UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.
Tərcümə: Fuad Əliyev, Aygün Abdulova
Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi
Fəsil 2. İşə götürənin anlayış göstərməsi
Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması
Fəsil 6. Sizin marketinq materiallarınızın hazırlanması
Fəsil 7. Top menecerlərin məsləhətləri
Fəsil 8. Elan edilmiş vakansiyalar
Fəsil 10. İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi
Fəsil 11. Özünüzə imkanların yaradılması
Fəsil 13. Müsahibə keçmək təcrübəsi
Fəsil 14. Müsahibə zamanı tez-tez verilən suallar
Fəsil 15. Testdən keçmə
Sizin sahə, ixtisas və vəzifənizdən asılı olaraq axtardığınız vəzifəyə müvafiq qabiliyyətinizi, şəxsi keyfiyyətlərinizi və ya biliklərinizi yoxlamaq üçün çox güman ki, müxtəlif testlərdən keçməli olacaqsınız.
Bizim apardığımız tədqiqatda kadr üzrə mütəxəssislərin 80%-in artığı və işə qəbul üzrə mütəxəssislərin 2/3-i hissəsi işə qəbul zamanı testdən keçmə metodundan istifadə etdiklərini qeyd edirlər.
Testdən kimlər keçməlidi?
Bəzi insanlar işəqəbul testlərini məzunlara tətbiq edilməli olunduğunu hesab edirlər. Lakin, bizim tədqiqat göstərdi ki, bundan həm də yuxarı və orta səviyyə rəhbər vəzifələrin təyini zamanı da istifadə etmək olar.
Şirkətə təqdim edilən yazılı müraciətlərin ilkin seçimindən sonra son müsahibədən keçməli olan namizədlərin siyahısını tərtib etmək üçün aşağı səviyyələrdə testdənkeçmədən istifadə edirlər. Testdənkeçmənin daha yüksək mərhələsində ilkin müsahibədən keçən namizədlərin siyahısının tərtibi üçün istifadə oluna bilər.
Testlərin tipləri
Mütəxəssislər işə qəbul qərarını verməkdən ötrü müxtəlif testlərdən istifadə edirlər. Əsas test növləri aşağıdakılar hesab edilir:
Bu testlər son dərəcə qısa olub həllinə beş dəqiqə, yarım saat və ya daha artıq vaxt tələb edə bilər. Istənilən halda bu testdənkeçməyə ciddi yanaşmaq lazımdır çünki, burda özünüzü göstərməkdən sizin işə qəbul təklifini almaq şansınız asılıdır.
Psixometrik testlər
Bizim tədqiqatlara əsaslansaq şəxsi psixometrik testlər və ya peşəkar faydalılığa əsaslanan testlər işəqəbul zamanı ən çox yayılan test tipidir; bu test tipindən sorğuda iştirak edənlərin yarısı istifadə edir.
Bir qayda olaraq, namizədlərdən müəyyən olunmuş situasiyalara reaksiyalarını və bu situasiyaya davranışlarını, hansı qənaətə gələcəklərini, nəzər nöqtələrini və ya üstünlüklərini soruşan çoxvariantlı anketlərin doldurulması tələb olunur. Sorğunun məqsədi- namizədlərin digər insanlara olan münasibətini, özünüzün və digərlərin emosiyaları ilə necə mübarizə apardığınızı, iş görmə stilinizin, həyat baxışınızın necə olduğunu və sizi hansı qüvvələr idarə etdiyini müəyyən etməkdir.
Məlumdur ki düzgün və ya səhv cavablandırma deyilən bir anlayış yoxdur. Bununla belə, işin xüsusiyyəti test vasitəsilə şəxsiyyətin özəl tərəflərini aşkara çıxarmaqdır. Sizin testlərdə verdiyiniz cavablara müsahibədən keçən zaman yenidən müraciət oluna bilər, sizin keçmiş təcrübəniz, motivasiyanız barədə, bundan başqa sorğuda göstərilən situsiyada məhz niyə qeyd etdiyiniz kimi davrandığınız soruşula bilər.
