukturları ilə qarşılıqlı əlaqələrini təmin etmək, UNEC-in struktur bölmələri və Beynəlxalq əməkdaşlıq departamentinin beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirdiyi layihələri və proqramları əlaqələndirmək, Universitetin beynəlxalq təşkilatlara və cəmiyyətlərə üzv qəbul olunması üçün təkliflər hazırlamaq Beynəlxalq əməkdaşlıq departamentinin iş prinsiplərini təşkil edir.
Beynəlxalq əməkdaşlıq departamentində əcnəbi tələbələrlə iş istiqamətində də bir çox işlər görülür. UNEC-ə təhsil almağa gələn əcnəbi tələbələr Beynəlxalq əməkdaşlıq departamentində qeydiyyatdan keçirlər. Departament tərəfindən əcnəbi tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına lazım olan anket formaları doldurulur. UNEC-də keçirilən bütün tədbirlərdə (konfrans, simpozium, müsabiqələrdə) xarici tələbələrin yaxından iştirakı təmin olunur. Universiteti bitirən tələbələrə diplomlar verilir. Diplomlar verildikdən sonra Xarici İşlər Nazirliyində Universitet tərəfindən göndərilən məktuba əsasən təsdiq olunur.
Beynəlxalq əməkdaşlıq departamentinin fəaliyyəti çərçivəsində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. Hazırda UNEC “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” mövzusunda TEMPUS layihəsinin koordinatoru və “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası” mövzusunda başqa bir TEMPUS layihəsinin tərəfdaşıdır.
Beynəlxalq əməkdaşlıq departamentinin səmərəli fəaliyyəti nəticəsində dünyanın bir çox nüfuzlu xarici universitetlərlə əməkdaşlıq müqavilələri imzalanır, beynəlxalq qrant layihələri hazırlanır, tələbə-müəlim mübadiləsi həyata keçirilir, beynəlxalq və respublikadaxili elmi-praktiki konfranslar təşkil olunur. Beynəlxalq əməkdaşlıq departamenti tərəfindən UNEC-ə gələn xarici qonaqlar yüksək səviyyədə qarşılanır, UNEC tələbə və müəllim heyəti ilə görüşlər, seminarlar və dəyirmi masalar təşkil olunur. UNEC üzv olduğu beynəlxalq ali təhsil müəssisələri assosiasiyaların fəaliyyətində aktiv iştirak edir.
*
Ölkə xaricində keçiriləcək qısamüddətli tədbirlərdə iştiraka icazə üçün ƏRİZƏ Forması
Ezamiyyət haqqında hesabat forması