UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.
Tərcümə: Fuad Əliyev, Aygün Abdulova
Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi
Fəsil 2. İşə götürənin anlayış göstərməsi
Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması
Fəsil 6. Sizin marketinq materiallarınızın hazırlanması
Fəsil 7. Top menecerlərin məsləhətləri
Fəsil 8. Elan edilmiş vakansiyalar
Fəsil 10. İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi
Fəsil 11. Özünüzə imkanların yaradılması
Fəsil 13. Müsahibə keçmək təcrübəsi
Fəsil 14. Müsahibə zamanı tez-tez verilən suallar
Fəsil 16. Müqavilənin ən yaxşı şərtləri barədə danışıqlar
Fəsil 18. Yeni başlanğıc
Yeni iş təklifini qəbul edəndən sonra köhnə iş yeri ilə emosional bağlantılarınız azalacaq. Köhnə şirkət üçün iş görməyə davam etməyinizə baxmayaraq, “ikinci ev” olacaq yerə fikrinizi cəmləmək təbii hal olaraq bütün fikrinizi cəmləyəcəkdi. Köhnə iş yerindən yeni iş yerinə keçid mərhələsi emosional və faktiki dəyişikliklər dövrüdür.
Biliklərin dərinləşdirilməsi
Bütün kitab boyu biz işəgötürənin etibarına layiq olanların seçimi, səyli müraciətlər və müsahibə zamanı dəqiq tədqiqatın aparılması uğurun əsası olduğunu göstərmişik. Belə bir tədqiqat sizə seçdiyiniz təşkilatın mahiyyətini, onun mədəniyyətini, bazarı, rəqibləri anlamağa, həmçinin sizi güclü tərəf mövqeyində qoyur.
İş axtarmaq prosesinin sonunda olub, işə qəbul təklifini qəbul edən zaman artıq şirkət haqqında çox məlumatınızın olması gərəkir. Lakin, şirkətə yeni işçi kimi ayaq basana qədər apardığınız tədqiqatlarınızı özünüzdə saxlayıb, mətbuatda şirkətə və onun sahələrinə aid bütün məlumatlarla tanış olmalısınız.
Bununla siz yeni ab-havaya uyğun olub onunla və ona təsir edən hər şeylə harmoniya təşkil edəcəksiniz.
Daha öncələr apardığınız tədqiqatlar zamanı şirkətin son maliyyə sənədləşmələri və ya müxtəlif əl çatan reklam bukletləri ilə tanış olmusunuz. Əgər bunu etməmisinizsə, indi bunu etməyə, şirkətin son nailiyyətləri ilə tanış olmağın ən uyğun vaxtıdır. Illik hesabat və maliyyə sənədləşməsi ilə tanış olub siz direktorların adlarını bilib, onların bioqrafiyası ilə tanış ola bilərsiniz.
Bundan başqa, işəgötürəndən də ümumi əl çatmayan, sizin gələcək vəzifənizə lazımlı olan hər hansı bir aktual informasiyanı öyrənə bilərsiniz.
Münasibətlərin qurulması
Müsahibə müddətində yəqin ki, şirkətinizdən bir neçə insanlarla və çox güman ki, bilavasitə müdirinizlə görüşmüsünüz. Daha sonralar onlarla daha yaxından tanış olmaq üçün nahar vaxtı və ya axşam yeməyində görüş təşkil etmək olar.
Məsləhət
Əgər gələcək əməkdaşlarınızın qeyri-rəsmi görüş yerləri olub, ora gəlmək icazəsini alıb, onlarla birinci iş günü əvəzinə qeyri-rəsmi şəraitdə görüşüb yaxından tanış ola bilərsiniz.
Çox güman ki, bu görüşü şirkətə iş gününün sonunda gəldiyiniz zaman, hansı layihələr üzərində insanların çalışmasına baxaraq, sonradan əməkdaşlara qoşularaq, işdən sonra hardasa oturub, yaxından tanış olmaq məqsədilə görüşü təşkil etmək olar. Belə bir görüşün təşkili gələcək əməkdaşlarınıza sizin haqqınızda entuziazmla dolu bir insan olub, rəsmi şəkildə işə tez başlamaq həvəsi olan bir insan təəssüratı yarada bilər. Belə ilkin müsbət təəssüratlar son dərəcədə sizə, komandaya qiymətli olub- olmamağınızı aşkarlamağa kömək edə bilər. Bundan başqa, əməkdaşlarınız sizinlə görüşüblərsə bu sizə onlarla daha tez uyğunlaşmağa kömək edə bilər.
