Karyera Mərkəzi təqdim edir: “Müsahibə zamanı tez-tez verilən suallar”

03 İYUN 2016 | VIEWS:

UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova 

Giriş

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi

Fəsil 2. İşə götürənin anlayış göstərməsi

Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması

Fəsil 4. Müsbət yanaşma

Fəsil 5. Effektiv hazırlıq

Fəsil 6. Sizin marketinq materiallarınızın hazırlanması

Fəsil 7. Top menecerlərin məsləhətləri

Fəsil 8. Elan edilmiş vakansiyalar

Fəsil 9. Ardı var

Fəsil 10. İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi

Fəsil 11. Özünüzə imkanların yaradılması

Fəsil 12. Təşəbbüs müraciəti

Fəsil 13. Müsahibə keçmək təcrübəsi

 

Fəsil 14. Müsahibə zamanı tez-tez verilən suallar

­­

Hazırlıq – uğurlu iş axtarışının açarıdır. Xüsusi ilə müsahibə ilə münasibətdə daha ədalətli bir şey ola bilməz.

Əgər müsahibə imtahandırsa, o zaman bu elə bir imtahandır ki, sizi bir gün əvvəl kifayət qədər imtahan sualları ilə təmin ediblər. İşin mahiyyəti budur ki, müsahibə götürənlər çox da ixtiraçı deyillər. Onların bir çoxu stereotip suallar verirlər. Bununla belə verdikləri sualların qoyuluşu fərqlənə bilər. Lakin mövzu və cavabların məzmunu standart olaraq qalacaqdır.

Məsləhət

Əgər siz ehtimal olunan suallara cavab hazırlamış olsanız müsahibədə özünüzü yaxşı tərəfdən göstərmiş olarsınız. Həqiqətən də müsahibədə suallara cavabların hazırlanması maksimal effektin əldə edilməsi baxımından vacibdir.

Baxmayaraq ki, bir çox insan resursları mütəxəssisləri müəyyən səviyyədə müsahibə keçmə texnikasına malikdirlər eyni şeyi orta səviyyəli menecerlər haqqında demək olmaz. Hətta onların bəziləri dinləməkdənsə daha çox danışırlar. Buna görə də müsahibə keçən namizəd olaraq elə etməlisiniz ki, cavablarınız öz hədəfinə çatsın. Bununla belə mütəxəssislər müsahibə zamanı bəzi fəndlərdən istifadə edirlər:

  • Qapalı suallardan qaçırlar (o suallar ki, “bəli/xeyr” cavabını vermək olur);
  • Köməkçi suallardan qaçırlar (o suallar ki, arzu edilən cavabı almaq niyyəti güdsün);
  • Səriştənin dəyərləndirilməsi və ya davranışların müəyyən edilməsi sualları verirlər.

Müsahibə götürənlər “Siz nə edərdiniz ki, əgər……?” kimi nəzəri və fərziyyələrə əsaslanan suallardan fayda götürməyə çalışırlar. Hərçənd bu cür suallar müsahibə götürənə hər hansı bir informasiya verməsə də siz ona öz düşünmə bacarıqlarınız haqqında təsəvvür oyada bilərsiniz. Siz tanış olmayan ssenari ilə rastlaşdığınız zaman məntiqi və kreativ cavab vermək iqtidarındasınızmı? Nəzəri və fərziyyəyə əsaslanan suallar yaradıcı və analitik işə namizəd olanlar üçün verilə bilər. Əgər siz bu kateqoriyadan olan əməkdaşlara aidsinizsə fürsətdən istifadə etməyə və cavab verməyə hazır olun.

Səriştəyə əsaslanan müsahibə

Səriştəyə əsaslanan  müsahibə (competency based interviewing – CBI) daha çox davranış nümunələrinin əldə edilməsi (behavioural event interviewing – BEI) kimi tanınır və fikirləri daha çox keçmişin – gələcəyin proqnozlaşdırılması üçün vasitə olduğu üzərində cəmləşdirir.

Bu texnika müsahibə götürənə namizədin həqiqətdə özünü necə göstərməsi haqqında təsəvvür oyadır. Bu bir mənada təcrübə, bacarıq və davranışların sübutu və gələcəkdə işlərin icra edilməsi, inkişaf potensialı və şirkət mədəniyyətinə uyğunluğuna zəmin yaradır.

CBI texnikasından istifadə edən təcrübəli müsahibə götürəndə təəssürat oyatmaq üçün beyninizdəki çoxlu mürəkkəb məsələləri, problemləri, müvəffəqiyyətləri və inkişaf edən təcrübənizi çox qısa şəkildə izah edə bilməlisiniz. Lakin müsahibə götürənin CBI üsulundan istifadə edib-etmədiyindən asılı olmayaraq verəcəyiniz cavablar sizin cari vəzifəyə uyğunluğunuzu qeyd etməlidir.

Cavabların hazırlanması

Sizə verilməsi ehtimal olunan suallara uyğun cavabların hazırlanması üçün kifayət qədər vaxt ayırın. Bunu bir neçə mərhələdə etməklə ilkin olaraq əsas anlarını yazaraq qeyd etməyiniz vacibdir. Daha sonra bu qeydləri şifahi olaraq təcrübədən keçirə bilər və nəhayət dostunuza, partnyorunuza, ərinizə, xanımınıza danışa bilərsiniz. Onlardan xahiş edin ki, sizin üçün müsahibə oyununu təşkil etsinlər və sınaqdan keçirsinlər. Bu sizin boş-boşuna və çox danışmadığınızı göstərəcəkdir. Aşağıdakı prinsipləri yadda saxlayın:

  • İmkan daxilində fəaliyyətlərinizdəki real nümunələrdən istifadə etməyə çalışın

Sizə “Mən əməkdaşların idarə edilməsinin öhdəsindən yaxşı gəlirəm” kimi bəyanat verməyə ehtiyac yoxdur. Sizə elə nümunələr vermək lazımdır ki, bu sizin əməkdaşları necə idarə etməyinizi göstərmiş olsun. Böyük ehtimalla müsahibə götürən sizə inanacaq və keyfiyyətinizi yadda saxlamış olacaqdır.

  • Özünüzü reklam məqsədi attestasiyalardan və yoxlamalardan uzaq durun

Bəzi millətlərdə digərlərindən fərqli olaraq özünü tərifləmək alqışlanır. Lakin məsələn Böyük Britaniyada bu halda sizi özündən razı hesab edərlər. Bu üsulun yumuşaldılması və informasiyanı çatdırmaq məqsədi ilə istifadə edilən fəndlərdən biri hər hansı situasiyaya istinad edilməsidir. Bu sizin əvvəllər rəsmi attestasiyadan və peşəkar dəyərləndirmələrdən keçməyiniz ola bilər ki, orada vaxtı ilə sizi tərifləmiş olsunlar.

  • Soft-menecment bacarıqlarınızı nümayiş etdirməyə çalışın

Açıq təşkilati strukturlara malik olan ofis dünyasında ünsiyyət bacarıqları, komanda ruhu və digər şəxsiyyətlərarası ünsiyyət bacarıqları daha vacib amillərdən hesab edilir. İmkan daxilində uğurunuzun əsas sübutlarını (məsələn, illik gəlirin artırılması, maya dəyərinin aşağı salınması) şəxsiyyətlərarası ünsiyyət məsələləri ilə (məsələn, əməkdaşların ruh yüksəkliyinin təmin edilməsi) əlaqələndirməyə çalışın.

  • Etdiyiniz innovasiyaları nümunələrlə göstərməyə çalışın

İşəgötürənlər innovasiya fəaliyyətini alqışlayırlar. Lakin bu ideyaların necə həyata keçirilməsini izah edə biləcəyinizdən əmin olmağa çalışın.

  • Dəqiq olun

O sualların üzərində məşq edin ki, cavabları iki-üç dəqiqəlik olsun. Müsahibəyə hakim olmağa çalışmayın və ya müsahibə götürəni darıxmağa qoymayın.

Ehtimal olunan sualların proqnozu

Sizə konkret olaraq vəziyyətinizlə əlaqədar suallar verilə bilər. Məsələn, “”Niyə görə dərəcə almaq üçün kursları yarımçıq buraxmısınız?”.