Xüsusi qabiliyyətləri aşkara çıxaran testlər müxtəlif formada olurlar. Sorğuda iştirak edən mütəxəssislərin 21%-i balla qiymətləndirilən diaqram və qrafiki olan məntiqli məsələli testlərdən istifadə edirlər. Qalanları isə verbal və məkan düşünmə tərzini (abstrakt formalar daxil olmaqla) yoxlayan testlərdən istifadə edirlər.
Bu tip testlər vaxt məhdudiyyəti qoyularaq imtahan xarakterli olurlar və bu zaman namizədlər vaxta sığmamaq problemi ilə rastlaşa bilərlər. Məntiqli imtahan vermə metodikasından istifadə etməklə belə testlərdən keçə bilərlər. Təlimatı diqqətlə oxuyun və sizdən nə tələb olunduğunu anlamağa çalışın. Əgər hər-hansı bir sualınız yaranarsa, test başlamamışdan qabaq onları verin.
Səhv cavabların düzgün cavabları apardıqları test formasında bunu istifadə etməniz daha vacibdir. Məsələn, ele bir metodika var ki, hər 3 səhv cavaba görə 1 düzgün cavabı silir. Əgər test təlimatında qeyd olunubsa ki, “səhv cavablar sizin əleyhinizə hesablanacaq”, o zaman onun hesablanma metodikasını dəqiqləşdirməlisiniz.
Bu hesablama metodikasını anlayandan sonra testinizin həll etmə strategiyasını hazırlayın. Əgər ball çıxma şərti yoxdursa testin bütün suallarına hətta təxmini bildiyiniz suallara da cavab verməyə çalışın. Əgər dörd cavabdan birini seçməyə çətinlik çəkirsinizsə, onlardan birini seçməklə 25% düz cavabvermə ehtimalını yarada bilərsiniz. Imkan daxilində səhv cavabları mexaniki silib, düzgün cavabı qeyd edin.
Yox əgər ball çıxma mexanizmi istifadə olunursa, onda bir az ehtiyyalı olun. Lakin onu da unutmayın ki, hər cavab verməyib boş qoyduğunuz sual sizə vaxt və ball itkisi verir. Əgər dörd cavabdan iki səhv variantı silib, iki variantdan birinin seçimi arasında qalmısınızsa, onda ehtimalınıza əsaslanıb 50/50-yə prinsipinə uyğun ona cavab verin.
Təcrübələrdən əldə olunan nəticələr göstərir ki, namizədlər ilkin seçdikləri cavabları oxuyub təzə variantla əvəz etmək istəyəndə, 60% hallarda düzgün cavabı səhv varianta dəyişirlər. Bu o deməkdir ki, öz instinktinizə inanaraq ilkin cavab variantınızı 100% əmin olmadığınız halda dəyişməyin.
Məsləhət
Şəxsiyyətin keyfiyyətlərini üzə çıxaran testlərdən fərqli olaraq qabiliyyət testləri səhv və düzgün cavablandırma tipli olub, nəticədə qazandığınız bal nəinki düzgün cavabvermə qabiliyyətinizi, həm də cavablandırma tezliyinizi də əks etdirəcəkdir.
Namizədlərin topladıqları bal əvvəlcədən anoloji testlərdən keçmiş bir qrup standartlaşdırılmış insanların balları ilə müqayisə olunur ki, işəqəbul üzrə mütəxəssislərə başqa insanlarla müqayisə edərək sizin qabiliyyətinizi qiymətləndirməyə imkan verir. Qabiliyyət testləri şəxsiyyətin keyfiyyətlərini üzə çıxaran testlərdən fərqli olaraq vəzifəyə namizəd olan şəxsiyyətin tipini daha subyektiv qiymətləndirməyə imkan verir. Əgər qabiliyyət testinin nəticəsi sizin müəyyən təcrübəni əldə edə bilməməyinizi göstərərsə, onda sizə çətin ki iş təklifini edərlər.