Unutmayın ki, yeni işə başlayan zaman bir çox şeyləri nəzərinizdən çıxarmamalısınız: sizin bilavasitə komanda üzvlərinizin adlarını və vəzifələrini; rəhbərləri və direktorları; əsas müştəriləri; vacib təchizatçıları; köməkçi heyyəti; şirkətin yaratdığı iş təcrübəsini, kompüter sistemini və çox da böyük həcmli informasiya yüklənəcək ki, nə qədər şirkətlə yaxından tanış olsanız, bir o qədər sizə o şirkətdə işləmək asan olacaq.
Davam etmək istədiyiniz kimi başlayın
Ofisi və iş rolunuzu anlamağa çalışmaq startını versəniz bir o qədər sizin xeyrinizədir. Sizin ilk 3 aylığınızın sonunda sizin haqqınızda əksər insanların dəyişməsi çətin olan fikir formalaşacaq. Sizə bu fikilərin müsbət və sizi tanıdıqca bunların daha möhkəm olması lazımdır. Buna işə vaxtında başlamanız, uyğun geyinməyiniz və işə əvvəldən vicdanlı, pozitiv münasibət göstərməklə nail olmaq olar.
İşə ilk dəfə gələn zaman hər şeyi özünüzdə qeyd etməyiniz sizə xeyirli ola bilər. Çox güman ki, əməkdaşlarınız dediklərini yenidən təkrar etməyə etiraz etməzlər, bunu daimi şəkildə etsəniz onları tez bir zamanda qıcıqlandıra bilərsiniz. Axı onların özlərinin də işləri var, ona görə nə qədər işə tez uyğunlaşsanız bir o qədər sizə bu xeyirlidir.
Əgər işinizdə sizə tanış olmayan və çətin bir element varsa onlar haqqında sualınız yaranan kimi verin. Sizin əməkdaşlarınız və müdiriniz sizin belə sualların ilkin vaxtlarda yaranacağını bilib,sizə anlayışlı yanaşacaqlar . Əgər bunu siz bir- iki aydan sonra etsəniz, onlara maraqlı olacaq ki, niyə bunu vaxtında soruşmamısınız və sizin işinizlə bacarmadığınızı başa düşəcəklər.
Sonda insanlara sualların verilməsi ilə hər şeyi bilmək həvəsinin olduğunu və işi lazımi şəkildə etmək istəyinizin olmasını sübut edə bilər.
Sınaq müddəti
Vəzifəyə təyin edilməkdən qabaq əgər işə götürən sınaq müddəti müəyyən edibsə, onda sizin özünüzü 1-2 ay necə göstərməyiniz çox vacibdir.
16-cı bölmədə göstərdiyimiz kimi, təklifi qiymətləndirməmişdən qabaq sınaq müddəti haqqında hər şeyi bilməlisiniz. Bu o deməkdir ki, siz artıq necə qiymətləndiriləcək, kim və necə sizin uğur və müvəffəqiyyətsizliyinizi təyin edib, istədiyiniz iş səviyyəsini əldə etmək üçün hansı dərəcədə olmasına ehtiyac olduğunu bilməlisiniz.
Məsləhət
Əgər sınaq müddətini keçmək məcburiyyətində olsanız son söz müdirdə olduğundan işini necə gördüyünüz və biliyinizi necə artırdığınız haqqında rəy almağa çalışın.
Hər hansı bir sahədə çətinliyiniz yaransa onları dərk eləməyə çalışın.Görəcəyiniz işi daha da mükəmməlləşdirmək üçün əlavə səy göstərin.
Sınaq müddətinin olma faktı bəzi insanları sizdən uzaqlaşdıra bilər. Bunda fikrinizi cəmləməyin. Bu faktların yeri var, lakin, istənilən halda görəcəyiniz işi ən yaxşı səviyyədə görün.
Unutmayın ki, müdiriniz və əməkdaşlarınız əgər sizi kollektivə artıq bilməyib və ya sizin sevilməmək tərəfiniz olmayıbsa, uğur qazanmağınız üçün sizi dəstəkləyəcəklər. Müdiriniz sizi işə götürməklə səhv etmək faktını qəbul etmək istəməz ki, yenidən başqa işçi götürmək prosesinə başlasın. Insanlar sizin tərəfinizdə olacaqlar, buna görə onların sizə müsbət mövqelərindən istifadə edib, kömək və məsləhətlərindən lazım olduqca istifadə edin.