Belə sualların üzərində düşünmək  və cavablarını hazırlamaq lazımdır. Öz tərcümeyi-halınıza müsahibə götürənin gözü ilə nəzərdən keçirin və təsəvvür edin ki, siz onun yerində olsaydınız nə soruşardınız. Əgər siz qəribə və ya qeyri-adi şeylər etmisinizsə, sizin karyeranızda hər hansı bir dəyişikliklər olubsa o zaman bunların məntiqi izahını verməyə hazırlaşın.

Bununla belə bir çox insanlar kifayət qədər standart suallar gözləyə bilər. Bu tədqiqatı apararkən işəgötürmə üzrə mütəxəssislərdən namizədlərin cavablarına görə xarakterini göstərən sualların nümunələrini göstərmələrini xahiş etdik. Beləcə ümumi mövzular müəyyən edilmiş oldu ki, bunlar da aşağıdakı kimidir:

Məsələlər və nailiyyətlər

  • Ən çətin təcrübəniz nə olmuşdur?
  • Ən çox hansı məsələdə çətinlik çəkmisiniz?
  • Ən böyük peşəkar nailiyyətiniz nə olmuşdur?
  • Əvvəlki iş yerinizdə hər hansı səmərələşdirici işə nail olmusunuzmu?

Müraciət etdiyiniz iş (müraciət etdiyiniz şirkət)

  • Bu vəzifəyə niyə görə müraciət edirsiniz?
  • Niyə görə hesab edirsiniz ki, bu vəzifəyə uyğunsunuz?
  • Bu vəzifədə hansı bilik və təcrübənizdən istifadə edə bilərsiniz?
  • Bu vəzifədən nə gözləyirsiniz?
  • Şirkət/təşkilat haqqında nə bilirsiniz?
  • Bu sahəyə təsir edən amillər olaraq nəyi görürsünüz?

Hal-hazırki vəzifəniz

  • Niyə görə indiki vəzifənizdən ayrılmaq istəyirsiniz?
  • İndiki vəzifənizdə xoşunuza gələn nədir?
  • İndiki vəzifənizdə xoşunuza gəlməyən nədir?
  • İndiki vəzifənizi necə təsvir edərdiniz?

Sizin peşəniz

  • Niyə görə bu peşəni seçmisiniz (hüquqşünaslıq, mühasibatlıq, marketinq və s.)?
  • Bu məsələ haqqında nə deyə bilərsiniz (peşəkar sahədə konkret məsələlərin müzakirəsi)?

Şəxsi keyfiyyətlərinizin güclü və zəif tərəfləri

  • Sizin güclü tərəfləriniz nələrdir?
  • Niyə görə bu şirkət sizi işə götürməlidir?
  • Sizin zəif tərəfləriniz nələrdir?
  • Sizin ən böyük səhviniz nə olmuşdur?

Menecer keyfiyyətləri

  • Sizin liderlik keyfiyyətlərinizi nümayiş etdirən bir misal çəkin.
  • Məsuliyyət dedikdə nə başa düşürsünüz?
  • ……………… problemlə rastlaşdıqda onun öhdəsindən necə gələrdiniz?
  • İdarəetmə ilə əlaqədar çətin vəziyyətlərin öhdəsindən necə gəlirdiniz?
  • “Çətin” insanlarla necə ünsiyyət qurursunuz?
  • “Çətin” müştərilərlə necə ünsiyyət qurursunuz?
  • Dəyişikliklərə necə baxırsınız?
  • Sizə təkan verən nədir?
  • Əməyə olan münasibətinizi necə təsvir edərdiniz?
  • İşdəki həmkarlarınız sizi necə təsvir edərdilər?
  • Sizi yaxşı komanda üzvü edən nədir?
  • Müdiriniz sizi necə təsvir edərdiniz?
  • Öz “ideal” müdirinizi təsvir edin?
  • Öz haqqınızda danışın.
  • Özünüzdə və bacarıqlarınızda nəyi daha çox dəyişdirmək istərdiniz?
  • Sizi güldürən nədir?
  • İş xaricində sizin hansı şəxsi maraqlarınız vardır?

Səyləriniz

  • Peşəkar əhatənizi və öz “ideal” işinizi təsvir edin.
  • İşinizdə ən vacib olan nədir?
  • 5-10 ildən sonra harada olacaqsınız?
  • Gələcək planlarınız nədir?
  • Beş il bundan əvvəl məqsədləriniz nə olmuşdur və onlara nail olmusunuzmu?
  • Ən böyük məyusluğunuz nə olmuşdur?
  • Bu günə olan karyeranız haqqında danışın.

Təklif olunan cavablar

Biz bu sualların hamısına cavab verməyə çalışmadıq. Çünki onların bir çoxu bir-birinin təkrarıdır. Lakin onları təfərrüatı ilə təhlil etmək məqsədi ilə bəzilərinin üzərində durmaq qərarına gəldik. Biz müsahibə götürənin nəyə nail olmağa çalışdığını və sizin cavablarınızı necə qurmağını nəzərdən keçirməyə çalışacağıq.

Siz yuxarıda qeyd olunan sualları nəzərdən keçirməklə öz cavablarınızı tərtib etməyə çalışmalısınız.

Müsahibə götürənin məqsədlərini və onun tələblərinə necə cavab verəcəyinizi, eyni zamanda özünüzü yaxşı tərəfdən göstərməyi unutmayın.

Ən çətin təcrübəniz nə olmuşdur? 

Müsahibə götürənin məqsədi

Sizin ən çətin təcrübəniz, probleminiz və ya çətin məsələniz soruşulduqda əsas məqsəd bu problem və məsələlərin öhdəsindən necə gəlməyinizi müəyyən etməkdir. Siz qərar qəbul edən yoxsa panikaya düşən şəxssiniz? Acı təcrübənizdən dərs alırsınızmı?

Necə cavab verməli

Bütövlükdə sizə işinizlə əlaqədar təcrübənizi qeyd etmək lazımdır. (Əgər şübhə edirsinizsə o zaman müsahibə götürəndən sadəcə sizin həyat təcrübəniz maraqlandırıb-maraqlandırmadığını soruşun.) Sizə həmçinin müsbət nəticələnən və nə isə öyrəndiyiniz təcrübə nümunələrini seçmək lazımdır.

Siz cavabınızı elə qura bilərsiniz ki, əvvəlcə nə öyrəndiyinizi və belə bir nəticəyə niyə gəldiyinizi ətraflı olaraq izah edə biləsiniz.

Cavab nümunəsi

Ən çətin peşəkar təcrübə ilə mən yəqin ki, ilk işim olan satışda tanış olmuşam. Bu həqiqətən də acı təcrübə olsa da müsbət nəticə vermişdir. Çünki mən təqdimat aparmaq bacarıqlarımı inkişaf etdirmək zəruriliyini dərk etdim.

Bu sınaq 10 il əvvəl Hypergrowth şirkətində satış üzrə kiçik menecer vəzifəsində işləyərkən olmuşdur. Bizə iri bir Britaniya şirkətini mal təchizatı ilə əlaqədar çox sərfəli müqavilə təklif olundu və mənə təqdimat üçün materialları və dəvətnamələri hazırlamaq həvalə olundu. Mənim müdirim güclü xarakterə malik və satış etməyi bacaran bir insan olduğu üçün təqdimatı özü etməyə hazırlaşırdı. O qeydlər etməyi sevmirdi. Lakin istəyirdi ki, ona bir neçə köməkçi slaydların hazırlanmasında köməklik edim. Müştəri ilə görüş cümə axşamı səhərə təyin olunmuşdu. Lakin çərşənbə günü o qəflətən xəstələndi və təqdimatı onun yerinə etməyimi tapşırdı. Mən dəhşət içərisində idim. Mən bu sahədə heç bir təcrübəm olmadan çərşənbə günü axşamı məşq etdim.

Nəhayət cümə axşamı gəldi və mən təqdimat etməyə öz köməkçimlə yollandım. Mən dəhşət dərəcədə həyəcan keçirirdim və ilk beş dəqiqədə bir neçə şəkili çaş-baş saldım. Bu isə mənim danışdıqlarım haqqında məlumatsız olmağım təəssüratını yaratdı. Həqiqətdə isə mən hər şeyi bilirdim. Sadəcə olaraq mən həyəcanımın və təcrübəsizliyimin qurbanı oldum. Təqdimatın sonunda özümə gəlsəm də biz müqaviləni imzalamadıq.