Bacarıqlarınızın müəyyən edilməsi testləri
Belə tip testlərlə mütəxəssislər namizədin hazırki təcrübə səviyyəsini ölçməyə çalışırlar. Bu cür testlərin aşağıdakı növləri var:
Bu testləri keçən zaman çalışın sizə verilən təlimı bacardığınız qədər diqqətli oxuyasınız. Çalışın mənasız suallara vaxtınızı sərf etməyin. Aydın şəkildə sualların nəyə istiqamətləndiyini və buna uyğun hərəkətlərinizin necə olacağını təsəvvür etməyə çalışın. Məsələn, yazılı testlərdə qramatik səhv tipli səfeh səhvlər etməkdən uzaq olun. Tam şəkildə bütün qrup şəkilli tədbirlərdə iştirak edib, özünüz təşəbbüs göstərərək öz şəxsi nəzər nöqtənizi bildirməyə və üstündə durmağa qorxmayın.
Biliklərı yoxlayan testlər
Bilikləri yoxlayan testlər- bu çox variantlı cavab seçimi olan sorğu növüdür. Bu baxımdan bir növ qabiliyyəti yoxlayan testlərə bənzəyir, lakin bu qavrama qabiliyyətini yoxlamaqdan çox müvcud olan bilikləri qiymətləndirir.
Namizədlərin praktiki biliklərini yoxlayan belə testlər, konkret proqram dillərini əhatə edərək informasiya texnologiyaları sahələrində geniş tətbiq olunur. Bununla bərabər bu növ yoxlamalar mətn redaktəsi və elektron cədvəllərlə praktiki təcrübəni yoxlayan inzibati sahələrdə də istifadə oluna bilər.
Testdən keçməyə hazırlıq
Bu kitabın yazılması müddətində biz çalışmışıq ki, namizədlərin ciddi hazırlıqlı olmasının vacibliyini vurğulayaq. Bunu işə düzəltmə testlərinə də aid etmək olar. Siz aşağıdakılara riayyət etməlisiniz:
Hansı testlərlə qarşılaşacağını öyrənin
Əgər sizdən seriyalı testlərdən keçməyiniz tələb edilirsə, işə düzəltmə üzrə mütəxəssislərdən bu testlərin hansı tipdə olması ilə maraqlanın. Bir sıra mütəxəssislər- rekruterlər əvvəlcədən gələcəkdə keçəcəyiniz test tiplərinə bənzər test nümunələri verirlər.
İmkan daxilində təcrübə keçin
Testlərə əvvəlcədən hazırlaşıb onlara cavab verməniz nəticənizə necə təsir edib etməməsi ilə əlaqədar bir sıra mübahisəli fikirlər var: bəzi psixoloqlar təcrübənin keçməsini nəticəyə zəif təsir etdiyini, bəziləri isə bunun balınıza müsbət təsir etdiyini qeyd edirlər.
Əmin ola bilərsiniz ki, əvvəlcədən nümunəvi testlərdən keçmə sizə heç bir ziyan vurmaz və bu sizin özünüzü göstərmə imkanınıza mənfi təsir edə bilməz. Məsələn, əksər qabiliyyət testlərində sizin məntiqinizi və təxəyyülünüzü yoxlamaq üçün eyni tip suallardan istifadə edə bilərlər. Siz belə tip testlərlə ilk dəfə qarşılaşırsınızsa bunları başa düşmək üçün sizə müəyyən vaxt tələb oluna bilər. Əgər siz belə tip testlərə əvvəllər rast gəlmisinizsə onda onlara daha tez cavab verib cavablanmış sualların kəmiyyətini artıra bilərsiniz ki, bu da sizin son nəticə balınıza təsir edə bilər.
Siz çox güman ki, kitab mağazasında özünüzə uyğun broşur testləri seçə bilərsiniz. Hətta sizin oxuduğunuz testlər keçməli olduğunuz testlərə bənzəməsə də onlara cavab vermə təcrübəsini qazanıb vaxta görə uyğunlaşmağı öyrənə bilərsiniz.
Yaxşı formada olmağa çalışın
Unutmayın ki, sizin yalnız bir cavab vermə imkanınız var. Məktəb imtahanlarından fərqli olaraq sizə bu testləri yenidən keçmə şansını verməyəcəklər.
Digər namizədlərə edilməyən güzəşti sizə edib bu testi yenidən keçməniz üçün çox tutarlı səbəbiniz olmalıdır, buna adətən rekrutinq mütəxəssisləri əleyhinə olurlar.