Əgər sınaq müddətinin sonunda hələ də qaranlıq qalan məsələlər varsa belə, işləmək həvəsinin olması sizə kifayət qədər müsbət “qiymətlər”i almaq imkanını artırıb, sınaq müddətinin keçməsinə və kollektivə daimi üzv kimi qəbul olunmasına şərait yaradacaq.
Məsələlərin qoyuluşu
Yeni işin başlanması yeni məqsədlərin əldə edilməsi deməkdir. Bu həm də gələcək perspektivlərin işlənib hazırlanmasıdır.
Nəticə etibarilə təşkilata daxil olduğunuz zaman sizi ora gətirən amilləri beyninizdən çıxartmayın. Hansı yeni perspektivlərə ümid edirdiniz? Hansı bilikləri və ya keyfiyyətləri mənimsəmək istərdiniz? Sizin hazırkı məqsədiniz- bütün bunları reallaşdırmaqdır.
Sizin funksional öhdəliklərinizi genişləndirmək üçün bütün maneələri dəf etməkdən ötrü mədəni və nəzakətlə özünüzü ifadə edin.
Hazırkı tələblərinizi təmin edən yeni işinizlə bərabər siz gələcək karyeranızla bağlı planlar da qura bilərsiniz.
Şirkətə uyğunlaşdıqca bu şirkətin mədəniyyətinə həqiqətdə nə dərəcədə uyğun olub-olmamağınız sizə aydın olacaq. Əgər bu sizə uyğundursa cəlbedici imkanlar verən şirkətin daxilində öz karyeranızı qura bilərsiniz. Əgər mədəni uyğunluq yoxdursa belə, vəzifəniz hüdudlarında imkanlarınızın genişlənməsinə və yüksəlişə nail olmaq üçün nə etməli olduğunuzu müəyyən etməyə çalışın. Yeni işə keçmə halı baş verərsə gələcək işəgötürəndə sizin qabiliyyətlərinizin qəbul və inkişaf etdirilmə təəssüratını yaratmaq ehtiyacı olacaq.
Məsləhət
Müsahibə və ya işə qəbul təklifi alandan sonra görüşünüz zamanı sizin yeni xətti meneceriniz çox güman ki, heyətin təlimi üçün real perspektivlərinizin olmasını sizə bildirə bilər. Bu sizə vacibdir, lakin sizdən qabaq bu vəzifədə işləyən işçi bu vəzifə öhdəliyini etmədiyindən verilən təklif sadəcə iddia olub, reallıqdan uzaq olacaq. Belə sualların müzakirəsini gecikdirməyin; qoy bu suallar əməkdaşlarınızın, sizin vəzifənizi tutan işçinin sadəcə vəzifə öhdəliklərini götürmək fikrində olduğunu fikirləşməsinlər.
Yeni işə başlamazdan qabaq təcili, orta təcili və uzunmüddətli məqsədlərinizi yazmaq da məsləhətdir. Üç aydan sonra geri dönüb yazdığınız məqsədlərə nail olub-olmamağınızı yoxlayın. Əgər yazdığınıza nail olmamısınızsa, vəziyyəti öz xeyrinizə çevirməyə çalışın.
Sadəcə soruşun
İlkin işdən fərqli olaraq vəzifənizin hansı formada olması, yalnız sizdən asılıdır. Unutmayın ki, ağlamayan uşağa süd verməzlər. Bu fikir kitabın əsas xəttini təşkil edir. Əgər siz iş axtarırsınızsa və bu barədə informasiyanı dostlarınızdan, tanışlarınızdan maraqlanmamısınızsa yeni iş tapmaq şansınızı məhdudlaşdıra bilərsiniz.
Əgər siz daha yüksək əmək haqqını və ya yüksək lqotların olmasını tələb etməsəniz sizə bunu heç kim təklif etməyəcək. Neqativ (mənfi) cavabın gəlməsindən qorxmayın. Rədd cavabının alınması karyeranızın sizə güman etdiyinizdən heç bir xeyir gətirmədiyini düşünməkdən yaxşıdır.
Ona görə daha da cəsarətli olun. Yuxarı ucalın və öz arzularınıza çatmaq üçün çox işləməyə çalışın. Bu imkanlardan maksimum dərəcədə istifadə edənlərdən niyə olmayasınız?
Nəticələr:
SON