Bu hadisədən sonra mən təqdimatın hazırlanması və keçirilməsi kurslarına yazıldım və müdirimin bundan sonrakı təqdimatlarında aktiv iştirak etməyim üçün təkid etdim. Bir neçə təcrübədən sonra bu işin mənim xoşuma gəldiyini gördüm. Altı aydan sonra isə mən bir şirkətlə müstəqil olaraq müqavilə imzaladım. Zənn etmirəm ki, bu şoku ilk dəfə yaşamasaydım bu iş baş verərdi.

İşinizdə ən böyük nailiyyətiniz nə olmuşdur? 

Müsahibə götürənin məqsədi

Bu tip sual sizə özünüzü “satmaq” şansı verir. Müsahibə götürən bilmək istəyir ki, siz nəyəsə nail olan və özündən əmin olan insansınız.

Necə cavab verməli

Vakansiyaya hər hansı bir şəkildə aid olan, hətta ümumi olan nailiyyətlərdən danışın. Bunu niyə görə ən böyük nailiyyət hesab etdiyinizi də açıq şəkildə izah etməlisiniz. İmkan daxilində etdiyinizin obyektiv xarakteristikasına da istinad edin. Məsələn, bir müştərinin sizin haqqınızda müsbət şərhi və ya illik attestasiyanızın yüksək qiymətləndirməsi buna misal ola bilər. Heç bir əsas olmadan özünüzü vəsf edən insan təsəvvürü də oyatmayın.

Cavab nümunəsi

Bu günkü gündə mənim ən böyük nailiyyətim indi şirkətimin Fransa bazarına çıxması olmuşdur. Şirkət bir neçə il ərzində buna cəhd etsə də uğursuz olmuşdur. İki il bundan əvvəl bu vəzifəni tutanda bu məsələ mənim üçün əsas prioritet olmuşdur. Mən başa düşdüm ki, problemin bir hissəsi düşünülməyən ticarət təmsilçilərinin təyini olmuşdur ki, onlar da fransız istehlakçıları ilə uzunmüddətli əlaqələrin qurulmasının öhdəsindən gəlməmişlər. Həmçinin müştəri olaraq müəyyən edilmiş fransız şirkətləri də uğursuz seçimin nəticəsi olmuşdur. Bizim tətbiq etdiyimiz vəsaitlərin məqsədyönlülüyü də kifayət etmirdi. Nəhayət mən hesab etmirdim ki, bizim məhsullar fransız bazarının tələblərini əks etdirir.

Mən fransız bazarı məsələsini həll etmək üçün işçi qrupu yaratdım ki, ideyaları müzakirə edək və bu bazarı necə fəth etmək təkliflərini nəzərdən keçirək. Daha sonra biz bütün bunları təcrübədə tətbiq etdik. Bu iki il bundan əvvəl olmuş və biz bunun müsbət nəticəsini o dəqiqə gördük. Birinci il biz Fransa ilə olan mal dövriyyəsini 100%-ə , daha sonra isə 300%-ə çatdırdıq. Bizim Avropa üzrə satış direktorumuz bu yaxınlarda məndən direktorlar şurası üçün buna necə nail olduğumuza dair hesabat hazırlmağımı xahiş etdi ki, biz bunu Almaniya və İspaniya bazarlarında da tətbiq edək. Mənim sonuncu attestasiyam zamanı bu hesabat şərh edildi və təşkilatın Fransadakı uğuruna görə məni təriflədilər. Orada həmçinin mənim kollektivdə ab-havanın yaxşılaşdırılmasındakı iştirakım da xüsusi olaraq qeyd edilmişdir.

Niyə görə hesab edirsiniz ki, bu vəzifəyə uyğunsunuz? 

Müsahibə götürənin məqsədi

Bu sizin vəzifə haqqındakı düşüncələriniz və sizin bu işi keyfiyyətli olaraq yerinə yetirəcəyinizi göstərmək üçün edilən bir dəvətdir. Müsahibə götürən bu vəzifəyə uyğun olan təcrübənizin olub-olmadığını müəyyən etmək istəyir.

Necə cavab verməli

İlk iş elanında və ya sizə iş haqqında verilən qısa məlumatda bu vəzifəyə vacib olan bilik və təcrübə sahəsi haqqında məlumatlar öz əksini tapmalıdır. Sizin cavabınız əsas tələbləri başa düşdüyünüzü göstərməli, prioritetləri müəyyən etməli və analoji vəzifədə vacib olan bilik və təcrübənizi necə təkmilləşdirdiyinizi nümunələrlə izah etməlisiniz. Yalnız tələb olunan təcrübənizin olduğunu bildirmək kifayət deyil, bunu sübut etmək lazımdır.

Cavab nümunəsi

Mən bilirəm ki, bu vəzifədə insanların idarə edilməsi təcrübəsinə malik olmaq vacib məsələdir. Mənim hal-hazırkı vəzifəmdə mən 16 nəfərdən ibarət olan işçinin idarə olunmasına görə məsuliyyət daşıyıram ki, onlardan 6 nəfəri birbaşa mənə tabedir. Bu mənim xoşuma gələn işimin bir hissəsidir. İki il bundan əvvəl bu şöbəyə rəhbərlik etməyə başlayanda işçi axını çox idi. Buna görə də mən tabeçiliyimdə olan insanların əsas maraqları və tələbatları haqqında onlarla söhbət etməyi qarşımda bir məqsəd olaraq qoydum. Məlum oldu ki, onların bir çoxuna gördükləri iş haqqında rəy bildirilmir və şirkətin onları qiymətləndirdiyi isə ümumiyyətlə hiss olunmur. Nəticədə mən insan resursları şöbəsi ilə attestasiya formalarının təkmiləşdirilməsi məqsədi ilə əlaqə saxlayaraq mənim əməkdaşlarım üçün onun daha da uyğun olaraq tərtib edilməsini xahiş etdim. Daha sonra mən qrupumla bir seminar keçirərək bizim komandanın şirkətə verdiyi töhfə haqqında və bunun daha da yüksəldilməsi məsələlərini müzakirə etdik. Bundan sonra şirkətdə kadr axını  azalmağa başladı.

Sistemin tətbiqi təcrübəsi də bu vəzifəyə xas olan bir cəhətdir. Belə ki, mən şirkətin bütün filiallarında çoxvalyutalı sistemin tətbiqində iştirak etmişəm. Mən sistemin tələblərinin müəyyən edilməsi və sistemin işə düşməsinin planlaşdırılmasında köməklik göstərmişəm. Bu mənim ilk tətbiq etmə təcrübəm olmaqla açıq ünsiyyət qurmağın və əldə edilən nəticələrlə əlaqədar mütəmadi konkret hesabatların verilməsinin vacibliyini göstərdi. Bu yolda bir neçə maneəyə rast gəlməyimizə baxmayaraq sonuncu mərhələlərdə biz vaxt itkisini kompensasiya edə bildik və prosesi vaxtında çatdıra bildik.

Nəhayət mən hesab edirəm ki, dəyişikliklərin tətbiq edilməsi bu vəzifədə müvəffəqiyyətli olmaq üçün əsas tələbdir. Mən həmişə elə vəzifə axtarmışam ki, orada idarəetmədə dəyişikliklər tələb edilsin. Əvvəllər mən Merger şirkətində işləyirdim ki, onlar iki şirkətin birləşməsi texnologiyalarını tətbiq edirdilər. Təşkilatın daxili mühiti daim dəyişirdi ki, bu da bizə ilham verirdi. Bu isə öz üzərinə məsuliyyət götürmək istəyən insanlar üçün bir çox imkanların yaradılması mənasına gəlirdi. Məsələn, mən iki şirkətin birləşməsinin idarəedilməsində iştirak etmişəm ki, bu fövqəladə dərəcədə maraqlı bir iş idi. Çünki, biz iki fərqli hesabatlılıq sistemi olan təşkilatla üz-üzə idik. Buna baxmayaraq biz birləşdikdən sonra ilk 18 ay ərzində 90%-lik standartlaşdırmaya nail ola bildik.