Beləliklə, imtahan verən gün özünüzün bütün imkanlarınızdan istifadə edə bilməyinizə əmin olmalısınız. Çalışın həmin günü beynivizin hüceyrələrinin kifayət qədər maksimal məhsuldar işləməsi üçün gecə yuxunuzu yaxşı alasanız.
Müsahibədə keçdiyiniz yanaşmanı eynilə bu testdən keçməyə də tətbiq edə bilərsiniz. Imtahanın harda olacağını və ora necə gedəcəyinizi dəqiqləşdirin. Fikrinizi toplamağa kifayət edəcək müddətdə imtahan yerinə gəlin.
Qiymətləndirmə mərkəzləri
Yazacağınız testlər ayrıca da keçirilə bilər. Bəzi mütəxəssislər öz namizədlərini yoxlamaq məqsədilə qiymətləndirmə mərkəzlərini (assessment centre) yaradaraq seriya testlər təşkil edirlər. Bizim araşdırmalarımıza nəzər salsaq görərik ki (sorğuda iştirak edənlərin 4 %-i qiymətləndirmə mərkəzlərindən işəqəbul məqsədilə istifadə etdiklərini) bu metod geniş yayılmağa başlayıb. Belə mərkəzlərdən həm yalnız bir işçinin qəbulu zamanı, həm də bir vakansiyaya bir sıra namizədlərin qəbulu zamanı da istifadə edilə bilər.
Müddət və struktur
Qiymətləndirmə mərkəzlərindən çox hallarda son qərarı vermək məqsədilə siyahıda olan namizədləri vəzifəyə təyin etmək üçün istifadə edirlər. Lakin, qiymətləndirmə mərkəzləri bir-birlərindən məzmununa və üslubuna görə fərqlənirlər. Bəziləri misal üçün yarımgün davam etdiyi halda digərləri gecə saatları da daxil olmaqla iki gün də davam edə bilər. Rəhbərlik sizdən testlər və tapşırıqlarla bərabər təşkilatın nümayəndələri tərəfindən hazırlanan təqdimatların yerinə yetirilməsini də tələb edə bilərlər. Beləliklə, qiymətləndirmə mərkəzləri nəinki sizin öz qabiliyyətlərinizi həm də işəgötürən təşkilatın imkanları barədə sizin məlumatlanmağınıza da şərait yaradacaq.
Testlərin müxtəlifliliyi
Qiymətləndirmə mərkəzlərinin əsas qayəsi işəqəbul zamanı testdə təklif olunan işin kompetensiyasıdı. Intrey(in basket) testləri və psixometrik testlər ənənəvi testlər də daxil olmaqla qiymətləndirmə mərkəzlərinin ümumi elementləri hesab olunur.
Əgər qiymətləndirmə mərkəzlərinə son siyahıya daxil olan namizədlər gəliblərsə, onda çox güman ki onlarla qrup şəkilli tapşırıqlar keçiriləcək. Məsələn siz, digər namizədlərlə birlikdə biznes srategiyasının qurulması, təqdimatların hazırlanması və ya xüsusi işlənmiş keyslərlə problemin həlli iə işləmək məcburiyyətində olacaqsınız. Belə tapşırıqlarda özünüzü göstərməyiniz təkcə sizin şəxsi intelektual qabiliyyətlərinizi deyil, həmçinin sizin komanda da işləmək bacarığınızı da yoxlayacaqdır. Mütəxəssislər bu prosesi müşahidə edib, komandada kimin dominant, kimin daha az fərqlənən, kimin isə bütün iştirakçıların iştirak etmək səyini yaratdığını görüb buna əsasən nəticə çıxardacaqlar.
Sizin daimi surətdə qiymətləndirildiyinizi unutmayın
Siz hətta tədbirlər zamanı kofe və ya nahar müddətində də qiymətləndirilməyə məruz qalacaqsınınz. Siz başqa insanlarla nə dərəcədə yaxşı münasibətə girə bilirsiniz? Siz əsəbi tipmisiniz? Otimistmisinizmi? Sizin düzgün və ya səhv olmanız vacib sayılmır, əsas məqsəd rekrutinq mütəxəssisləri tərəfindən vəzifəyə uyğun şəxsiyyəti üzə çıxarmaqdır. Bununla bərabər siz seçiləcək digər namizədlərə və müşahidəçi-ekspertlərə qarşı nəzakətli olmağa çalışın. Digər namizədlər, işçilər və potensial kolleqlarınız ilə görüşəndə səy göstərərək onlara suallar verin.