Bu vəzifədən nə gözləyirsiniz? 

Müsahibə götürənin məqsədi

Burada əsas məqsəd sizin səylərinizlə işin təsvirinin üst-üstə düşməsini və sizin bu vəzifəni nə dərəcədə dərk etdiyinizi müəyyən etməkdir.

Necə cavab verməli

Siz elə şeyləri seçməlisiniz ki, sizin gələcək işinizə birbaşa aid olsun. Bəzi müsahibə götürənlər müsahibəyə vəzifə haqqında qısa məlumatla başlarlar. Bu qiymətli məlumatı siz başqa cür ifadə edə bilər və ya təkrarlamaqla müvafiq suallara cavab verə bilərsiniz. Fərz edək ki, müsahibə götürən şöbəyə xarici filiallardan daxil olan çox spektrli məlumatları təhlil etməyi bacaran bir mütəxəssis lazımdır. Siz bu məlumatı belə istifadə edə bilərsiniz:

“Mən gələcəkdə öz təhlil bacarıqlarımı təkmilləşdirmə imkanlarını dəyərləndirirəm. Bu yaxınlarda mənə regionlardakı işlərin təhlili ilə əlaqədar təşəkkür elan edilib. Bununla belə mən çox istərdim ki, bu işimdə beynəlxalq fəaliyyətlərin elementləri də olsun. Hesab edirəm ki, bu vəzifə mənim indiki təhlil bacarıqlarımı tamamlamaqla beynəlxalq şirkətlərlə olan əlaqələrin də bu fəaliyyətlərimə daxil olması ilə daha da genişlənəcəkdir.”

Bu təşkilat/şirkət haqqında nə bilirsiniz? 

Müsahibə götürənin məqsədi

Bu sual ona görə lazımdır ki, sizin müsahibəyə gəlməzdən əvvəl ilkin araşdırma aparıb-aparmadığınızı müəyyən etmək olsun.

Necə cavab verməli

Belə cavab verməyin: “Çox deyil” və ya “İşədüzəltmə şirkətində bir qədər məlumat veriblər”. Sizin cavabınız təşkilatı və onun fəaliyyətini ətraflı öyrəndiyinizi, hansı mal və ya xidmətləri təklif  etdiyini, rəqiblərinin kim olduğunu və rəhbərliyi haqqında məlumatları əks etdirməlidir. Şirkətin öz internet səhifəsi, illik hesabatı, maliyyə sənədi, marketinq materialları və xəbərlər kimi öz mənbələrinizə istinad edin.

Sizin cavabınız açıq şəkildə göstərməlidir ki, bu araşdırma sizin rəqiblərdə deyil, məhz bu təşkilatda işləmək arzunuzu daha da möhkəmləndirmişdir. Məsələn:

“Sizin illik hesabatınızdan bilirəm ki, şirkətiniz antikorroziya boyaları bazarında liderdir və hal-hazırda atmosfer təsirinə davamlı boyalar bazarında öz payını artırmaq üzrədir. Bu məndə əminlik hissi yaradır. Belə ki, mənim üçün öz sahəsində lider olan şirkətdə işləmək çox əhəmiyyətlidir.”

Niyə görə siz indiki işinizdən ayrılmaq istəyirsiniz? 

Müsahibə götürənin məqsədi

Burada əsas məqsəd sizin işdən çıxarılmağa məcbur edilməsi və ya başqa yerlərdə yaxşı imkanlara meyl etdiyiniz üçün işdən çıxdığınızı müəyyən etməkdir.

Necə cavab verməli 

Heç vaxt indiki işəgötürəninizi tənqid etməyin. Eyni zamanda gələcəkdə ortaya çıxa biləcək hər hansı faktı gizlətməyin. Bununla belə nəzərə almaq lazımdır ki, bir çox hallarda yeni işə keçmək “məcbur edilmə və meyl etmək” kimi hallardan meydana gəlir. Buna baxmayaraq bunun mənfi tərəfindənsə müsbət tərəfini qeyd etmək lazımdır. Provokasiyalara hazır olun. Müsahibə götürənlərin istifadə etdiyi ən hiyləgər fəndlərdən biri də “Niyə görə işdən çıxırsınız?” sualının cavabını dinlədikdən sonra təkrar olaraq cavab zərbəsi vurur və soruşur: “Çox yaxşı. İndi isə mənə həqiqəti söyləyin. Niyə görə işdən çıxırsınız?”

Cavab nümunəsi

Mən kifayət qədər qiymətli təcrübə toplamışam və işimdən həzz alırdım. Lakin üç ildən sonra mən hiss etdim ki, qarşıda perspektivlər çox azdır. Hesab edirəm ki, təcrübə sərhədlərinin genişləndirilməsinin tam vaxtıdır. Buna görə də bu vəzifə məni cəzb etdi. Bu vəzifə mənə Böyük Britaniya və ABŞ bazarı haqqındakı biliklərimi təkmilləşdirmiş olardı.

VƏ YA

Əslində mən getməyi planlaşdırmırdım. Mən hələ də faydalı təcrübə əldə edirəm və böyük məmnuniyyətlə orada daha bir il qalardım. Lakin dostum bu iş imkanı barədə mənə söylədi və mən bu cür yaxşı fürsəti əldən buraxmaq istəmədim.

VƏ YA

Hamıya məlumdur ki, hal-hazırda Struggle şirkəti investorların kiçik şirkətlərə olan maraqlarının azalması ilə əlaqədar olaraq maliyyə çətinliyi çəkir. Buna görə də hesab edirəm ki, iri bir şirkətdə işləmək mənim maraqlarıma cavab verir. Mənə elə gəlir ki, bu vəzifə mənə marketinq sahəsindəki bacarıqlarımı təkmilləşdirməyə və eyni zamanda kiçik büdcəli reklam şirkətləri ilə təcrübəmi bölüşdürməkdə imkan yaradacaqdır.

İndiki işinizdə xoşunuza gələn (xoşunuza gəlməyən) nədir? 

Müsahibə götürənin məqsədi

Yuxarıda qeyd olunan nümunədəki kimi müsahibə götürən hesab edir ki, sizin cavabınız niyə görə işdən çıxmağınızı müəyyən etməkdə köməklik edəcəkdir. Həmçinin o  indiki vəzifənizlə, təklif olunan vəzifə arasında müqayisə ediləcək aspektlərin olduğunu da bilmək istəyir.

Necə cavab verməli

Yaxşı olardı ki, cavabınızda mənfi deyil, müsbət tərəflərə toxunasınız. Xoşunuza gələn aspektləri söyləməniz sizə bu vəzifə təklif olunacağı təqdirdə lazım gələcəkdir. İndiki işinizlə əlaqədar olaraq xarici ölkələrə səyahətə getməyi xoşladığınızı söyləməyin mənası yoxdur.  Ancaq vəzifəniz ilə əlaqədar olaraq bütün günü ofisdə oturmaq tələb olunarsa buna hazır olduğunuzu da bildirməlisiniz. Diqqətli olun! Hərçənd həmkarlarla ünsiyyət qurmağınızı sevdiyinizi söyləmək yaxşı hal olsa da bu işə yalnız deyib-gülmək, qeybət etmək üçün getdiyinizi dair təəssürat oyatmamalıdır.

Antipatiyanıza gəlincə buna çox şiddətli reaksiya verən şəxs təsəvvürü bağışlamayın. Müsahibə götürənin daha sonra biləcəyi məqamları gizlətməyə çalışmayın. İndiki işdən çıxacaq qədər kinli olduğunuzu göstərməyin. Şikayət edən də olmayın. Müsbət əhval-ruhiyyəli insanlar hər zaman cəlb edici olurlar.

İndiki vəzifənizi necə təsvir edərdiniz? 

Müsahibə götürənin məqsədi

Burada əsas məqsəd indiki vakant olan vəzifəyə uyğun olan təcrübənizin olduğunu müəyyən etməkdir. O həmçinin bu vəzifədə olan fəaliyyətinizin digər funksional sahələrlə olan əlaqəsini başa düşdüyünüzü də bilmək istəyir.

Necə cavab verməli

İşinizə aid olan hər şeyi təfsilatı ilə danışmağa ehtiyac yoxdur. Əsas məsuliyyət daşıdığınız sahələri qeyd edin və yaxşı olardı ki, bu indi müraciət etdiyiniz işlə əlaqədar sahələri əhatə etsin. Yalan danışmayın. Lakin indiki vəzifənizin  bəzi hissələrini qeyd edə bilərsiniz, digərlərini isə toxunmaya da bilərsiniz.

Sizin güclü tərəfləriniz nələrdir? 

Müsahibə götürənin məqsədi

Burada əsas məqsəd güclü tərəflərinizin bu vəzifəyə uyğun olduğunu müəyyən etməkdir.

Necə cavab verməli

Bu suala əvvəl qeyd etdiyimiz “Niyə görə hesab edirsiniz ki, bu vəzifəyə uyğunsunuz?” sualına verilmiş anoloji cavabların təkrarı kimi vermək lazımdır. Hər şeydən əvvəl müraciət etdiyiniz vəzifənizə uyğun olan güclü tərəfləriniz seçin. Daha sonra keçmiş işəgötürəninizə faydalı olmuş güclü tərəflərinizdən bir neçə nümunə göstərin və ya biznesin və ya attestasiyanın müsbət nəticələrinə dair obyektiv sübutlar göstərin.

Sizin zəif tərəfləriniz nələrdir? 

Müsahibə götürənin məqsədi

Müsahibə götürənlər bu cür sualları verməyi çox sevirlər. Çünki, bu cür suallar namizədi mövzudan uzaqlaşmağa məcbur edir. Əslində isə müsahibə götürən gözləyir ki, siz öz çatışmayan cəhətlərinizi açıqlayaraq işə yarasız olan namizəd olduğunuzu biruzə verəsiniz. Bundan başqa bu cür suallar insanı mənfini müsbətə çevirmək bacarıqlarını müəyyən edir.

Necə cavab verməli

Bu cür suallara siyasətçi kimi cavab vermək lazımdır. Siz mənfi aspektlərə toxunmaq istəmirsiniz. Lakin onlar hər nə qədər əhəmiyyətsiz də olsa birinə toxunmaq lazım gələcəkdir. Bu üsullardan biri də odur ki, seçilmiş zəif tərəfinizin həqiqətdə heç də zəif olmamasıdır. Məsələn, siz deyə bilərsiniz ki, işə o qədər aludə olursunuz ki, ailəniz sizin diqqətinizdən kənarda qalır. Lakin şirkət bundan udmuş olur.

Bir başqa üsul isə müəyyən sahədəki biliklərinizin təkmilləşdirilməsi ilə əlaqədar etiraflarınız ola bilər. Məsələn informasiya texnologiyaları sahəsində biliklərin təkmilləşdirilməsi ilə əlaqədar problemlər olmuş və siz bunu uzaq keçmişdə müvəffəqiyyətlə həll etmisiniz. Beləcə siz daim öz üzərinizdə işlədiyinizi və inkişaf etdiyinizi göstərmiş olur və öz potensialınızı bildiyinizi nümayiş etdirmiş olursunuz. Siz zəif tərəflərinizin keçmişdə olduğunu, onları müəyyən edərək ləğv etdiyinizi və ya müsbət cəhətə çeviridiyinizi bildirə bilərsiniz.

Keçmişdə olmuş zəif cəhətlər bunlar ola bilər:

  • İctimaiyyət qarşısında çıxış edərkən əsəb gərginliyi keçirmək (hal-hazırda təlim və təcrübə nəticəsində ləğv edilmişdir);
  • İnformasiya texnologiyaları sahəsində çatışmayan biliklər (təlim və təkmilləşdirmənin nəticəsi olaraq bu sizin hal-hazırda güclü tərəflərinizdəndir);
  • Vaxtdan səmərəsiz istifadə etmək (bu bir az köhnəlmiş bir cəhət ola bilər, lakin qəbul ediləndir. Ola bilər ki, artıq siz vaxtınızı daha effektiv idarə etməyi öyrənmisiniz);
  • “iştirak effekti” (vaxtın böyük bir hissəsini ofisdə keçirmə. Bəlkə bundan sonra öz iş vaxtınızı daha düzgün tənzimləyəcəksiniz);

Seçilmiş bir başqa zəif tərəflərdən biri də işə aid olmayan cəhətlərdən biri ola bilər. Məsələn, siz işçilərin idarə edilməsinə aidiyyatı olmayan vəzifəyə görə müraciət edirsiniz ki, bu da sizə problem yaratmayacaqdır. Çünki, sizin zəif tərəflərinizdən biri odur ki, siz başqa insanların idarə etməyi xoşlamırsınız.

Bununla belə medalın bir başqa üzü də vardır. Siz müraciət etdiyiniz işin xüsusiyyətində vacib olan bir zəif cəhətinizi qətiyyən nümunə gətirməməlisiniz. Bunu edəcəyiniz təqdirdə sizin iş tələbiniz rədd ediləcəkdir.

Sizin ən böyük səhviniz nə olmuşdur? 

Müsahibə götürənin məqsədi

Bu sualın verilməsində əsas məqsəd sizin uğursuzluğun öhdəsindən necə gəlməyinizi müəyyən etməkdir. Səhv edən bir çox insan heç də hər zaman bundan nəticə çıxarmır. Hər kəs uğursuzluğunun öhədəsindən gəlməyi bacarmalıdır. Sizin xarakteriniz normaya düşmək üçün nə dərəcədə güclüdür?

Necə cavab verməli

Siz səhvlərinizin üzərində işləyən insan olduğunuzu göstərməli və müsbət nəticələnmiş bir nümunə seçməlisiniz.

Cavab nümunəsi

Üç il bundan əvvəl mən bir maldan müəyyən miqdarda satın alınması məqsədi ilə tələsik qərar vermişəm. Bu addımı atmazdan əvvəl mən bölgələrdəki nümayəndəliklərlə söhbət etdim. Lakin belə çıxdı ki, mən bu malın endirim şərtlərinin təsiri altında qalmışam. Bu mal əvvəllər tezsatılan olduğu üçün bu qərarın doğru olduğunu zənn etdim. Təəssüf ki, mal göndərən şirkətin maliyyə çətinliyinin olması mənim üçün gözlənilməz oldu və bu barədə mənim nümayəndələrim mənə heç bir məlumat göndərmədilər. Biz sifarişlərimizi alsaq da mal bazarda yaxşı satılmadı. Çünki, istehlakçılar malın zəmanəti ilə bağlı problemlərin ola biləcəyini bilirdilər. Bu isə o demək idi ki, biz marketinq sahəsinə və xüsusi endirim təkliflərinə yaradıcı yanaşmalıyıq. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı. Biz xərclərimizi ödəməklə hətta bir az gəlir də əldə etdik. Bundan sonra mən heç bir səhvlərə yol vermədim. Bu təcrübə mənə çox şey öyrətdi. Bundan başqa ticarətlə əlaqədar bir qərar verərkən səlahiyyətli şəxslərlə məsləhətləşmək və ətraflı məlumatın əldə edilməsinin də vacib məsələ olduğu qənaətinə gəldim.

Siz çətin idarəetmə vəziyyətinin öhdəsindən necə gəldiniz? 

Müsahibə götürənin məqsədi

Burada əsas məqsəd sizin idarəetmə üslubunuzdan məlumat əldə etməkdir. Siz konfliktli və ya diplomatik bir şəxssiniz? Siz işə metodiki yanaşan yoxsa böyük məmnuniyyətlə sürətli qərar qəbul edənsiniz? İstər bu və ya digər üsullar şəraitə uyğun olaraq müxtəlif təşkilatlarda və ya vəzifələrdə uyğun ola bilər.

Necə cavab verməli

Bu vakansiya üçün aktual olan bir nümunə seçin. Cavabı elə tərtib edin ki, vəziyyəti qısa da olsa izah edə biləsiniz. Bu məsələnin niyə görə çətin olduğunu, onun öhdəsindən necə gəldiyinizi və nəticəsinin nə olduğunu qısa olaraq izah etməyə çalışın. Siz işəgötürənin hansı üslub axtardığını bilməsəniz də hər zaman həqiqəti söyləyin.

“Çətin isanların” öhdəsindən necə gəlirsiniz? 