Stresin idarə edilməsi
Adi standart müsahibədən fərqli olaraq rekrutinq mütəxəssisləri qiymətləndirmə mərkəzlərində detallı şəkildə sizi yoxlamalı olacaqlar. Bundan başqa, bəzi qiymətləndirmə mərkəzləri təklif olunan işin tələblərinə uyğun bu prosesin tamamlayıcısı kimi namizədlərin qabiliyyətlərini yoxlamaq üçün əlavə olaraq gərginliklər yarada bilərlər. Tapşırığı yerinə yetirdiyiniz zaman bəzi məhdudiyyətlərlə qarşılaşıb, nəyi necə etməyiniz sərt olaraq soruşula bilər. HR Services Academy-nin baş direktoru, qiymətləndirmə mərkəzlərinin mütəxəssisi Mayk Dod deyir:
Qiymətləndirmə mərkəzləri vakansiyanı doldurmaq, lazım olan qabiliyyətləri təyin etmək üçün yaradılıb; onlar çalışırlar ki, müvafiq vəzifəyə uyğun olan qabiliyyəti qiymətləndirsinlər. Onların istədikləri vaxt gərgin vəziyyət yaratmaq imkanalrı vardır. Bizdə elə hallar olurdu ki, insanlar bu mərkəzlərdən stress alıb çıxıb gediblər, halbuki, bu tipik deyil. əgər belə hala rast gəlinirsə, onda bu o deməkdir ki, qiymətləndirmə mərkəzləri öz işlərini lazımi səviyyədə yetirirlər, belə ki, işin tələb etdiyi vəzifə öhdəlikləri çox çətin olub namizəd onu yerinə yetirə bilmir.
Mərkəzə gələndə unutmayın ki, qurulmuş situasiya sadə, adi stimulyasiya rolunu oynayir, onu ciddi qəbul edin, lakin anlamağa çalışın ki, bu real həyat deyil. Qiymətləndirmə mərkəzləri vakant vəzifənin xarakterik xüsusiyyətlərini nəzərə alaraq işi sizə təklif edir, əgər proses həqiqətən də sizə son dərəcə gərgin olursa, onda bu işin sizlik olmaması deməkdir.
Buna baxmayaraq, qiymətləndirmə mərkəzlərində müsahibədə təqdim edilən qaydalar tətbiq edilir: orda olan təqdirdə işi bəyənib bəyənməmək qərarını verməyə çalışmayın. Bütün diqqət və enerjinizi öz qabiliyyətinizin tam surətdə göstərmənizə sərf edin.
Daha sonra
Qiymətləndirmə mərkəzlərində iştirak etdiyiniz müddətdə özünüzü tam şəkildə göstərmək çox çətindir. Hər şeyin pis keçməsinə yox, gələcək tapşırıqlarda daha yaxşı özünüzü göstərmək üçün nə etməli olduğunuza fikrinizi cəmləyin. Müvəfəqiyyətlə işinizi bitirdikdən sonra bunu daha da yüksək səviyyədə edə bilmək yoları üzərində bir az düşünməyiniz məsləhətdir.
Gələcəkdə rastlaşmaq ehtimalınızın olduğu bütün əsas momentləri, anları qeyd edin. Qiymətləndirmə mərkəzində olduğunuz ərəfədə aldığınız rəylər barədə düşünüb, xasiyyətinizdə çatışmayan cəhətlərinizin dəyişlməyə ehtiyacın olub olmaması barədə düşünün. Işləmək istədiyiniz şirkət haqqında nə öyrəndiyinizi, bu şirkətin üslubu barədə və burda işləmək həvəsinin artmasına nəyin təsir etməsi barədə fikirləşin.
Məsləhət
Görüşdüyünüz və sonrakı mərhələlərdə görüşə biləcəyiniz işçilərin və namizədlərin adlarını qeyd etməyi unutmayın. Çünki, sonda işə qəbul zamanı şirkətin hissəsi olandan sonra bu informasiya sizə çox kömək ola bilər.
Nəticələr