Müsahibə götürənin məqsədi

Burada əsas məqsəd istər həmkarlarınız, istərsə də mütəriləriniz olan “çətin insanlara” necə təsir etdiyinizi müəyyən etməkdir.

Necə cavab verməli

Siz müsahibə götürəndən hansı insanlardan, məsələn, müştərilər, həmkarlar və ya gündəlik həyatınızdakı insanlar bəhs etdiyini dəqiqləşdirə bilərsiniz. Çalışın ki, “çətin insanları” özünüzə necə uyğunlaşdırdığınızı nümayiş etdirən nümunələr verə biləsiniz. Nəticə həmişə olduğu kimi müsbət olmalıdır. Siz başqalarının ümidlərini necə doğrultduğunu da söyləyə bilərsiniz. Məsələn, sizin həddindən artıq tələbləri olan çətin müştəriniz olubsa siz onun öhdəsindən necə gəldiyinizi söyləyə bilərsiniz. Bu nümunədə sizdən nə tələb olunduğunu, necə planlaşdırdığınızı və necə razılaşdığınızı da dəqiq qeyd etməlisiniz.

Cavab nümunəsi

Mən indiki vəzifəmə təyin olunduğum zaman, yerinə gəldiyim şəxs müəssisə rəhbərliyindən narazı qalan bir əməkdaşın olduğu barədə xəbərdarlıq etdi. Mən hər hansı bir qarşıdurma yaranmadan bu şəxslə onun məqsəd və hədəflərini rəsmi olaraq müzakirə etməyi qərara aldım. Mən o əməkdaşın razılığı olmadan funksional vəzifələrinə dəyişikliklər edilməsindən dolayı narazı olduğunu müəyyən etdim. Bu isə onu bacarıqlarının effektiv olaraq tətbiq edilməsi imkanlarından məhrum etmişdir. Mən şöbənin işini yenidən quraraq onun üzərinə yeni öhdəlilikərin qoyulmasını və özünü yaxşı yöndən göstərmək üçün bəzi analitik məsələlərin həll edilməsi hüququnu verdim. O mənim ona olan inamıma xeyirxahlıqla cavab verdi. Bu yaxınlarda isə o ilin Əməkdaşı seçildi.

Sizə təkan verən nədir? 

Müsahibə götürənin məqsədi

Burada əsas məqsəd sizin fəaliyyətinizi özünüzün motivə etdiyinizi yoxsa bunun üçün rəhbərliyinizin səylərinin lazım olduğunu müəyyən etməkdir.

Necə cavab verməli

Bu mərhələdə sizin bu üstünlüyünüzü təsdiq edən bütün informasiyalardan istifadə etməlisiniz. Təbii ki, bu təşkilatın məqsəd və üslubunu tamamlayan motivasiya amilləri olmalıdır.

Əgər siz bu şirkətin fəaliyyət göstərdiyi bazarda ikinci mövqedə olduğunu bilirsinizsə o zaman sizi işə götürmək istəyən şirkətə rəqiblərini ötməyə və lider olmaqda kömək etmək arzusunda olduğunuzu qeyd etməlisiniz. Əgər şirkət üçün satış həcmi deyil, xidmətin keyfiyyəti ön plandadırsa sizi stimullaşdıran amilin işi ən yaxşı şəkildə görmək olduğunu qeyd edin.

Siz hətta işi yaxşı gördüyünüzə müdiriniz tərəfindən edilən təşəkkürdən də motivasiya olduğunuzu söyləyə bilərsiniz. Baxmayaraq ki, buna görə siz cümə günü gec saatlara qədər işləməli olmusunuz.

Siz əməyə olan münasibətinizi necə təsvir edərdiniz? 

Müsahibə götürənin məqsədi

Burada məqsəd sizin əmək fəlsəfəsi haqqında olan düşüncələrinizin şirkətin mədəniyyəti ilə üst-üstə düşdüyü haqqında məlumat almaqdır. Bu cavabınızın kəskin olmasını tələb edir. Əgər bunun haqqında hələ düşünməmisinizsə  müsahibə götürən tərəfindən təzyiqin artacağını hiss edəcəksiniz.

Necə cavab verməli

Burada müsahibə götürənin nəyi qəsd etdiyini dəqiqləşdirmək lazımdır. Yəni, sizin işə olan münasibətiniz yoxsa ki, işdə riayət etdiyiniz əxlaq normalarımı nəzərdə tutulur. Yəqin ki, siz  xasiyyətinizin müsbət aspektlərində durmalı olacaqsınız. Məsələn, sizin əməyə olan münasibətiniz elə ola bilər ki, bu həyatınızın əsas və stimullaşdırıcı hissəsi ola bilər. Bu sizə digər məqsədyönlü insanlarla əməkdaşlıq etməyə və özünüzü inkişaf etdirməyə imkanlar yaradır.

Əgər siz əxlaqi tərəflərinizi qeyd etmək istəyirsinizsə, əməkdaşlarınıza qarşı dürüst və səmimiliyin vacib olduğunu bildirməlisiniz. Sizin həyat təcrübənizdə sınaqdan keçirdiyiniz bu keyfiyyətlərinizə aid bir neçə nümunəni hazır tutun. Ola bilər siz kimisə müdafiə etmiş və bu davranışınızın sizin rəhbərliyin xoşuna gəlməməsinə baxmayaraq bunun ən doğru qərar olduğunu hiss etmisiniz.

Həmkarlarınız sizi necə təsvir edərdilər? 

Müsahibə götürənin məqsədi

Burada məqsəd sizin komandaya nə dərəcədə uyğun olduğunuzu və başqa insanlarla necə işlədiyinizi müəyyən etməkdir. Siz kimsiniz: lider, sülhsevər, provokator, sakit və ya davakar insan?

Necə cavab verməli 

Müsahibəyə gəlməzdən əvvəl şirkətin bu vakansiyaya nə cür insan axtardığını  müəyyən etməyə çalışın. Beləcə müsahibə zamanı siz müvafiq şəxsi xüsusiyyətlərinizi qeyd edə biləcəksiniz. Bu təşkilat haqqında nə bildiyinizi düşünün və şirkətin mədəniyyətinə və vəzifənin tələblərinə cavab verən xüsusiyyətlərinizi qabartmağa çalışın.

Bundan başqa bir çox müasir vəzifələr komanda işini və informasiya mübadiləsi tələb edir. Açıq tipli ofislərdə sizin bacarıqlarınız başqa insanlara da öz təsirini göstərəcəkdir. Buna görə də cavabınız başqa insanlarla yola getdiyinizi göstərməlidir.

Müdiriniz sizi necə təsvir edərdi? 

Müsahibə götürənin məqsədi

Burada məqsəd özünüzü obyektiv olaraq qiymətləndirə bildiyinizi müəyyən etməkdir. Belə sual sizin müsbət keyfiyyətlərinizi dəstəkləmək üçün üçüncü şəxslərə istinad etməyə imkan verəcəkdir.

Necə cavab verməli

Bu sual həmkarlarınızın sizi necə təsvir etmək sualından daha sadə olmalıdır. Çünki, burada siz sonuncu attestasiyaya istinad edə bilərsiniz. Məntiqi yanaşın və müsbət faktların üzərində durmağa çalışın.

Cavab nümunəsi

Müdirimdən aldığım ən son rəy altı ay əvvəl keçirilmiş attestasiya zamanı olmuşdur. Bu rəyə şirkətdə yeni tədris siyasətinin tətbiq edilməsini həyata keçirməyim daha çox təsir etmişdir. Mənim qiymətləndirmə vərəqimdə müdirim digər şöbələrlə olan razılaşdırma prosesini müsbət qiymətləndirmişdir. Ona həmçinin üç şirkətin iştirakı ilə keçirilən tenderdə aparılan qiymət sövdələşməsi xoş təsir bağışlamışdır. O mənə bu cür yanaşmanın səliqəli olduğuma və çətin məsələlərin öhdəsindən gəldiyimə dəlalət etdiyini söylədi.

Biz onunla belə bir nəticəyə gəldik ki, mənim təkmilləşdirə biləcəyim bir sahə də vardır ki, bu da daxili hesabatlardan istifadə etməkdir. O mənə bir az dəqiq olmağımı təklif edərək təhlilləri daha ətraflı aparmağı tapşırdı. Mən bunu tətbiq etdikdən bir müddət sonra o məni təqdim edilən informasiya üslubuna görə təriflədi.

Özünüz haqda danışın 

Müsahibə götürənin məqsədi

Əgər bu sual sizə müsahibənin əvvəlində verilirsə bu müsahibə götürənin hazır olmadığı və ya sizi xatırlamadığı mənasına gələ bilər. Əlbəttə ki, sual xüsusi olaraq sizin diqqətinizi topladığınızı öyrənmək və ya boşboğaz olduğunuzu müəyyən etmək üçün də verilə bilər.

Əgər sual söhbətin sonunda verilirsə bu müsahibə götürənin sizin haqqınızda çox şey öyrənmək istədiyi mənasına gələcəkdir.

Necə cavab verməli 

Əgər sual sizə söhbətin əvvəlində verilirsə bu sizə mövzu seçimində tam sərbəstlik verilməsi mənasına gəlir. Açıq danışmağa dəvət edilməyin təhlükəli tərəfi isə odur ki, siz bunu çox uzadaraq müsahibə götürəni darıxdırmağa başlayacaqsınız. Boş danışıqdan uzaq durmaq lazımdır! Bu baxımdan müsahibə götürənin nə istədiyini dəqiqləşdirmək məntiqli olardı: “Siz istəyirsiniz ki, mən sizə əsas olaraq ixtisas təhsilim və karyera tariximi danışım?”

Qısa cavab verməyə cəhd göstərin. Yaxşı olardı ki, cavab verməyə indiki işinizə nə aid olduğundan başlayasınız. Daha sonra karyeranızın qısa tarixçəsini (indiki işinizə necə gəlib çıxdığınızı izah etməklə) təqdim edin və son olaraq bu vakant vəzifədə sizi nə cəlb etdiyini söyləyin. Cavab zamanı sizi bu vəzifəyə uyğun edən təcrübə və keyfiyyətlərinizin üzərində durun.

Əgər müsahibə götürən söhbətin sonunda öz haqqınızda danışmağı xahiş edirsə bu imkandan istifadə edərək hər tərəfli inkişaf etmiş insan portreti çizməyə çalışın. Özünüzü işdən sonra necə səciyyələndirərdiniz? Siz öz ailənizə və maraqlarınıza (mübahisəli olmayan) istinad edə bilərsiniz. Bütün bunlar müsahibə götürəndə dəqiq təsəvvür oyatmalıdır.

Sizi güldürən nədir? 

Müsahibə götürənin məqsədi

Əsas məqsəd sizin diqqətinizi nə cəlb etməsi haqqında daha çox məlumat əldə etməkdir.

Necə cavab verməli

Burada başqa insanların üzərində olan zarafatlara istinad etmək lazım deyil. Siz hansısa lətifəni danışa bilər və ya hər hansı bir komediya filmini xatırlaya bilərsiniz. Çox az ehtimal ola bilər ki, cavabınız (əlbəttə ki, hansısa şit bir yumoristi nümunə göstərmiş olmasanız) bu vəzifəni əldə edib-etməyəcəyinizə təsir göstərəcəkdir. Buna görə də çalışın hər şeydə özünüz olasınız.

Öz “ideal” işinizi təsvir edin

 Müsahibə götürənin məqsədi

Burada əsas məqsəd sizin cəhdlərinizin təklif olunan işin mahiyyəti ilə nə dərəcədə uyğun olduğunu müəyyən etməkdir.

Necə cavab verməli

Çalışın bu vakant vəzifədən nə isə daha mükəmməl bir şeyi anlatmadığınızdan əmin olun. Şirkətin mədəniyyətinə aid nə bilirsinizsə cavabınıza əlavə edin. Daha sonra bu “ideal” işin yalnız sizə deyil, şirkətə də xeyir verəcəyini də cavabınızda qeyd etməyi unutmayın. Məsələn, “ideal” işin şirkətə verəcəyi xeyirin üzərinizə müəyyən öhdəliklərin götürülməsini və ya bunun komanda idarəetməsi vasitəsi ilə baş tuta biləcəyini qeyd etmək olar.

Siz 5-10 il sonra harada olacaqsınız?

Müsahibə götürənin məqsədi

Burada müsahibə götürən sizin ambisiyalarınızın səviyyəsini, perspektiviniz haqqında düşünmə bacarıqlarınızı, dəqiq düşünülmüş karyera planınızın olduğunu və müraciət etdiyiniz vakansiya ilə məntiqi olaraq uyğun gəldiyini müəyyən etmək istəyir.

Siz cavabınızı elə qurmalısınız ki, işlə əlaqədar müraciətiniz sizin gələcək karyera planınızla məntiqli olsun. Daha sonra bu işi həqiqətən də əldə etmək istəyirsinizsə sizin cavabınız müsahibə götürənin axtardığı insan tipindən asılı olacaqdır. Məsələn, bu şəxsin iki ildən sonra daha da böyük vəzifələrə getmək üçün ambisiyalara sahib olması və ya bu vəzifədə uzun müddət qalacaq bir insanın axtarılması ola bilər.

Əgər minimum karyera ambisiyaları olan insan tələb olunursa o zaman siz beş il ərzində iki vəzifə yüksəlişi və müəyyən bölmədə rəhbər vəzifə tutmaq istədiyinizi söyləmiş olsanız özünüzə zərər vermiş olacaqsınız. Bu halda belə söyləsəniz daha yaxşı olardı: “Son beş ildə mənim vəzifəmi bir neçə dəfə yüksəldiblər. Buna görə də bir az irəli gedərək onu deməliyəm ki, indi mən bir az sabitlik istədiyimi hiss edirəm.” Əlbəttə ki, əgər siz ambisiyalı insansınızsa o zaman dürüst olmalısınız. Çünki, bu vəzifəni əldə etdikdən sonra pərt ola bilərsiniz. Sizin gələcəkdə vəzifədə yüksəlmə motivasiyanız olmayacaq və öz bacarıqlarınızı inkişaf etdirə bilməyəcəksiniz.

Alternativ variant olaraq “siyasi” üslublu cavabın verilməsi olacaqdır:

“Doğrusunu desəm mən beş ildən sonra harada olacağımı bilmirəm. Sirr deyil ki, bu indiki iş daxil olmaqla bir neçə amildən asılıdır. Mən elə bir insanam ki, qarşımda orta müddətli məqsədlər qoyuram. Əvvəllər mən özümə məqsəd qoymuşdum ki, beş ildən sonra maliyyə direktoru olacam. Mən buna nail olaraq bir il də qənaət etmiş oldum. Mən belə hesab edirəm ki, məsələlərin belə qoyuluşu mənə potensial olaraq daha çox nailiyyət etməyə imkan verir.”

Öz şəxsi proqramınızı yerinə yetirin

Məsləhət

Müsahibə zamanı sizin məqsədiniz vəzifənin tələb etdiyi ölçüdə öz güclü tərəfləriniz haqqında danışmaq olmalıdır. Heç vaxt müsahibə götürəni sizə öz güclü tərəflərinizi nümayiş etdirməyə imkan verən suallar vermədiyinə görə mühakimə etməyin. Siz bunu sualdan asılı olmayaraq etməyə hazır olmalısınız.

Bəs əgər siz müzakirə mövzusuna öz güclü tərəflərinizi daxil edə bilməmisinizsə o zaman nə etməli? Məsələn, müsahibə götürən sorğu-sualı sona çatdırmış və son olaraq sizdən soruşur: “Sizin mənə sualınız var?”. Siz cavab verirsiniz: “Təşəkkür edirəm, sualım yoxdur”. Siz müsahibə götürənin əlini sıxaraq görüş yerindən uzaqlaşırsınız. Lakin görüşün belə başa çatması heç də xoş təəssürat yaratmır. Bu hətta görüş vaxtı sizin haqqınızda yaranmış xoş təəssüratları korlaya bilər. Sizin hazır suallarınız olmalıdır. Suallarınızı verməzdən əvvəl toxunulmayan güclü tərəflərinizi göstərmə imkanından istifadə edin.

Məsləhət

“Hər hansı bir sual?” mərhələsini “Hər hansı bir məsələ?” kimi qəbul edin və bunu sizin üçün vacib olan suallar üzərində qurmağa çalışın.

Təsəvvür edin ki, siz informasiya texnologiyaları sahəsində iş üzrə müraciət edirsiniz. Siz belə hesab edirsiniz ki, təcrübəniz üçün aktual olan dörd sahə mövcuddur. Siz bunlardan üçünə toxunmuş biri isə müəyyən səbəblərdən kənarda qalmışdır.

İlk sualınızı verməzdən əvvəl sizin işə düzəlməyiniz üçün aktual hesab etdiyiniz bir amilə toxunmaq istədiyinizi söyləyin. Daha sonra hal-hazırda biznes üçün informasiya texnologiyaları sahəsindəki təcrübənizi qısa olaraq təsvir edin. Siz bu mövzunu ilk sualın əsası olaraq istifadə edə bilərsiniz. Məsələn, siz müxtəlif yerlərdə işləyən şirkət əməkdaşlarının informasiya mübadiləsini necə həyata keçirdiklərini soruşa bilərsiniz.

Müsahibə götürənə veriləcək sualları hazırlanması

Əvvəl qeyd etdiyimiz kimi müsahibə götürənlər namizədlərdən suallar gözləyirlər. Sualların azlığı təşkilata və işə olan marağın az olmağından irəli gəldiyinə bir işarədir.

Suallarınızı hazırlayarkən aşağıdakıları qeyd etməyi unutmayın:

  • Sizin vəzifəyə qarşı olan ruh yüksəkliyinizi;
  • Zəif tərəflərinizdənsə öz gücü tərəflərinizi reklam etməyi;
  • Öz bilik və təcrübənizi göstərmək;
  • Şirkəti və vəzifəni öyrəndiyinizi nümayiş etdirin.

Təbii ki, siz sualları bacarıqla tərtib etməlisiniz. Məsələn, siz sual verməklə öz biliklərinizi qeyd edə bilərsiniz. Suallarınızı diqqətlə seçin. Müsahibənin bu yekun mərhələsi, sizin təşkilatın və vəzifənin tələblərinə necə cavab verdiyinizi göstərəcəkdir.

Müsahibə götürənə verilə biləcək yaxşı suallar

Tədqiqatımız zamanı biz işəgötürmə mütəxəssislərindən namizədlərdən hansı sualları gözlədiklərini soruşduq və bu sualları bir neçə mövzuda birləşdirdik. Ümid edirik bunlar arasında sizin düşüncələrinizə təkan verəcək suallar da mövcud olacaqdır.

Müəyyən vəzifə

  • Bu vəzifənin müəyyən aspektləri ilə əlaqədar (yeni adaptasiya sistemləri, əməkdaşlar üçün təlim və s.) mənim konkret öhdəliklərim nə olacaqdır?
  • Mənim vəzifəm şirkətin strategiyasının həyata keçirilməsində hansı töhfələrini verir?
  • Hesabatlılıq sistemi necə işləyir?
  • Bu vəzifə niyə vakant olmuşdur?
  • Bu vəzifə üçün hansı keyfiyyətləri daha vacib hesab edirsiniz?
  • Sizin fikrinizcə vəzifəyə aid olan ən böyük problem nədir?
  • Gələcəkdə bu vəzifəyə və ya şöbəyə aid olan hər hansı spesifik dəyişikliklər gözlənilirmi?
  • Şöbənin qarşılaşdığı əsas problemlər (idarəetmədə, kadr axınında) nə olmuşdur?

Həmkarlar

  • Mən daimi və növbəli əsaslarla kiminlə işləyəcəm?
  • Hal-hazırda komandada əsas fiqurlar kimlərdir?
  • Şöbədə əməkdaşların orta xidmət müddəti nə qədərdir?
  • Mənim bir neçə potensial həmkarlarımla görüşmək imkanım varmı?

İşin qiymətləndirilməsi

  • Məni müvəffəqiyyətli hesab etməyiniz üçün üç, altı və ya on iki aydan sonra nəyə nail olmalıyam?
  • Mənim işim necə qiymətləndiriləcəkdir?
  • Fəaliyyət nəticələrinin qiymətləndirilməsi prosesi nəyi ifadə edir?

Təhsil və inkişaf

  • Bu vəzifəni tutan sonuncu şəxslə əlaqədar nə olmuşdur?
  • Siz hesab edirsiniz ki, bu vəzifədə müəyyən müddətdə kimsə qalacaqdırmı?
  • Bu vakansiya dolduqdan sonra karyera yüksəlişi gözlənilirmi?
  • Təlim kursları necə seçilir?
  • Təhsilə olan fərdi tələb necə qiymətləndirilir?
  • Hansı adaptasiya üsulları mövcuddur?
  • Bu istiqamətin inkişaf etdirilmə imkanları mövcuddurmu?

Şirkət haqqında 

  • Zəhmət olmazsa şirkətin bu sahədə olan məqsədləri (ətraf mühitin qorunması, qlobal inkişaf, elektron ticarət və s.) haqqında danışın?
  • Mətbuatda bu sahədə olan problemlər haqqında mübahisələr olmuşdur.  Ümumi bəyanatlardan başqa hansı strateji perspektivlər nəzərdən keçirilib?
  • Təşkilat özünü beş ildən sonra harada görür?
  • Yaxın günlərdə şöbənin nə cür inkişafı gözlənilir?
  • Şirkətin öz əməkdaşlarının korporativ mədəniyyətini dəstəkləyən hər hansı bir nümunə göstərə bilərsinizmi?
  • Bu şöbədə iş üslubunu necə təsvir edərdiniz?
  • Təşkilat cəmiyyətə hansı töhfələrini verir?

Menecerin və ya mütəxəssisin karyera tarixi

  • Bu təşkilatda çoxdan işləyirsiniz?
  • Orada niyə qalmaq istəyirsiniz?
  • Təşkilat sizin ümidlərinizi nə dərəcədə doğruldur?

Yaxşı olardı ki, bu cür 2-3 sual verəsiniz. Lakin çalışın müsahibə götürən çox danışmasın. Sizin məqsədiniz  öz bilik və ruh yüksəkliyinizi qeyd etməkdir, başqasının vaxtını almaq yox.

Nəticə

  • Müsahibəyə hazırlaşın və bu məqsədlə ehtimal olunacaq suallara cavab hazırlayın
  • Əgər vaxtınız azdırsa, heç olmazsa aşağıda qeyd olunan və müsahibə götürənin verə biləcəyi əsas on sualın üzərində məşq edin.
  • Təcrübədə öz bilik və bacarıqlarınızı tətbiq etdiyinizə dair  üçün özünüzdən nümunələr göstərin.
  • Bacarıqlarınızı sübut etmək üçün keçdiyiniz attestasiyalara istinad edin.
  • Boş şeylər danışmayın.
  • Müsahibə götürən sual verərkən nə öyrənmək istədiyini düşünün.
  • Müsahibə götürənə vermək üçün suallar hazırlayın.
  • “Hər hansı bir sualınız varmı?” mərhələsində əvvəl qeyd edə bilmədiyiniz keyfiyyətlərinizi üzə çıxarmağa çalışın.
  • Verdiyiniz sualların işəgötürənin və onun fəaliyyət sahəsinə uyğun olduğundan əmin olun.

Məsləhət

Müsahibədə verilən on əsas suallar

Bizim sorğunun nəticələrinə görə müsahibə götürənlərin verdiyi sevimli suallar bunlardır:

  • Sizin ən ağır və problemli təcrübəniz nə olmuşdur?
  • Karyeranızdakı ən böyük nailiyyət nə olmuşdur?
  • Sizi məyus edən və ən böyük səhviniz nə olmuşdur?
  • Niyə görə hesab edirsiniz ki, bu vəzifəyə uyğunsunuz?
  • Sizin zəif tərəfləriniz?
  • Sizin güclü tərəfləriniz?
  • Sizin ambisiyalarınız: 5-10 ildən sonra harada olacaqsınız?
  • Həmkarlarınız və müdiriniz sizi necə təsvir edərdi?
  • İndiki işinizdən niyə görə ayrılırsınız?
  • İndiki işinizdə xoşunuza gələn və gəlməyən nədir?

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna